Dəqiq hansı gün olduğunu bilmirdim, amma deyəsən, onları ilk dəfə təxminən bir il əvvəl görmüşdüm və
aylar keçib-getdikcə mənim üçün önəm kəsb etməyə
başlamışdılar.
Adlarını da bilmədiyimə görə, onları özüm adlan-dırmalı olmuşdum. Kişiyə Ceyson adını qoymuşdum, çünki ingilis aktyorları kimi yaraşıqlı idi. Conni Depə, ya da Bred Pitə yox, daha çox Kolin Fortə, yaxud Ceyson Ayzeksə oxşayırdı. Cess də Ceyson adı ilə uyğun olduğundan, bir də ona yaraşdığından ağlıma gəlmişdi. Qızın gözəl, qayğısız görünüşü ilə uyuşurdu. Onlar cütlük idi, komanda idi. Elə düşünürdüm ki, xoşbəxt-dirlər. Mənim keçmişdə olduğum kimi… Beş il əvvəlki Tomla mənə bənzəyirdilər. Mənim itirdiklərim onlarda idi, mən istəyən hər şeyə sahib idilər.
1
Axşam
Düymələri sinəmi sıxan, narahat, dar köynəyimin qoltuqlarının altında nəm ləkələr əmələ gəlmişdi. Gözlərim və boğazım ağrıyırdı. Bu axşam yolun uzanması-nı heç istəmirdim, evə tez çatmaq, soyunub duşa girmək, məni heç kimin görmədiyi bir yerdə olmaq arzu-sundaydım.
Üzbəüz oturacaqda oturan kişiyə baxdım. Təxminən mənimlə yaşıd olardı; otuzuncu onilliyinin ya əv-vəlini, ya da ortalarını yaşayırdı; saçları tünd rəngdəy-di, gicgahlarına doğru ağarmağa başlamışdı. Bənizi solğun görünürdü. Əyninə kostyum geyinmiş, pencəyini çıxarıb yanındakı oturacağa atmışdı. Qabağındakı açıq “MacBook” kağız kimi napnazik idi. Asta-asta yazırdı. Sağ biləyində iri, gümüş bir saat vardı. Bahalıya oxşayırdı, deyəsən, “Breitling” idi. Dodağını çeynəyirdi. Gərgin görünürdü. Bəlkə də nə haqqındasa dərindən düşünür, baş sındırırdı. Bəlkə Nyu-Yorkdakı ofisdə olan iş yoldaşlarından birinə vacib bir e-mail, ya da sevgilisinə kəlmələrini ustalıqla seçdiyi ayrılıq mesajı yazırdı. Birdən başını qaldırdı və baxışlarımız toqquşdu. Gözləri əvvəlcə məni, sonra da qarşımdakı stolun üstünə qoyduğum şərab şüşəsini süzdü. Üzünü çevirdi. Dodaqlarının bir-birinə sıxılmasından qınayıcı dü-şüncələrini hiss etmək olurdu. Məndən iyrənmişdi.
Əvvəlki kimi deyildim. Artıq arzulanan insan deyildim, insanları özümdən qaçırırdım. Buna səbəb kö-kəlməyim, ya da üzümün içkidən və yuxusuzluqdan şişməsi deyildi. Elə bil, insanlar mənə baxanda yarala-1
rımı da görürdülər. Sanki bu yaralar mənim üzümdə, davranışlarımda, hərəkətlərimdə yazılmışdı.
Keçən həftə, gecələrin birində, su içmək üçün otağımdan çıxanda Ketinin qonşu otaqda sevgilisi Demienlə danışığını eşitdim. Dəhlizdə dayanıb qulaq asmağa başladım. “Qız təkdi, – Keti deyirdi, – ona görə
çox narahatam. İşdən, ya da reqbi klubundan uyğun bir adam yoxdu?” Demien isə, – “Reyçlə görə? Ket, səmimi deyim, o qədər çarəsiz vəziyyətdə olan kimisə ta-nımıram”, – dedi.
11 iyul 2013, Cümə axşamı
Səhər
Şəhadət barmağımdakı sarğının qıraqlarını didiş-dirirdim. Səhər fincanımı yuyanda yaş olmuşdu, üstü yapışqan və çirkli görünürdü, halbuki səhər tərtəmiz idi. Kəsik dərin olduğuna görə çıxarmaq istəmirdim.
Evə çatanda Keti bayırda idi, mən də içki almağa gedib iki şüşə şərabla qayıtdım. Birincini içəndən sonra onun evdə olmamasından istifadə edib özümə bifşteks bişirmək, qırmızı soğan sousu hazırlamaq və yaşıl salatla birgə yemək istədim. Soğanları doğrayanda barmağımı kəsdim. Yumaq üçün vanna otağına getdim; sonra bir müddət hər şeyi unudub yatmışam, saat 10-a yaxın oyandım, Keti və Demienin danışığını eşitdim. Demien mətbəxi bu cür qoyub getməyimin murdarçılıq olduğunu deyirdi. Keti mənə dəymək üçün yuxarı çıxdı, yavaşca qapını döydü və yüngülcə açdı. Başını içəri uzadıb halımı soruşdu. Niyə olduğunu tam bilməsəm 1
də, üzr istədim. “Narahat olma”, – dedi, amma ardınca təmizləyə bilib-bilməyəcəyimi də soruşdu. Mətbəx tax-tasının üzərində qan var idi; içərini çiy ət iyi bürümüşdü, bifşteks piştaxtanın üstündə qalmışdı. Demien mə-ni görən kimi salam belə vermədən başını yelləyib yuxarı çıxdı; Ketinin yataq otağına girdi.
İkisi də yatmağa gedəndən sonra ikinci şüşəni iç-mədiyimi xatırlayıb ağzını açdım. Divana oturub eşit-məsinlər deyə səsini azaldıb televizora baxmağa başladım. Nəyə baxdığım yadımda deyil, amma bir anlıq özümü xoşbəxt, ya da ona oxşar bir halda hiss etdim; içimdə kiminləsə danışmaq arzusu oyandı. Həmin an kiminləsə təmas qurmaq arzusuyla dolub daşırdım; zəng etməyə isə Tomdan başqa heç kimim yox idi.
Əslində, Tomdan başqa heç kimlə danışmaq da istəmirdim. Telefonumun “Gedən zənglər” bölməsində
ona dörd dəfə – saat 11:02-də, 11:12-də, 11:54-də və
12:09-da zəng elədiyim görünürdü. Zənglərin müddə-tindən bilinirdi ki, iki səsli mesaj da qoymuşam. Bəlkə
də telefona cavab vermişdi, amma onunla danışdığım yadıma gəlmir. İlk mesajı qoymağım yadımdadı, deyəsən, sadəcə, mənə zəng etməsini xahiş etmişdim. Ola bilər ki, mesajların ikisində də eyni şeyi demişəm və
bu elə də pis deyildi.
Qatar silkələnib qırmızı işıqda dayananda başımı qaldırdım. Cess eyvanda oturub qəhvə içirdi. Ayaqlarını stolun üstünə qoymuşdu, kürəyini stula dayayıb özünü günəşə verirdi. Mənə elə gəldi ki, onun arxasında hərəkət edən kimisə gördüm: Ceysonu. Onu görməyi, yaraşıqlı simasına nəzər salmağı çox arzulayırdım. Eyvana çıxmasını, xəyalımda canlandırdığım ki-1
mi Cessin arxasında dayanmasını, saçlarını öpməsini istəyirdim.
Amma çölə çıxmadı və Cessin başı önünə doğru əyildi. Bugünkü hərəkətləri nisbətən fərqli idi; daha tənbəl və ləng idi. Ceysonun onun yanına gəlməsini istəyirdim, amma qatar silkələnib irəliləməyə başladı; Ceyson isə hələ də görünmürdü. Cess tək idi. Bu dəfə
gözlərim qeyri-ixtiyari əvvəlki evimə zilləndi və nə
qədər çalışsam da baxışlarımı qaçıra bilmədim. İki qanadlı qapı taybatay açıq idi və işıq mətbəxə doğru süzülürdü. Bunu doğrudan da görürdümmü, yoxsa hər şey yenə də təxəyyülümünmü məhsulu idi, bilmirdim.
Cess doğrudan СКАЧАТЬ