Название: Ey insanlar, hamınız türksünüz!
Автор: Gene D. Matlock
Издательство: Hadaf Neshrleri
isbn:
isbn:
Kitabi-müqəddəsə görə, təkcə Nuh və onun ailəsi sağ
qalmışdı. Əslində isə dünyanın başqa bölgələrindəki insanlar kimi Nuh əyyamının beş qəbiləsi də tufandan xilas olmuşdu.
Nuhun gəmisi Orta Asiyadan cənuba tərəf irəlilədi və
Şərqi Anadoluda Ağrı dağında qayaya oturdu. Çoxumu-za öyrədildiyi kimi, tarixin o çağında dünyada yaşayan hər kəs yalnız sanskritcə danışa bilirdi. Dünyadakı bütün 15
xalqların əcdadı olan Hiperboriya sakinləri bu gün bizim
“türk” adlandırdığımız insanlar idi.
Böyük tufanın belə insanlığı günahlardan yayındır-mağa yetməməsi bizə təəccüblü görünməməlidir. Ham bunu dəqiqliklə isbat etmişdir. Tanrı isə başqa strategiya tətbiq edib:
“Və bütün dünyanın dili və sözü birdir. Və vaqe oldu ki, Şərqə köçdükləri vaxt Şinar diyarında bir ovalıq tapdılar və oraya yerləşdilər. Bir-birilərinə dedilər: “Gəlin kərpic düzəldək və
onları yaxşıca bişirək”. Və onların daş əvəzinə kərpicləri, se-ment əvəzinə qırları var idi. Və dedilər: “Bütün yer üzünə da-ğılmayaq deyə, gəlin özümüzə bir şəhər və başı göylərə çatan qala bina edək və özümüzə də nam olsun”. Və Adəm oğullarının tikməkdə olduqları şəhəri və qalanı görmək üçün Rəbb endi. Və
Rəbb dedi: “Hamısı eyni qövmdür, onların hamısının eyni dili var; etməyə başladıqları şey budur; və indi etmək niyyətində olduqları heç nə onlara yasaq edilməyəcək. Gəlin enək və bir-birinin dilini anlamasınlar deyə, onların dilini qarışdıraq”. Və
Rəbb onları yer üzünə oradan dağıtdı; şəhər tikməyi dayandır-dılar. Bundan dolayı onun adına Babil deyildi; çünki Rəbb bütün dünyanın dilini orada qarışdırdı; və Rəbb onları bütün yer üzünə oradan dağıtdı. (“Təqvin”, 11: 1-20) Xristianlar və yəhudilər yanlışlıqla Babil qülləsinin inşasının Şumerdə olduğuna inanırlar. Mən Şumeri quran türklərin və qədim hindilərin insan nəslinin qaynağı və
mərkəzi olan Meru dağından ora köçərkən bu hekayəni də özləri ilə apardıqlarını deyirəm. Bura həqiqətən də, insanlığın dünyaya yayıldığı yerdir. Biz buranı eyni zamanda “bütün insanlığın qaynağı, yaxud vulvası” anlamında sanskritcə “Sion” (zion/vəd edilmiş torpaqlar) sözü 16
ilə də tanıyırıq. Ənənəvi biliklər isə bizə Meru dağının Qərbi Tibetdə, indiki Kailasa dağı olduğunu deyir.
Ancaq bu dağ Əfqanıstandakı Heratın, ya da Orta Asiyanın cənub-şərqində ora bənzər bir yerin yaxınlığında, təxminən indiki Pakistan və Əfqanıstanın yerləşdiyi bölgədə ola bilər. (Ref: Ancient geography of Ayodhya, Dr.
Shyam Narain Pande.) Bir çox xristian və yəhudi Meru dağının Ağrı dağı olduğunu hesab edir, lakin “Əhdi-ətiq”
və “Əhdi-cədid”də bu qeyd olunmayıb.
Meru dağının başqa bir adı da “Hindistana aid olan”
mənasındakı Seneru və ya Sinaru dur. Linqvistik baxımdan bu söz Shinar və ya Sinar (Şinar – Özgür Umut Hoşafçı, tərc.) ilə bənzərdir.
Tanrı bizə ilk dilimizdən bir çox kəlmə saxlayaraq yetərli qədər mərhəmət göstərmişdir. Bunlardan ikisi: Belief (inanc) və Science-dir (elm). Bu iki söz dünyanın bir çox dillərində oxşar biçimdə tələffüz edilir. Əgər bu iki kəlmənin gerçək mənalarını yenidən xatırlaya bilsək, qaynağa qayıtmağı bacaracağıq.
Əgər qədim ifadələr olan: belief (inanc), science (elm) və scientific (elmi) sözlərinin gerçək anlamını öyrənsək, özümüzü və dünyanı daha təsirli biçimdə yenidən öyrənə
və anlaya bilərik.
Sözlərin təsnifatı ilə məşğul olanların əksəriyyəti ingiliscə belief (inanc) və believe (inanmaq) sözlərinin qaynağını və etimologiyasını bilmədiklərini qeyd edirlər .
Non-belief (inancsız), ya da not-believe (inanmamaq) inanmağın inkarıdır. İngilis dili Hind-Avropa dil ailəsinə aiddir. Bəzi hindlilər ingilis və alman dillərinin sanskritcəyə
ən yaxın dillər olduğunu düşünür. Buna türk dilini də
17
əlavə etməlidirlər, çünki, ingilis və alman dillərinin formalaşmasında türkcə də rol oynamışdır.
Böyük tufandan əvvəl ilk beş insan irqi Hiperboriyada yaşayarkən onların zehinləri hər şeyi bilir və əsla səhv etmirdi. Çinli taoistlərin dediyi kimi, onlar ruhani insanlar idi. Lakin insanlığın eqosu düşüncəni təslim alandan sonra, onlar öz fikirləri, hərəkətləri və potensiallarının üstünə yanlış inancları qəbul edərək “Universal ağıl” ilə bütün əlaqəni yavaş-yavaş itirməyə, gerçəyi təkbaşına axtarmağa başladılar. Bu dəfə Tanrıdan gələn heç bir yardım yox idi. Həm də, öz düşüncələrini daha düzgün elan etməklə və başqalarını öz ardınca gəlməyə məcbur qoyaraq yalnız özlərini aldatdıqlarını kəşf etmişdilər.
Dindarlıq psixologiyasının araşdırılması
Bu bölümü və kitabı davam etdirməzdən əvvəl: bəzi dini-siyasi doktrina və təşkilatların düşüncəsini təsdiqlə-mək üçün başqalarını üzvlüyə qəbul edərək ələ keçirmək istəyən insanın ölümcül potensiala sahib ruhi vəziyyəti haqqında detallı danışmalıyam.
İnsan belə məsələlər haqqında düşüncəsinin mütləq həqiqət olduğunu fikirləşəndə, avtomatik olaraq hər şeyi bildiyi qənaətinə və xudpəsəndlik duyğusuna qapılır.
Özünü əbədiyyətlə çuğlaşmış kimi hiss edir. Bu hissə yaxşı bələdəm. Hal-hazırda oxuduğunuz kitabdakı məsələ ilə
bağlı mən də məhz belə hiss edirəm. Bu gözəl hissdir. Ancaq ondan başqalarını öz iradəmizə tabe etmək və təzyiq 18
göstərmək üçün vasitə kimi istifadə etdiyimizdə bu hiss şeytani hal alır.
Uşaqlığımda atam və anam Nasıranlı4 radikal dindar xristian kilsəsinin üzvü idilər. Bizlərə öyrədilmişdi ki, dünyada yeganə doğru bizik, qalan hər kəs yanlışdır. Nasıranlı (kilsəsinə aid) olmayan insanlar üçün dərindən kə-dərləndiyimi xatırlayıram. Məhəlləmizdə Yehova şahidlə-rindən olan bir ailə var idi. Mən də, dostlarım da ən СКАЧАТЬ