çalışdım.
– Bunu sizin ağlınıza göyərti satan saldı.
Pinəçi Kserks və onun kimilərinin ayağının to-zu da ola bilməz, – dostum cavab verdi.
– Göyərti satan? Siz nə danışırsınız. Mən heç bir göyərti satan-zad tanımıram.
– On beş dəqiqə bundan əvvəl bu küçəyə
dönəndə sizinlə toqquşan o göyərti satanı deyirəm.
Birdən, həqiqətən də başında böyük bir alma səbəti aparan göyərti satanın təsadüfən S. küçəsindən keçərkən bizim indi dayandığı-mız yerdə məni az qala yerə yıxacağı yadıma düşdü, amma bunun Şantilyi ilə nə əlaqəsi ol-15
duğunu heç cürə anlamadım. Düpendə zərrə
qədər də fırıldaqçılıq nişanələri yox idi.
– Sizə izah edərəm, özünüz hər şeyi aydınca başa düşərsiniz. Əvvəlcə gəlin sizinlə
danışdığım andan, haqqında danışdığımız o qəribə göyərti satanla toqquşduğunuz vaxta qədər nə haqda düşündüklərinizi yada salaq.
Hadisələr aşağıdakı ardıcıllıqla cərəyan edir: Şantilyi, Orion, Həkim Nikols, Epikür, Stereo-tamiya, küçə daşları və göyərti satan. Həyatda çox az adam tapılar ki, heç olmasa bir dəfə əyləncə naminə başına gələnləri fikrində götür-qoy etməsin, məlum nəticə çıxarmasın. Bu çox maraqlı bir əyləncədir. Kim ona birinci girişsə, çıxış nöqtəsindən son nəticəyə qədər böyük bir məsafənin olduğunu və onların arasındakı uyğunsuzluğu gördükdə heyrətlənəcəkdir.
Təəccüblə Düpenə qulaq asırdım, özü də
eşitdiklərimin tamamilə həqiqət olduğunu istər-istəməz etiraf etdim. Dostum davam etdi:
– O biri küçəyə burulmamışdan qabaq, düzgün yadımda qalıbsa, gərək ki, atlar barəsində danışırdıq. Düz bu yerdə söhbətimiz kəsildi. Bax, bu küçəni keçərkən başında iri bir səbət olan göyərti satan cəld yanımızdan ötdü 16
və sizi küçəni təmir etmək üçün bir yerə topa-lanmış daşların üstünə itələdi. Daşların birinə
ilişib yıxıldınız. Çevrilib daş topasına baxdı-nız, sonra yolunuzu davam etdiniz. Hərəkət-lərinizi xüsusi bir diqqətlə izləyirdim. Müşa-hidəçilik son zamanlar mənim üçün bir növ tələbata çevrilib. Onu deyim ki, sıx-sıx piltələr döşənmiş Lamartin döngəsinə çatanadək ba-xışlarınızı yerdən çəkmədiniz, üzünüzdə incik bir ifadə vardı. Səkidəki çala-çuxur və qazıl-mış yerlərə baxırdınız. Bundan bu nəticəyə
gəldim ki, siz hələ də səki daşları barədə düşünürsünüz.
Burada eyniniz açıldı, dodağınızın qaç-mağını gördüm. Siz “stereotomiya” sözünü dediniz. Buna şübhə etmədim. Bu termin süni surətdə bu cür səki döşəmələri barədə deyilir.
Başa düşdüm ki, “stereotomiya” sözü sizi atomlar haqqında fikrə, yeri gəlmişkən, Epi-kürün nəzəriyyəsi barəsindəki fikrə gətirib çı-xaracaq. Bu bizim yaxınlarda müzakirə etdiyimiz mövzu idi. Yadınızdadırsa, mən sizə
nəcib yunan aliminin son dərəcə heyrət do-ğuran dumanlı müəmmalarından, bu müəmmaların müasir kosmoqoniya elmində əldə
17
edilən nəticələriylə təsdiq edilməsindən və
Epikürə lazımi qiymətin verilməməsindən danışmışdım. Hiss etmişdim ki, başınızı qaldırıb yuxarıya, Orion bürcündəki nəhəng ulduzlar topasına nəzər salacaqsınız. Siz yuxarı baxdı-nız və mən əmin oldum ki, sizin hərəkətləri-nizi düz izləmişəm. “Müsenin” dünənki nöm-rəsində Şantilyiyə qarşı kəskin hücumlarda bir tənqidçi onun ünvanına tamamilə yara-mazcasına sözlər yazmışdı: pinəçi faciə rolunda çıxış edərək çalışmışdır ki, öz adını də-yişdirsin. Latın müəllifindən bir sitat gətirmişdi. Həmin sitata söhbətlərimizdə bir neçə
dəfə istinad etmişik. Bu sözləri nəzərdə tuturam: Perdid antiquum litera prima sonum. Si-zə danışmışdım ki, burada Orion nəzərdə tutulur, bu söz keçmişdə Urion yazılarmış. Bu izahatlarla bağlı şeylərdən belə başa düşürəm ki, siz onu unuda bilməmisiniz. Buna görə də
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.