– Deməli, bu, doğrudur, – o dedi və maşın onun sözlərini dərhal gznyalıların dilinə çevirdi.
– Deməli, ölüm – yalnız başqa bir dünyaya keçid-dir. Bəs mənim əshabələrim hanı?
Amma son sözləri o, çaşqın və yalvarıcı səslə
dedi. Dirildilmiş oturdu, sonra o, dirilən kimi qa-9
pağı avtomatik açılmış aparatdan çıxdı. Gznyalıları görəndə əsdi, lakin bu, bir an çəkdi. Dirildilmiş məğrur idi, onun özünəməxsus daxili qüruru var idi və indi bu, lazım oldu. O, könülsüz diz çökdü, baş əydi, amma bu zaman onda şübhələr baş qaldırdı.
– Siz Aisir allahlarısınız? – o soruşdu və
ayağa qalxdı. – Bunlar nə eybəcərdirlər! Mən naməlum iblislərə sitayiş etmirəm.
– Onu öldürün! – kapitan Qorsid dindi.
İkiayaqlı canlı dartındı və bir anda şüaatanın alovunda əridi. İkinci dirildilən dəhşətdən əsə-əsə yerindən qalxdı.
– İlahi, mən bir də bu lənətə gəlmiş içkidən içmərəm! İşə bax, o qədər içmişəm ki, gözümə
qırmızı fillər görünür…
– Dirilmiş, hansı "içki"dən danışırsan? – Yo-al soruşdu:
– Ağ, qırmızı, yaşıl zəhər, dəli inəyin südü, məxləs, o yeməkxanada verilən zəhrimar…
Kapitan Qorsid sual dolu nəzərlərlə Yoala baxdı.
– Davam etdirməyə ehtiyac varmı? Yoal bir qədər susub cavab verdi:
– Səbir edin, bu, maraqlıdır.
Sonra yenə də üzünü dirildilmişə çevirdi: 10
– Sənə desək ki, başqa ulduzdan gəlmişik, nə deyərdin?
İnsan diqqətlə ona baxdı. O, aşkar maraq içində idi, amma qorxu üstün gəldi.
– Bura baxın, – o dedi, – mən iş üçün gedir-dim. Deyək ki, bir-iki qədəh artıq içmişəm, am-ma günah məndə deyil, satılan zir-zibildədir.
And olsun, mən o biri maşını görmədim və əgər bu, sükan arxasında içənləri cəzalandırmaq üçün yeni üsuldursa, mən təslim. And içirəm ki, ölə-nəcən bir də bircə damla da içmərəm, bircə məni buraxın.
– O, maşın sürür, lakin onun haqqında tamamilə düşünmür, – Yoal dedi. – Biz muzeydə
elə bir "maşın" görmədik. Bunlar maşını muzeyə
qoymayıblar.
İneş gördü ki, hamı kiminsə daha bir sual verməsini gözləyir. Hiss etdi ki, özü dillənməsə, sükut uzana bilər. İneş dedi:
– Deyin, "maşın"ı təsvir eləsin. O, necə işləyir?
– Bax bu, başqa məsələ! – dirildilmiş sevindi. – Nə istədiyinizi soruşun, mən də bütün sual-larınıza cavab verim. Hər şeyi iki görüncəyə qədər belə içsəm, yenə də maşını sürə bilərəm. O
11
necə işləyir? Çox sadə. Starteri qoşursan, ayağın-la qaz verirsən…
– Qaz, – texnik-leytenant Viid işə qarışdı. –
Daxiliyanma mühərriki. Aydındır.
Kapitan Qorsid şüaatanın keşikçisinə işarə
verdi. Üçüncü dirildilən durub oturdu və bir qədər diqqətlə onları süzdü.
– Ulduzlardan gəlmisiniz? – nəhayət, o, soruşdu. – Müəyyən sisteminiz var, yoxsa bura tə-sadüfən gəlib çıxmısınız?
Burada toplaşmış gznyalı müşavirlər otur-duqlan kreslolarda narahatlıqla qurcuxdular.
İneşin nəzərləri Yoalın nəzərləri ilə toqquşdu. Tarixçi heyrət içində idi; bu, meteoroloqu narahat etdi. O düşündü: "İkiayaqlı yeni şəraitə hədsiz sürətlə uyğunlaşma xüsusiyyətinə və çox kəskin gerçəklik hissinə malikdir. Heç bir gznyalı reaksiyasının sürətinə görə ona çata bilməz".
– Fikir sürəti heç də həmişə üstünlüyün gös-təricisi deyil, – baş bioloq Xamar dilləndi. – Ləng, amma hərtərəfli təfəkkür qabiliyyətinə malik varlıqlar düşünənlər arasındə fəxri yer tuturlar.
"Məsələ düşünmənin sürətində deyil, – İneş
istər-istəməz düşündü, – fikrin düzlüyü və də-qiqliyindədir". O, özünü dirildilmişin yerinə qoydu. Bax o da ətrafındakıların uzaq ulduzlardan 12
gəlmiş canlılar olduğunu belə tez başa düşə bi-lərdimi? Çətin ki. Dirildilmiş ayağa qalxan kimi bütün bu fikirlər dərhal onun beynindən çıxdı.
İneş və digər müşavirlər ona diqqətlə göz qoyurdular. İnsan pəncərəyə yaxınlaşıb çölə boylandı.
Ora qısa bir nəzər salandan sonra onlara tərəf döndü.
– Hər yer belədir?
Yenə də onun hər şeyi nə qədər tez başa düşməsi gznyalıları heyrətləndirdi. Nəhayət, Yoal cavab vermək qərarına gəldi:
– Bəli. Viranəlik. Ölüm. Xarabalıqlar. Siz burada nə baş verdiyini bilirsiniz?
İnsan yaxınlaşdı və arxasında gznyalıların oturduğu güc ekranının önündə dayandı.
– Mən muzeyi nəzərdən keçirə bilərəm?
Hansı dövrdə olduğumu müəyyənləşdirməli-yəm. Mən diri olanda bizim bəzi dağıtma vasitə-lərimiz var idi. Onlardan hansından istifadə
olunması ötən vaxtdan asılıdır.
Müşavirlər kapitan Qorsidə baxdılar. O, əvvəl tutuldu, sonra şüaatan keşikçiyə dedi:
– Onu gözdən qoyma!
Sonra insanın gözlərinin içinə baxdı.
– Sizin niyyətiniz СКАЧАТЬ