ÖLÜM
CƏZASI
cib kitabları sisiləsi – 7
1
İÇİNDƏKİLƏR
Edqar Allan Po
Morq küçəsində qətl ........................................... 3
Artur Konan Doyl
Brilyant tac ......................................................... 67
Göy yaqut .......................................................... 87
Aqata Kristi
Baş nazirin oğurlanması ................................ 108
Corc Simenon
Ölüm cəzası ..................................................... 148
2
Edqar Allan Po
MORQ KÜÇƏSİNDƏ
QƏTL
Tərcümə: Səfər İsgəndərov
3
Dəniz pəriləri necə mahnılar oxudular, yaxud Axilles qadınlar arasında gizlənəndə
özünə hansı adı uydurdu – bunlar dolaşıq su-allardır və burada nə isə bir müəmma var.
Ser Tomas
Braun
İnsan zəkasının həyat hadisələrini təhlil etmək qabiliyyəti az öyrənilir. Biz insanın qabiliyyətinə yalnız gördüyü işin nəticəsinə görə
qiymət veririk. Məlumdur ki, qeyri-adi iste-dadlı bir adam üçün təhlil etmək bacarığı əsl həzz mənbəyidir. Güclü adam qüvvəsilə qür-rələnib əzələlərini işlətməyə vadar edən məşq-lərdən ləzzət aldığı kimi, analiz edən şəxs də
mənəvi fəaliyyətində dolaşıqları açması ilə
öyünür, onun istedadını fəaliyyətə gətirən ən əhəmiyyətsiz məşğuliyyətindən həzz alır. O, tapmacalar, müəmmalar və başsındırmaların vurğunudur. Çətin məsələlərin həllində müəyyən bacarıq nümayiş etdirir. Bu da adi zəka sahibi üçün az qala qeyri-təbii görünür. Məhz 4
müəyyən metod sayəsində bu cür keyfiyyət başqalarına bəşər övladının duyma qabiliyyə-tinin möcüzəsi təsirini bağışlayır.
Mühakimə etmə qabiliyyəti riyazi sava-dın, xüsusilə də onun ali bölməsi sayəsində
xeyli möhkəmlənir. Bu bölmə yanlış olaraq əməliyyatın əks təsiri üzündən, necə deyərlər,
“parexcellence” analiz adlanır. Bununla belə, hesablamaq öz-özlüyündə analiz etmək deyildir. Məsələn, şahmatçı analizə cəhd göstər-məyərək hesablama aparır. Buradan belə bir nəticə çıxır ki, zehin üçün son dərəcə xeyirli olan şahmat oyunu haqqında təsəvvür tam anlaşılmazlıq üzərində dayanır. Mən heç də
elmi əsər yazmıram, sadəcə olaraq, təsadüfi müşahidələrimin nəticəsində yazmaq istədiyim, bir qədər qeyri-adi görünən hekayəmə
müqəddimə verirəm. Buna görə də, fürsətdən istifadə edərək bildirirəm ki, çox da çətin olmayan dama oyunu daha dərindən düşün-məyi tələb edir, zehni inkişaf etdirmək üçün xəyali incəlikləri olan şahmat oyununa nisbətən daha mürəkkəb və faydalı məsləhətlər verir. Şahmatda fiqurların müxtəlif və qəribə gedişləri var. Bu mürəkkəblik (bildiyimiz kimi 5
tez-tez olur) səhvən dərinlik kimi qəbul edilir.
Burada bütün diqqət oyuna yönəldilir. Diqqətin bir anlığa zəifləməsi səhvə gətirib çıxarır və ya məğlubiyyətlə nəticələnir. Şahmatda mümkün olan müxtəlif gedişlər eyni dərəcədə
qiymətlidir. Buna görə də səhvlər getdikcə ar-tır və on oyundan doqquzunda diqqətini daha yaxşı cəmləşdirən şahmatçı qalib gəlir. Dama oyununda isə əksinə olur.
Burada gedişlərin məhdud və az variantı var. Səhv etmək ehtimalı azalır, diqqət bir o qədər rol oynamır. Fərasətli oyunçu müvəffəqiyyət qazanır. Əyanilik üçün gəlin bir dama oyununu təsəvvürümüzə gətirək. Burada da-maların sayı dörddür və heç bir diqqətsizliyə
yol verilmir. Aydındır ki, burada qələbəni (oyunçular bərabər səviyyəli olduğundan), beynini var qüvvəsi ilə işə salan oyunçu incə
bir gedişlə əldə edə bilər. Adi imkanlardan məhrum olan şəxs çalışır ki, rəqibinin fikirlərini öyrənsin, dərhal özünü onun yerində hesab edir, çox vaxt bir baxışdan yeganə yolu (bəzən ən sadəsini) seçir, bu da onu səhv he-sablamaya sövq edir. Vist kart oyunudur, insanın hesablama qabiliyyətinə onun təsiri çox-6
dan məlumdur; bu da məlumdur ki, böyük zəka sahibləri vistə qarşı izaholunmaz dərəcədə meyil göstəriblər, şahmata isə əhəmiyyətsiz bir əyləncə kimi məhəl qoymayıblar.
Buna şübhə ola bilməz ki, heç bir başqa oyun analiz üçün bu qədər qabiliyyət tələb etmir.
Dünyada ən yaxşı şahmatçı yalnız şahmatçı olaraq qalır, halbuki vistdə məharətli oyun insan fəaliyyətinin daha vacib sahələ-rində qələbə çalmaq bacarığı ilə birləşir, burada zəka ilə yarışır. “Məharətli oyun” dedikdə
kamilliyin ali dərəcəsini nəzərdə tuturam; bu vaxt, oyunçu qələbəyə gətirib çıxaran bütün fəndlərə yiyələnmiş olur. Bu fəndlər nəinki saysız-hesabsızdır, eyni zamanda rəngarəng-dir, insan fikirlərinin elə dərinliklərində özünə
məskən salır ki, orta qabiliyyətli oyunçu üçün əlçatmaz olur. Kim diqqətlə müşahidə edirsə, yaxşı da yadında saxlayır. Beləliklə də diqqətini bir yerə cəmləyən şahmatçı vist oyununda qələbəyə daha çox ümid bəsləyə bilər, çünki Hoylun* təlimatı (sadə oyun mexanizminə
əsaslanır) hamı tərəfindən kifayət dərəcədə
başa düşülür. Möhkəm yaddaşı olmaq, təlimatda göstərilən qaydalara əməl etmək visti 7
yaxşı oynamaq üçün hamının vacib hesab etdiyi məsələlərdir. Ancaq analiz edən şəxsin bacarığı məhz təlimatda nəzərdə tutulmayan hüdudlarda özünü büruzə verir. O öz-özlüyündə saysız-hesabsız nəticələr çıxarır və müşahidələr aparır. Onun oyundaşı da, bəlkə be-lə hərəkət edir. Rəqiblərin bir-birini öyrən-dikləri müddətdə əldə edilmiş məlumatdakı müxtəliflik, çıxarılmış nəticələrin doğruluğun-dan çox, aparılmış müşahidələrin keyfiyyətin-də özünü göstərir. Əsas məsələ nəyi müşahidə
etməkdir. Oyun əsas məqsədi olmasına baxmayaraq özünü heç nə ilə məhdudlaşdırmır, uzaq göstərişlərdən belə çəkinmir. O, rəqibinin üzünün ifadəsinə fikir verir, kartları əlində necə tutmasına diqqət yetirir, kozırın kozır və valetin valetdən sonra çıxmasını СКАЧАТЬ