Dərinlik. Джеймс Роллинс
Чтение книги онлайн.

Читать онлайн книгу Dərinlik - Джеймс Роллинс страница 4

Название: Dərinlik

Автор: Джеймс Роллинс

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия:

isbn:

isbn:

СКАЧАТЬ Cefri taqətsiz halda kresloya oturdu və gözlərini yumdu. Prezidentin özü ona qulaq asmış və onunla razılaşmışdı.

      Cefri bu uğura görə qismətinə təşəkkür etdi. O, dikəldi və

      ikiqat enerji ilə yenidən işinə davam etdi. Yəqin ki, bu gün uzun müddət onun yaddaşında qalacaqdı.

      15

      II O VAXT

      Sakit Okean qurşağı vaxtı ilə 16:44

      San Fransisko, Kaliforniya

      Ofis binasının eyvanından San-Fransisko körfəzinə gözəl mənzərə açılırdı. Buradan Günəş tutulmasını izləmək üçün Jirardelli meydanına toplaşan insanlar görünürdü. Lakin Dorini cəlb edən bu deyildi. Onu, ömründə yalnız bir dəfə görə

      biləcəyi mənzərə maraqlandırırdı.

      Göyün tən ortasında körfəzin göy suları üzərində qara Günəş asılmışdı.

      Məhz bu gün üçün Dorin optikadan tünd şüşəli eynək almışdı. Göydə qara dairə şəklində görünən Günəş parlaq, uzun dilləri ilə insanları heyrətə gətirirdi. Astronomiya sahəsindən olan ekspertlərin CNN kanalına verdiyi məlumata görə, həmin gün Günəşin qeyri-adi yüksək aktivliyi tutulmanı daha da mənzərəli edəcək. Və onlar yanılmamışdılar.

      Dorinin ətraflında dayanan hüquq firmasının katibləri və

      digər işçiləri bu gözəl mənzərəni seyr edərkən, heyranlıqlarını müxtəlif səs ifadələrilə bildirirdilər. Radio vasitəsi ilə astronomların növbəti məlumatı verildi. CNN xəbərdarlıq edir ki, atmosferin üst qatının yüklü zərrəciklər tərəfindən topa tutulması nəticəsində efirdə bəzi nöqsanlar baş verə bilər.

      Körfəzin sularında qara Günəşin əksi o qədər gözəl görünürdü ki, Dorin bu mənzərədən gözlərini ayıra bilmirdi.

      Bu gözəl zamanda yaşamaq onun üçün bir şans idi.

      – Ey, hiss etdiniz? – deyə xanım katiblərdən biri təlaşla soruşdu.

      16

      Ayaqları altında zəif titrətmə hiss edən Dorin, qızın nə

      demək istədiyini başa düşdü. Artıq dibçəklər də tərpənməyə

      başladı və radiodan yalnız fısıltı səsləri eşidilirdi.

      Zəlzələ! – deyə kimsə qışqırdı.

      San-Fransiskoda yaşayan bəzi insanlar üçün bu titrəyiş

      çaxnaşma yaratmaq üçün səbəb deyildi. Amma yenə də

      şüurun dərinliyində bir xoşagəlməz fikir oyanırdı: “Bəlkə bu dəfə güclü olacaq?”

      Firmanın böyüyü hamıya içəri keçməyi əmr etdi. Eyvan-da toplaşanlar, bir-birini itəliyərək içəri keçməyə can atırdılar.

      Dorin sonuncu dəfə göyə baxdı. Buradan elə görünürdü ki, sanki hansısa nəhəng göydə böyük qara dəlik açıb. Elə bu an Dorin cır-cındır geyimli evsiz qadını və onun dediklərini xatırladı: “Bu gün biz hamımız öləcəyik”.

      Dorin otağa getdi. Eyvan ayaqları altında titrəməyə

      başladı. Bəli, bu adi zəlzələyə oxşamırdı.

      – Tez olun! Qurtulmaq lazımdır! – deyə bosssəsələndi.

      Dorin içəri otağa atıldı, lakin ürəyinin dərinliyində o başa düşürdü ki, qurtuluş tapmaq çətin olacaq və onlar öləcəklər.

      Okean qurşağı vaxtı ilə 16: 44 (yerli vaxtla 1444)

      Alleut adaları. Alyaska

      Qayanın buzlu zirvəsində dayanan Cimmi yavaş-yavaş

      yoxa çıxan Günəşə baxırdı. Küçüyü Nanuk isə təlaşlı halda onun yanında fırlanırdı Həyəcandan soyuğu da unudan üç ingilis turisti görüntüdən zövq alırdılar. Bu tarixi an foto-apparat və kameraların yaddaşına köçürülürdü.

      Cimmi dərindən ah çəkdi və soyuq daşın üstünə oturdu.

      Ağacdan düzəldilmiş bütə söykənərək, o Sakit Okean üzərində vüsət almış qara günəşə baxırdı. Bu qeyri-adi təbii 17

      işıqlandırmada adalar sanki donub qalmış və qeyri-real görünürdü. Hətta dənizin gümüşü-parıltılı rəngə çalan üzü də

      donuq görünürdü.

      Səhər açılandan bəri küçük Nanuk narahat idi və elə hey mırıldanırdı. Yəqin ki, o Günəşlə nə baş verdiyini başa düş-mədiyindən belə idi.

      – Narahat olma, balaca, – deyə sahibi onu pıçıltılı səslə sakitləşdirdi – Bu sadəcə günəşi udmaq istəyən ac balinadır.

      Cimmi əlini uzadıb küçüyü sığallamaq istədi, amma onu yanında görmədi. O, qaşqabaqlı halda arxaya boylandı, küçük isə Günəşə deyil, şimala doğru baxırdı. Cimmi itin baxışlarını izləyərək, təəcüblü halda ah çəkdi.

      – Aman Tanrım!

      Şimalda Günəşin tutulmasından qaralan göy üzü dal-ğavari və dövriyyələrlə göy rəngin bütün çalarlarını alırdı.

      Cimmi o dəqiqə anladı ki, onun izlədiyi şimal şəfəqidir.

      Ancaq o heç vaxt onun belə intensivliyini görməmişdi, həm də indi zaman da uyğun deyildi.

      Şüalar yel kimi fırlanıb qalxır və sanki səmada daha bir parıltı, dəniz əmələ gəlirdi.

      – Mən elə bilirdim ilin bu vaxtı şimal şəfəqi olmur – deyə, ingilislərdən biri çığırdı.

      Elədir – deyə, Cimmi cavab verdi.

      Eylin adlı ingilis xanımı əlindəki kamera ilə Cimmiyə tərəf addımladı.

      Necə də gözəldir! Bu Günəş tutulmasından daha da yaxşıdır.

      Cimmi cavab vermədi. İnuitlər üçün şəfəqinin baş

      verməsi müxtəlif əlamətlər və sirlərlə əlaqəli idi. Yayda, şimal şəfəqinin əmələ gəlməsini onlar hansısa bəlanın baş verməsi kimi qəbul edirdilər.

      18

      –Bu nədir? СКАЧАТЬ