Название: Kimliyi bəlli olmayan qadınlar
Автор: Патрик Модиано
Издательство: Hadaf Neshrleri
isbn:
isbn:
– Sən gərək özünə bir sevgili tapasan, – o, dedi. – Bi-lirsənmi, bu dünyada sevgidən yaxşı heç nə yoxdur.
Mən də elə düşünürdüm, ancaq ona: “bundan da yaxşısı, mənim bir iş tapmağım olardı”, deməyə utanırdım. Mən burada yerləşmək, qalıb işləmək istəyirdim, nə olursa olsun, bir də Liona qayıtmaq istəmirdim. Biz onunla divanda yanaşı oturmuşduq və o hələ də işığı yandırmırdı. Qarşıdakı evdən düşən işıq otağın qaranlığını qovub alaqaranlığa çe-virirdi. Mirey mənim çiyinlərimi qucaqlamışdı, onun xalatı-nın qayışı açılmışdı. Ondan məstedici, ədviyyat qoxusuna oxşar bir ətir gəlirdi. Mən ona ürəyimdəkiləri açıb demək is-təsəm də, susurdum. Bizim burada yaşadığımızı heç kim bil-mirdi. Biz bu otaqda oğurluqca yaşayırdıq. Bildiyimə görə, Mirey Maksimoff qıfılı sındırıb, bu otaqda yaşamağa başla-mışdı. Bu məni qorxudurdu. Gərək Liondan çıxıb getmə-yəydim. Mən bu boş qonaq otağında özümə yer tapa bilmir-dim. Burada çoxdandı kimsə yaşamırdı və buraya dadanan oğrular evin bütün mebellərini daşıyıb aparmışdılar. Mirey mənim düşüncələrimdən duyuq düşübmüş kimi, nədən belə qayğılı olduğumu soruşdu. Onda mən dediyim sözləri öl-çüb-biçərək, düşüncələrimi ona çatdırmağa çalışdım. Onun məni öz yanına çağırıb belə istiqanlıqla qarşılaması ürəyige-nişlikdir, ancaq mən burada özümü çağrılmamış qonaq kimi hiss eləyirəm. Mən boş yerə Liondan çıxıb getməklə öz hə-yatımı onsuz da heç nədən mürəkkəbləşdirmişəm, indi də onun çiyninə bir yük kimi düşmək istəmirəm. O bu evin yi-yələrinə məni buraya buraxdığını deyibmi? O barı özü bu evin yiyələri ilə tanışdırmı? Düzünü desəm, mən bizim bu-rada yaşamağımızın qanuni olmasına inanmıram; qorxuram, günlərin birində ev yiyələri gəlib çıxsınlar və bizi buradan çölə tullasınlar! O, qəh-qəhə çəkib güldü. Sonra isə özünün pilə kimi yumşaq səsi ilə və həsəd apardığım bir soyuqqan-lıq və saymazyanalıqla danışmağa başlayıb, mənim qorxu-mu bir andaca dağıtdı. Deməsinə görə, ev yiyəsi onun çox-dankı bacılığıdır. Biraz dəymədüşər xasiyyətli bu xanım var-lı bir xəz alverçisinə ərə gedib, indi buralarda deyildir. İşin biraz da dərinliyini bilmək istəsəm, o, Mirey Maksimoff da ötən çağlarda evdən qaçıb Parisə gəlmişdi. Bordoda qatara minib Parisə gəlib çıxmışdı. Parisdə heç kimi tanımayan Mi-rey onda elə mən yaşda imiş. Buradakı Latın məhəlləsindəki bir qonaq evində otaq kirələyibmiş və oxuduğu bir elan üz-rə, bu qadının ərinin dükanında satıcı kimi işə düzəlməyə gələndə onunla tanış olubmuş. Bu qadının çox xoşuna gəl-diyindən o, Mireylə bacılıq olmuş, onu öz dostlarının yığın-caqlarına aparmağa başlamış və Mirey elə bu yığıncaqların birində gələcək əri Eddi ilə tanış olmuşdu. Bazar günlərində bu xanım bütün dostlarını özünün bahalı amerikan maşınına yığıb Monfor-lAmoriyə və Dovilə apararmış. Çox gözəl və əyləncəli günlər keçirərmişlər. Ona görə də, burada yaşa-maqla bağlı mənim qarğaşam yersizdir. O qadın bilsəydi, özü böyük sevinclə, evini qalmaq üçün Mireyə verərdi. Da-nışığın bu yerində ürəklənib öz gələcək taleyimin necə ola-cağı ilə bağlı qorxduğumu ona söylədim. Mən işləmədən Pa-risdə necə yaşayacağam? O bir dəqiqəyəcən dinməzcə mənə baxdı, sonra isə dedi:
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.