paylaşdığım ev deyil, mənim ilk evim. Baxmağa dözə
bilmirdim. Yəni baxa bilərdim, baxardım, baxmaq istəyərdim, istəməzdim, baxmamağa çalışardım. Hər gün özümü baxmamalı olduğuma inandırmağa çalışar, am-ma hər gün də baxardım. Orda görmək istədiyim heç bir şey olmasa belə, gördüyüm hər şey məni incitsə be-lə, özümlə bacara bilmirdim.
Bir dəfə başımı qaldırıb baxarkən yuxarıdakı yataq otağının krem rəngli kətan pərdələrinin yumşaq, açıq çəhrayı bir şeylə əvəz edildiyini görəndə özümü necə
hiss etdiyimi, Annanın böyümüş qarnına qədər uzanan geniş köynəkdə çəpərin dibindəki gülləri suladı-ğını görəndə duyduğum kədəri olduqca aydın xatırlayıram. Geyilməkdən genişlənmiş köynəyi qarnına qədər sallanmışdı. Dodağımı elə möhkəm dişləmişdim ki, qanamışdı.
Gözlərimi bərk-bərk yumdum və ona, on beşə, iyirmiyə qədər saydım. Və budur, nəhayət, keçib getmişdik, görməli heç nə yox idi. Uitni stansiyasına girib çıxdıq. Yaşayış massivi Şimali Londonun çirkinə qarı-şıb əriyəndə, geniş eyvanlı evləri qrafitdən tikilmiş
körpülər və qırıq pəncərəli boş binalar əvəz edəndə
1
qatar sürətini artırdı. Yustona yaxınlaşdıqca narahatlığım artır, özümü gərgin hiss edirdim: bu gün necə keçəcəkdi? Yustona girməyə təxminən beş yüz metr qalmış, vaqonun sağ tərəfindən görünən çirkin, alçaq, beton bir bina vardı. Kimsə üstündə boyalarla: “HƏYAT
BİR PARAQRAF DEYİL” – yazmışdı. Yolun kənarındakı paltar yığınını düşündüm və elə bildim ki boğuluram. Həyat bir paraqraf, ölüm də mötərizə içi deyil.
Axşam
Axşam mindiyim 17:59 qatarı sabahkı qatara nisbətən asta hərəkət edirdi. Bir saat bir dəqiqəlik yolumuz vardı. Yəni əlavə olaraq hansısa stansiyada da-yanmasaydı, səhərkinə nisbətən yeddi dəqiqə daha uzun olacaqdı. Mənimçün elə də fərq etmirdi, çünki səhər Londona getməyə tələsmədiyim kimi axşam da Eşburiyə qayıtmaq üçün can atmırdım. 1960-cı ildə qu-rulan və Bekingemşirin mərkəzində xərçəng kimi şaxə-lənmiş Eşburi nə qədər pis yer olsa da, səbəbi bu deyildi. Buraya bənzəyən, mərkəzi kafelər, mobil telefon mağazaları, “JD Sports” filialları ilə dolub daşan, yaşayış massivi ilə əhatə olunmuş və arxasında çoxmərtə-bəli kinoteatr və qəsəbədənkənar Tesko əyaləti olan onlarla başqa qəsəbədən daha pis, ya da daha yaxşı deyildi. Ticarət mərkəzlərinin qəsəbənin ətəklərinə yayıl-mağa başladığı ərazidə salınan yaxşı(ca) tikilmiş, yeni-
(cə) bir binada yaşayırdım, amma bura mənim evim deyildi. Mənim evim qismən sahibi olduğum, yol kənarında yerləşən yarı viktorian üslublu ev idi. Eşburidə ev sahibi deyildim, hətta kirayənişin belə deyil-1
dim. Bir müddətlik Ketinin sakit və gözəgörünməz dubleksinin ikinci yataq otağında, onun mərhəmətinin və lütfkarlığının göstəricisi olaraq yaşayırdım.
Keti ilə universitetdən bəri dost idik. Yoldaş demək daha düzgün olardı, çünki heç vaxt bir elə yaxın olmamışdıq. Birinci kursda dəhlizin üzbəüz otaqların-da qalırdıq və ikimiz də eyni dərsləri keçdiyimizə gö-rə, gözümüzü qorxudan ilk həftələrdəncə bir-birimizə
yaxınlaşdıq. Sonralar ortaq cəhətimiz olan daha çox insanla tanış olduq. İlk il və istisna hallar olan toyları çıxarsaq, universiteti bitirdikdən sonra bir-birimizlə elə
də görüşməmişdik. Amma mənə lazım olduğu zaman onun evində boş bir otağın olduğunu bildim və orada qalmaq mənə məntiqli gəldi. Cəmi bir neçə ay, maksi-mum, altı ay qalacağıma əmin idim və başqa nə edə
biləcəyimi də təsəvvür etmirdim. Heç vaxt tək yaşa-mamışdım, ailəmdən sonra ev yoldaşları ilə, sonra da Tomla qalırdım. Tək yaşamaq fikri darıxdırıcı gəldiyinə görə onunla yaşamağa razılıq verdim. O vaxtdan demək olar ki, iki il keçib.
Qorxulu deyildi. Keti sözün əsl mənasında yaxşı adam idi. Bu cəhətini dərhal gözə çarpdırırdı. Yaxşı olduğu ortada idi, hətta bu onun ən əsas xüsusiyyəti olduğundan bunun demək olar ki, hər gün gözə görün-məsini istəyirdi. Bu da insanı çox yorurdu. Amma ye-nə də pis deyildi, ev yoldaşında bundan daha pis xü-susiyyətlərin olması mümkündür. Yox, bu yeni həyatımın (üstündən iki il keçməsinə baxmayaraq, hələ də
yeni təsiri bağışlayır) usandırıcı tərəfi Keti, hətta Eşburi də deyildi. Özümə nəzarəti itirməyim idi. Ketinin evində, onun nəzakətli olmasına baxmayaraq, daim 1
özümü qonaq kimi hiss edirdim. Bunu mətbəxdə axşam yeməyi hazırlarkən bir-birimizi itələyəndə hiss edirdim. Divanda onun arxasında oturarkən əlindəki pultdan möhkəm-möhkəm yapışdığında hiss edirdim.
Özümə aid olduğunu hiss etdiyim yeganə yer kiçik yataq otağım idi. İçinə zorla dürtülmüş çarpayı ilə stolun arasından güclə keçirdim. Kifayət qədər rahat olsa da, insanın arzuladığı kimi bir yer deyildi. Bu-na görə də qonaq otağında, ya da mətbəx masasında narahatlıq və yorğun şəkildə qurcalanırdım. Hər şeyə, hətta ağlıma belə nəzarəti itirmişdim.
1
10 iyul 2013, Çərşənbə
Səhər
Hava yavaş-yavaş isinirdi. Saat təxminən 9-un yarısı olmuş və gün çoxdan darıxdırıcı hal almış, hava nəmdən ağırlaşmışdı. Fırtına olmasını arzulasam da səma israrla boş, solğun və açıq mavi rəngə çalırdı. Üst dodağımdakı təri sildim. Su götürməyi unutduğuma görə peşman olmuşdum.
Həmin səhər Ceyson ilə Cessini görmədiyimə görə
çox təəssüflənirdim. Bunun axmaqlıq olduğunu bilirdim. Evi diqqətlə gözdən keçirməyimə baxmayaraq, heç kim görünmürdü. Aşağı mərtəbənin qapısı açıq ol-sa da, iki qanadlı digər qapı bağlı idi və günəş şüaları pəncərədə əks olunurdu. Yuxarıdakı siyirmə pəncərə
isə qapalıydı. Yəqin Ceyson işə getmişdi. Mənə elə gəlirdi ki, həkimdi və çox güman, xarici şirkətlərdən birində işləyirdi. Daim işə hazır vəziyyətdə olurdu, qarderobun üstündə hazır gözləyən bir çantası da vardı; İranda zəlzələ, yaxud Asiyada sunami olan kimi hər şeyi atıb çantasını alaraq həyat xilas etmək üçün göz açıb-yumunca Hitrovda olurdu.
Cəlbedici naxışlı paltarı, konvers ayaqqabıları olan, gözəl və cazibəli Cess isə moda sahəsində çalışırdı. Ya da ola bilsin ki, musiqi, ya da reklam sahəsində.
СКАЧАТЬ