Kimliyi bəlli olmayan qadınlar. Патрик Модиано
Чтение книги онлайн.

Читать онлайн книгу Kimliyi bəlli olmayan qadınlar - Патрик Модиано страница 2

Название: Kimliyi bəlli olmayan qadınlar

Автор: Патрик Модиано

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия:

isbn:

isbn:

СКАЧАТЬ baxışına getməzdən bir gün öncə, gecə, ağ kof-tamı, göy donumu və tünd göy rəngli tuflilərimi geyinib pal-tar dolabındakı güzgünün önündə dayanaraq özümə bax-dım və birdən-birə özümdən soruşdum: güzgüdə görünən o lal-dinməz və yerində donub qalmış qız kimdir, doğrudanmı bu mənəm? Bu düşüncəmə gülümsündüm, ancaq sabah mə-nim taleyimin həll olunduğunu düşününcə, gülüşüm üzüm-dən silinib getdi.

      Mən gecikə biləcəyimdən bərk qorxurdum, ona görə də, görüş vaxtına bir saat qalmış evdən çıxdım. Belkur mey-danına çatanda yağış başladı və mən qaçaraq özümü yaxın-lıqdakı “Ruyyal” otelinin girişindəki zala çatdırdım. Moda-lar evinə islaq saçlarımla getmək istəmirdim. Mən qapıçını aldadaraq, oteldə nömrə kirayələdiyimi dedim və o mənə, bayırda gəzişmək üçün, çətir verdi. Qrole küçəsindəki dörd nömrəli evə çatanda məni içəri çağırıb, divarları boz rəngli fiqurlu taxta lövhələrlə örtülmüş salonda oturub gözləməyi tapşırdılar, salonun çox böyük, bir ucu az qala döşəməyə di-rənən pəncərələri də, boz rəngli ipək pərdələrlə örtülü idi. Divar boyu çoxlu stullar düzülmüşdü. Stulların taxtaları qı-zıla tutulmuş, oturacaqları ilə söykənəcəkləri isə atlas parça ilə örtülmüşdü.

      Yarım saat keçdi; artıq məni unutduqlarını düşün-məyə başlamışdım. Mən stulların birində oturub bayırda ya-ğan yağışın pıçıltısına qulaq asırdım. Tavandan asılmış çilçı-raqlar parlaq ağ işıq saçırdılar. Düşünməyə başlamışdım: gö-rəsən, gözləməyə dəyərmi? Elə bu anda əlli yaşlarında, qara saçlarını arxaya daramış, lopa bığı və yırtıcı baxışları olan bir kişi salona açılan qapını bərkdən itələyib açaraq, içəri girdi. O, tünd göy rəngli kostyum geyinmişdi, ayaqlarında qara rəngli ayaqqabıları vardı. O kişi indi də arada-bir mənim yu-xuma girir: qapını bərkdən itələyib açır, içəri girir və onun saçları, otuz il bundan öncə olduğu kimi, yenə də qapqara-dır. Kişi, yerimdən qalxmamağı xahiş eləyərək, keçib mə-nimlə yanaşı oturdu. Quru və qaba bir səslə, neçə yaşım ol-duğunu soruşdu. İndiyədək model işləmişənmi? Mən heç vaxt model işləmədiyimi dedim. Sonra o mənə, ayaqqabıla-rımı çıxarıb, qarşıdakı pəncərəyədək gedib qayıtmağı bu-yurdu. Mən pəncərəyə sarı addımladım, çox böyük gərginlik içində idim və özümü itirdiyimdən, ayaqlarım biri-birinə do-laşırdı. O stulda oturub əlini çənəsinə dayamışdı və tutqun baxışları ilə məni süzürdü. Mən pəncərəyə sarı gedib qayı-dandan sonra, dirək kimi, onun qarşısında donub qaldım, o isə heç nə demədən, oturmuşdu. Mən bütün gücümü topla-yıb toxdaq görünməyə çalışırdım, baxışlarımı boş stolun ya-nında kimsəsiz qalmış ayaqqabılarıma dikib, susqunluq için-də dayanmışdım.

      – Oturun, – o mənə üz tutub dedi.

      Yenidən onunla yanaşı olan stulda oturdum. Ancaq ayaqqabılarımı geyinməyə ürək eləmədim.

      O saçlarımı göstərib soruşdu:

      – Bu, saçlarınızın təbii rəngidir?

      Mən: hə, dedim.

      – Sizə profildən baxmaq istəyirəm.

      Mən başımı pəncərəyə sarı döndərib, yanakı tutdum.

      – Siz, profildən olduqca gözəl görünürsünüz…

      O bu sözləri mənə nəsə pis bir xəbər verirmiş kimi dedi.

      – Çox az adamların gözəl profili olur.

      Kişi bu sözləri çox duyğulu bir səslə dedi, sanasan, bu dünyada gözəl profilli insanların çox az olması onu yan-dırıb-yaxırdı. O, yırtıcı baxışlarını üzümə dikib dayanmışdı.

      – Sizin çox gözəl fotoşəkilləriniz alınardı, ancaq müs-yö Piyerin axtardığı bu deyil.

      Elə bil, çiyinlərimdən basıb məni əzməyə başladılar. Doğrudanmı, mənim model olmaq üçün heç bir şansım yox-dur? Yoxsa, o bu modalar evinin yiyəsi olan müsyö Piyerlə məsləhətləşəndən sonra mənə son sözünü deyəcək? Bu an-larda müsyö Piyerin məni bəyənməsi üçün nə desələr elə-məyə hazır idim.

      – Mənim üçün çox ağır olsa da, bu sözü deməliyəm… Biz sizi götürə bilməyəcəyik.

      Hökm verilmişdi. Mənim buna qarşı çıxıb nəsə de-məyə gücüm qalmamışdı. Bu adamın, soyuqqanlılıq və sayğı duyulan səsi ilə, dediklərindən hər şey bəlli idi: mənimlə bağlı müsyö Piyerlə danışmağa belə dəyməzdi.

      Ayaqqabılarımı geyindim. Stuldan qalxdım. O din-məzcə əlimi sıxdı, məni qapıyadək ötürdü. Küçəyə çıxandan sonra çətiri unudub orada qoyduğumu xatırlasam da, buna önəm verib geri qayıtmaq istəmədim. Dalğınlıq içində, hara getdiyimi bilmədən, çıxıb getdim. Birazdan, qarşıma çıxan körpünün üstündən keçdim. Sonra isə Sona çayının kənarı boyunca addımlamağa başladım. Bir də onda gördüm, ya-şadığım məhəlləyə gəlib çıxmışam, Sen-Bartelemi enişindəki lazarçıların monastrının divarının yanındayam; bu görüntü sonralar dönə-dönə yuxuma girərdi! Mən divarın fonunda itib-batmışam. Divarın kölgəsinə qarışıb, onun rənginə dü-şüb görünməz olmuşam. Və mənə elə gəlir, məni bu qaran-lıqdan çıxarmağa heç kimin gücü çatmaz. Birdən, necəsə, bu qaranlıqdan çıxıb, Qrole küçəsindəki, oturub gözlədiyim, çil-çıraqlarının parlaq işığı göz qamaşdıran o salonu görürəm! Göy kostyumlu o tip də, ara vermədən, otağa girib sonra ge-ri qayıdır, onun bu gəl-gedi dönə-dönə təkrarlanır və bu gö-rüntü köhnə filmlərin sonundan əvvəlinə fırladılmasına bən-zəyir.

      Mən bu yuxunu, uzun illər boyunca, olduğu kimi, dönə-dönə görürdüm. Ancaq bir neçə il sonra, lazarçıların monastrının divarları daha, çox da tünd rəngdə görünmür-dü, bir çox yuxularımda isə, batan günəşin solğun şüaları onu işıqlandırırdı. Eləcə də, Qrole küçəsindəki salondakı çil-çıraqların işığı da, daha gözqamaşdırıcı deyildi, onlar göz-oxşayan, solğun bir işıq saçmağa başlamışdılar. Yırtıcı ba-xışlı, göy kostyumlu kişi isə, elə bil, getdikcə solğunlaşır, başdan ayağa bozumtul bir rəngə düşürdü. Onun üzünün rəngi də, getdikcə solur, şəffaf-ağ rəngə çalırdı. Ancaq saçları yenə də, onu ilk olaraq gördüyüm gündəki kimi, qapqara qalmışdı. Səsi isə dəyişmiş, qırıq-qırıq gəlirdi. Elə bil, danı-şan o deyildi, onun dediyi sözlər köhnə və əzik bir plastin-kadan gəlirdi. Eyni sözlər, ara vermədən, biri-birinin ardın-ca, sonsuzlara kimi səslənə-səslənə təkrarlanırdı: “saçlarını-zın təbii rəngi… Sizə profildən baxmaq… Müsyö Piyerin ax-tardığı bu deyil…”, ancaq bu sözlər artıq mənim üçün büs-bütün öz anlamını itirmişdi, onlar daha yuxuda da mənə tə-sir eləmək gücündə deyildilər. Mən yuxudan ayılandan son-ra düşünərdim: görəsən, ömrümün çoxdan ötüb keçmiş bu epizodu onda mənə nə üçün bunca ağrılı görünmüşdü və buna görə özümü bədbəxt СКАЧАТЬ