Amerika faciəsi . Теодор Драйзер
Чтение книги онлайн.

Читать онлайн книгу Amerika faciəsi - Теодор Драйзер страница 5

Название: Amerika faciəsi

Автор: Теодор Драйзер

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия:

isbn:

isbn:

СКАЧАТЬ tərbiyə və bəzən hətta dini vəcdə qapıldığına baxmayaraq, nə istədiyini özü də bilməyən, öz hisslərinin əsiri olan zəif iradəli bir qız idi. Estanı əhatə edən mühit ona tamamilə yad mühit idi. Adamların dinə yalnız sözlə riayət edən böyük əksəriyyəti kimi Esta özü belə hiss etmədən lap uşaqlıqdan dinin bütün ehkamlarını əzbərləmiş, lakin hər gün təkrar edilən bu sözlərin mənasını bu günə qədər başa düşməmişdi. Ata-anasının öyüd-nəsihətləri, qanun və “dini ehkamlar” onu müstəqil düşünmək zərurətindən azad edirdi və digər nəzəriyyələr, digər mülahizələr, xarici və daxili təkanlar, bütün bunlarla üz-üzə gəlib toqquşana kimi Esta kifayət qədər möhkəm müdafiə altında idi. Lakin əvvəlcədən demək olardı ki, belə bir toqquşma baş verən kimi, onun öz daxili əqidəsinə əsaslanmayan və onun xasiyyətindən nəşət etməyən bu dini etiqadlar ilk zərbəyə belə davam gətirə bilməyəcəkdir. Qardaşı Klayd kimi Estanın da fikri və hissləri, dini cəfakeşlik və fədakarlıq ideyaları ilə heç uyuşa bilməyən eşq və məhəbbət, xoş və yüngül həyat ətrafında dolaşırdı. Onun bütün daxili aləmi, bütün arzuları dinin bu tələblərinə zidd idi.

      Lakin Estada Klaydın təbiətinə xas olan qüvvət və müqavimət göstərmək qabiliyyəti yox idi. Esta passiv təbiətə malik bir qız idi, onu yalnız dumanlı bir sürətlə qəşəng paltarlar, şlyapalar, tuflilər, lentlər və bu qəbildən digər şeylər cəzb edir, dini etiqadlar isə ona belə şeyləri arzulamağı yasaq edirdi. Səhərlər və gündüzlər dərsdən sonra, yaxud axşamlar Esta uzun və gurultulu küçələrdən keçib gəlirdi. Qol-qola gəzən və gizli sirlərini bir-birinə söyləyən qızlar onun xoşuna gəlirdi, gənc oğlanlar da onun xoşuna gəlirdi, bu gənclərin dəcəlliyi və əyləncəli nadincliyi gənc bir məxluqun fikir və hərəkətləri altında gizlənmiş sövqi-təbiidən xəbər verir, özünə tay axtarıb tapmaq istəyən inadlı bir sövqi-təbii hissinin qüvvətini büruzə verirdi. Esta bəzən tin başında və yaxud qapı ağzında cüt-cüt dayanmış aşiqləri gördükdə və yaxud macəra axtaran birisinin ehtiraslı və sınayıcı baxışlarına rast gəldikdə, onun öz varlığında bütün gözlə görünən və cismən hiss edilən, göylərin vəd etdiyi qeyri-cismani şeylərdən tamamilə uzaq olan həyati sevinclər üçün tutqun bir həyəcan və əsəbi bir titrəyiş baş qaldırırdı.

      Gənclərin baxışları isə gözə görünməyən şüalar kimi onun bütün varlığına nüfuz edirdi, çünki o, yaraşıqlı bir qız idi və gündən-günə daha da cəlbedici olurdu. Gənclərin əhvali-ruhiyyəsi onun qəlbində öz əks sədasını tapır və onun daxilində dünyadakı bütün əxlaqlı və əxlaqsız hərəkətlərin əsasını təşkil edən dəyişdirici kimyəvi reaksiyalar doğururdu.

      Bir dəfə o, məktəbdən evə qayıdarkən, şıq görkəmli bir gənc onunla danışmağa başladı, sanki Esta bütün görkəmi ilə o gənci belə bir hərəkət etməyə dəvət edirdi. Estanı bu hərəkətdən saxlaya biləcək qüvvələr çox zəif idi. Çünki o, ehtiraslı olmasa da, tez güzəştə gedən bir qüvvətə malik idi. Bununla belə evdə ona ismətini qoruması üçün, təmkinli və məsum olması üçün, elə bir ciddi tərbiyə verilmişdi ki, hər halda o, indi o saat günah işləmək təhlükəsindən uzaq idi. Lakin bu birinci hücumdan sonra digər hücumlar başlandıqda Esta artıq ona göstərilən bu nəvazişləri qəbul edir və yaxud əvvəllərdə olduğu kimi tez qaçıb getmirdi, beləliklə, aldığı tərbiyənin onunla həyat sevincləri arasında yüksəltdiyi təmkinlik hasarı yavaş-yavaş uçub dağılmağa başladı. Esta yavaş-yavaş sirlərini ürəyində saxlamağa və sərgüzəştlərini ata-anasından gizlətməyə başladı.

      Bəzən elə olurdu ki, gənclər onun etirazlarına qulaq asmayaraq Estanı evlərinə qədər ötürür, onunla söhbətə girişirdilər. Bu gənclər onları özündən rədd etmək üçün əvvəllər Estaya kömək edən həddindən artıq qorxaqlığa, ürkəkliyə qələbə çaldılar. Esta yeni görüşlər arzulamağa, gözəl, qayğısız, sevincli bir məhəbbətin həsrətini çəkməyə başladı.

      Beləliklə, bu arzular onun üzərində yavaş-yavaş, lakin qarşısıalınmaz bir şiddətlə, getdikcə dərindən kök salmağa başladı və axırda da bu aktyor meydana çıxdı, bu aktyor isə şöhrət düşkünü, yaraşıqlı və qaba kişilərdən biri idi ki, belələri yalnız yaxşı geyinməyi bacarır, zahirən gözləri qamaşdırır, lakin heç bir əxlaqa, zövqə, nəzakətə heç olmasa, həqiqi bir şəfqət hissinə belə malik olmurlar, lakin bu aktyor bir kişi kimi cazibədar idi və buna görə də bir neçə görüşdən sonra bircə həftənin içərisində Estanı elə sərməst etdi ki, qız tamamilə aktyorun iradəsinə tabe oldu. Aktyor isə əslində, Estaya qarşı, demək olar ki, laqeyd idi. Bu bayağı adam üçün Esta sadəcə bir neçə incə sözlə yoldan çıxarılması mümkün olan bir çox yaraşıqlı, hissiyyatsız, təcrübəsiz, yelbeyin qızlardan biri idi, bunun üçün yalnız aşiq donuna girmək, yağlı dil tökmək, evləndikdən sonra xoşbəxt, firavan bir həyat sürəcəklərini və müxtəlif yerlərə səyahət edəcəklərini vəd etmək kifayət idi.

      Lakin eyni sözləri həmişə sadiq qalan həqiqi bir aşiq də deyə bilərdi. Aktyor isə Estanı inandırmağa çalışdı ki, o ancaq hər şeyi buraxıb onunla getməli və yubanmadan dərhal onun arvadı olmalıdır. Aktyor qızı dilə tuturdu: bir-biri üçün yaradılmış iki adam bir-birinə rast gələrkən işi uzatmağın nə mənası var? Burada, bu şəhərdə onların evlənmələri üçün maneçilik törədən əngəllər vardır – o, bu maneçiliklərin məhz nədən ibarət olduğunu izah edə bilmir, bu məsələ onun dostları ilə əlaqədardır; lakin Sent-Luisdə onun keşiş bir dostu vardır – bu keşiş onların kəbinini kəsə bilər. Estanın hələ heç vaxt görmədiyi yeni, qəşəng paltarlara sahib olacaq, xoş macəralar və məhəbbət görəcəkdir. Esta onunla bərabər səyahətə çıxacaq və bu böyük dünyanı gəzəcəkdir. Estanın heç bir qayğı və nigarançılığı olmayacaq, o yalnız öz ərinin qayğısını çəkəcəkdir… Esta üçün bütün bunlar həqiqi bir ehtirasın sözlə ifadəsi idi və bu sözlər ona bir həqiqət kimi görünürdü, aktyor üçün isə bu sözlər qızları yoldan çıxarmaq üçün işlətdiyi köhnə və əlverişli bir üsul idi ki, o əvvəllər də bundan müvəffəqiyyətlə istifadə etmişdi.

      Buna görə də gah səhər, gah gündüz, gah da axşamlar fürsət tapıb görüşdükləri bu bir həftə ərzində çox da böyük məharət tələb etməyən bu cadugərlik müvəffəqiyyətlə başa çatdı.

      Конец ознакомительного фрагмента.

      Текст предоставлен ООО «ЛитРес».

      Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

      Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, СКАЧАТЬ