qapıdan üçüncü keçdi. Bu zalda heyvan model-ləri qoyulmuşdu. Növbəti zal, İneşin özlüyündə
qeyd etdiyi kimi, "sivil" dövrü təmsil edirdi. Burada eyni bir dövrün çoxlu aparatı qoyulmuşdu.
Onların hamısı xeyli yüksək inkişaf səviyyəsin-dən xəbər verirdi. Gznyalılar birinci dəfə buradan keçəndə İneş "Atom enerjisi" deyə düşündü… Bunu başqaları da başa düşdülər. Kapitan Qorsid İneşin arxa tərəfindən insana müraciət et-di:
– Heç nəyə əl vurma. Bircə səhv addım atan kimi keşikçi səni yandıracaq.
Dirildilmiş sakitcə zalın ortasında dayandı.
Daxilindəki narahat maraq hissinə baxmayaraq, 14
İneş onun soyuqqanlılığına valeh idi. O, taleyinin necə olacagını bilməmiş deyildi, amma bununla belə, onların qarşısında nə haqdasa dərin fikrə
gedərək dayanmışdı. Nəhayət, o dilləndi:
– Buradan o yana getməyə ehtiyac yoxdur.
Bəlkə, siz mən doğulan vaxtdan bu maşının ixtira olunduğu vaxta qədər keçən müddəti müəyyənləşdirə biləsiniz. Üstündəki yazıdan çıxış etsək, bu aparat partlayan atomları sayır. Onların sayı son həddə çatanda müəyyən enerji ayrılır.
Dövrlər elə hesablanıb ki, zəncirvari reaksiyanın qarşısını almaq mümkün olsun. Mənim dövrüm-də atom reaksiyasının ləngidilməsi üçün minlərcə müxtəlif kobud qurğu var idi, amma belə bir aparat yaratmaq üçün atom erasının başlanğıcın-dan iki min il vaxt lazım olmuşdu. Siz nisbi hesablama apara bilərsinizmi?
Müşavirlər sual dolu nəzərlərlə Viidə baxdılar. Mühəndis çaşqınlıq içində idi. Nəhayət, o dilləndi:
– Doqquz min il əvvəl atom partlayışlarının qarşısının alınmasının çoxlu üsulunu bilirdik.
Amma – yavaşca əlavə etdi, – bunun üçün atomlan sayan cihaz haqda heç nə eşitməmişəm.
– Amma onlar bütün bunlara baxmayaraq, məhv oldular, – astronom Şiiri yavaşca dedi.
15
Araya sükut çökdü. Onu kapitan Qorsid pozdu.
– Onu öldürün! – O, yaxınlıqdakı keşikçiyə
əmr etdi.
Həmin andaca alov bürümüş keşikçi yerə sərildi. Özü də keşikçi yox, keşikçilər! Hamısı eyni bir zamanda mavi alovla məhv edilmişdi. Alov güc ekranını yaladı, geri çəkildi, daha kəskin irəli atıldı və get-gedə daha da güclənərək yenə də
geri çəkildi. İneş alov pərdəsi arxasında insanın ən uzaq qapıya tərəf çəkildiyini gördü. Atomları sayan aparat mavi ildırımlara bürünərək gərgin-likdən işıq saçırdı.
– Bütün çıxışları bağlayın! – kapitan Qorsid mikrofona qışqırdı. – Şüaatanlı keşikçilər qoyun!
Döyüş raketlərini yaxına gətirin, vəhşini ağır si-lahlardan vurun!
Kimsə dilləndi:
– Fikir nəzarəti. Nəsə fikri məsafədən idarə
etmək sistemidir. Niyə biz buna baş qoşduq!
Onlar geri çəkildilər. Mavi alov tavana qədər qalxır, güc ekranından keçməyə səy edirdi. İneş
sonuncu dəfə aparata baxdı. Yəqin ki, o, hələ də
atomlan saymaqda davam edirdi, çünki onun ətrafında mavi cəhənnəm burulğanları tüğyan edirdi.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.