Alleut adalarının ən uzaq torpaqları sanki yavaş-yavaş
Sakit Okean sularında itirdi. Bu gün sanki okean Tanrıları o torpaqlar uğrunda öz hüquqlarını müdafiə etmək üçün gəlmişdilər.
Sakit Okean qurşağı ilə 16:44 (yerli vaxtla 10:44)
Alanya, Quam torpağı
Quberniya valisinin qış bağında dayanan Cefri Günəş
tutulmasını seyr edirdi. 26 yaşına qədər, bir neçə dəfə cüzi Günəş tutulmasını izləsə də, tam Günəş tutulmasını birinci dəfə görürdü. Quam adası Yer səthinin ensiz zolağında yer-ləşdiyinə görə, Günəş tutulması buradan daha aydın görünürdü. Elə buna görə də, sammitin keçirilməsi üçün məhz bu ada seçilmişdi.
Cefri dövlət katibi Elliotun qeydlərini bilgisayarda yazıb qurtarandan sonra, inanılmaz tamaşanı izləmək üçün də vaxtı qalmışdı O, ucuz eynəyi gözünə taxıb, digər amerikalı nümayəndələr ilə birlikdə bağın qərb tərəfdə yerləşən qapısının yanında dayanmışdı. Çinlilər isə həyətin qarşı tərəfində top-19
lanmışdılar. Adama elə gəlirdi ki, bu iki qrupu da Sakit Okean ayırır.
Cefri bu iki qrup arasında hiss olunan gərginliyə məhəl qoymadan, Günəşin möhtəşəm görüntüsündən zövq alırdı.
Bu an o bir səs eşitdi:
– Çox gözəldir, deyilmi?
Cefri üzünü çevirdi və yenidən, artıq ikinci dəfə, prezident Bişopu gördü.
– Cənab prezident! – Cefri eynəyini çıxarmaq istəyirdi ki, prezident ona mane oldu.
– Lazım deyil, çıxarmayın. Seyrinizə davam edin. Belə bir gözəlliyi yəqin ki, bir də iyirmi ildən sonra görə biləcəyik.
– Bəli, cənab.
Hər ikisi göyə baxmağa davam etdilər. Prezident elə göyə
baxa-baxa dedi:
– Çin inanclarına görə, Günəş tutulması həyatda baş verən əsas dəyişikliklər müjdəçisidir – ya yaxşıya doğru, ya da əksinə.
– Əminəm ki, yaxşıya doğru dəyişər, həm də hər iki xalq üçün, – deyə Cefri dilləndi.
Prezident Bişop əlini Cefrinin çiyninə qoyaraq dedi:
– Ax, budur gənclik optimizmi! Siz vitse-prezidentlə söh-bətləşsəniz, yaxşı olar. Siz onunla həyat sevgisini paylaşa bilərsiniz və o da sizinlə həyata real baxışlarını, – deyə öz zarafatından məmnun olub, istehza ilə gülümsündü.
Cefri bu sözlərin mənasını başa düşdü. Vitse-prezident Lorens Neyfin kommunizmin son istinadgahlarından biri ilə
əlaqələrin hansı tərzdə qurulmasına dair xüsusi fikirləri var idi. Lorens Neyf aşkarda Bişopun diplomatik vasitələrin köməyilə Çinlə aralarında olan qarışıqlığı həll etmək niyyətini dəstəklədi. Lakin buna baxmayaraq, o özünü teleka-20
meralardan uzaq tutaraq, daha aqressiv mübarizəyə üstünlük verirdi.
– Siz hökmən bu ziddiyətləri aradan qaldırmağı baca-racaqsınız, mənim buna heç şübhəm yoxdur, – Cefri dedi.
–Yenə də sizin optimizminiz.
Dövlət katibi jestlərlə prezidenti səslədi və otağa keçməsini rica etdi. Prezident yenidən əlini Cefrinin çiyninə
qoyub, gülümsünərək dedi:
– Deyəsən, yenidən Amerika-Çin münasibətlərini yoluna qoymaq məqamı yetişib.
Prezident sözünü ağzında tamamlamışdır ki, möhkəm titrəyiş hiss olundu. Hələ də əli Cefrinin çiynində olan prezident onu sıxdı. Hər ikisi ayaqda möhkəm dayanmağa çalışdılar.
– Zəlzələ! – deyə Cefri qışqırdı.
Ətrafda pəncərələrin şüşələri qırıldı. Cefri şüşə
qırıntılarından qorunmaq üçün özünü ovucları ilə tutdu.
Quberniya valisinin bütün pəncərələri eyni anda qırılıb yerə
töküldü. Pəncərənin yanında duran bir neçə adam bu şüşə
qırıntılarından yaralanaraq, qan içində yerdə uzanmışdılar.
Cefri kömək məqsədilə irəli atılmaq istəsə də, prezidenti tək buraxa bilmədi. Digər tərəfdə ola Çin nümayəndələri sığınacaq məqsədilə evin içərisinə atıldılar.
Cefri ayaqları altında dəhşətli uğultu hiss etdi. Dövlət katibi bir qrup məxfi agentin əhatəsində izdihamı yararaq irəli addımlayırdı. Nəhayət, prezidentin yanına çataraq, onun əlindən yapışdı və dedi:
– Tez ol, Den, bir nömrəli borta qayıtmaq lazımdır! Bu ada yerlə-yeksan olmamış, mən sənin təhlükısiz bir yerdə
olmağını istəyirəm! Prezident onun əlini itələdi.
21
– Yox, mən bacarmaram.... – lakin sözünü sona çatdıra bilmədi. Haradasa, cənub tərəfdə möhkəm partlayış səsi eşidildi.
Cefri birinci olaraq dedi:
– Cənab prezident, siz getməlisiniz!
Prezident Bişopun üzərində gərginlik və təşviş hiss olunurdu. Cefri bu insanın Vyetnamda qulluq etdiyini bilirdi və bilirdi ki, onu yolundan döndərmək o qədər də asan deyil.
Sən bacarmalısan! Sənin özünü riskə atmağa haqqın yoxdur, Den!
Nəhayət, prezident razılaşdı.
– Yaxşı, gedək – deyə razılaşdı. Amma mən özümü qorxaq kimi hiss edirəm.
Prezident iki cangüdənin əhatəsində çıxış qapısına tərəf addımladı, dövlət katibi isə Cefriyə baxıb dedi:
– İndi limuzini gətirəcəklər. Sən prezidentin yanında qal və nəzarət et ki, o mütləq təyyarəyə minsin.
– Bəs..... bəs siz?
– Mən çalışacam ki, nümayəndələrimizdən bacardığım qədər toplayıb aeroporta çatdırım. СКАЧАТЬ