Metro-2033. Дмитрий Глуховский
Чтение книги онлайн.

Читать онлайн книгу Metro-2033 - Дмитрий Глуховский страница 7

Название: Metro-2033

Автор: Дмитрий Глуховский

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия:

isbn:

isbn:

СКАЧАТЬ Loqinov, koalisiya nümayəndəsi “Arbat” Konfederasiyası11 Baş Komandanı Kolpakovdu.

      Tərəflər arasında sülh bağlandı. Həmçinin, stansiyalarla bağlı müəyyən dəyişikliklər edildi. “Qızıl Ordu” yarısı uçulub dağıdılmış “Ploşad Revolutsii” tamamilə öz idarəçiliyinə götürdü, qarşılığında “Biblioteka imeni Lenina”12 stansiyası “Arbat” Konfederasiyasına verdi. Bu razılaşma hər iki tərəf üçün asan qəbul edilən addım olmamışdı. Konfederasiya üzvlərindən birini, eyni zamanda, şimal-şərqdə əlində nə qədər mülk varsa hamısını itirmişdi.

      “Qızıl Xətt” də artıq hər şeyin sahibi deyildi, bölgənin tam mərkəzində öz əmrində olmayan stansiya vardı və xətti iki hissəyə bölmüşdü.

      Tərəflər daha əvvəllər sahib olduqları torpaqlardan qarşılıqlı sərbəst keçidə təminat verdikləri halda, nəticə etibarilə bu addım yenə də “Qızıl Ordu”nunun xeyrinə deyildi. Lakin koalisiyanın təklifilə razılaşmaq, bu vəziyyətdə ən düzgün qərardı.

      Həqiqətən “Qızıl Xətt”ə mane olmadı. Bu vəziyyətdən daha qazanclı çıxan “Hanza” oldu, çünki bölgəsini bağlamaqla iqtisadi inkişafa gedən yoldakı son maneə də aradan qaldırılmış oldu. Nəticədə “status-kvo”nu qəbul edib köhnə düşmənlərinin bölgədəki təxribatçı və digər antidövlətçilik hərəkətlərindən birdəfəlik qurtuldu. Bütün bunlara baxmyaraq tərəflərin hər ikisi bu sülh barışığından razı qaldı. Bundan sonra silah, top səsləri yerini siyasətçilərə vermişdi, hər iki tərəfin siyasətçiləri bu sülh nəticəsində əldə edilmiş uğurları öz adına yazmaqla xalqının gözünə girməyə çalışacaqdı. Bundan sonra təbliğatçılara böyük iş düşürdü: müharibənin yaratdığı psixoloji sarsıntını aradan qaldırmaq lazımdı.

      Sülh müqaviləsinin imzalandığı bu son dərəcə əhəmiyyətli gündən illər keçdi, tərəflər bu razılığa sadiq qaldılar: “Hanza” İttifaqı “Qızıl xətt”i özünə uyğun iqtisadi partnyor qəbul etdi. Onlar da təxribatçı və hücum planlarının üzərindən xətt çəkdilər, rütbəsi “Moskva V.İ.Lenin Metrosu Kommunist Partiyası Baş İdarə rəisi” olan Moskvin kommunist rejiminin bir xətt üzərində qurulmasının nəzəri olaraq mümkünlüyünü13 sübut etmiş, tarixi qərar verərək hərbi əməliyyatları durdurmuş, köhnə düşmənlik unudulmuşdu.

      Artyom atalığını həmişə diqqətlə dinləyərdi. Ən yaxın keçmişə aid bu ibrətamiz hadisə də, yaddaşına həkk olunmuşdu.

      Pyotr Adreyeviç:

      – Yaxşı ki, bu qırğınlar o vaxt bitdi, – dedi, – Təxminən il yarımdı ətraf xətlərinə addım ata bilmirdik. Bütün girişlər bağlanmışdı, məcburi passport qeydiyyatı, yoxlama keçirilirdi. O tarixlərdə işlə bağlı həmişə yollarda olurdum. “Hanza” kimi deyildi, buradan keçməyə imkan vermirdilər. Ona görə də bu yoldan istifadə edirdilər, bir dəfə “Prospekt Mira”nın girişində saxlanmışdım. Az qalırdılar, məni güllələsinlər.

      – Həqiqətənmi? – Andrey maraqla soruşdu, – Bunu heç danışmamışdın. Bu hadisə necə olub?

      Artyom başını aşağı əydi. Aydın məsələydi ki, həmsöhbətinin aktyorluq etməsi onu narahat edirdi. Amma yalan da olsa, danışdığı bu hekayə get-gedə maraqlı əhvalata oxşayırdı. Məhz buna görə də müdaxilə etmədi.

      – Deməli, belə… Məni “Qızıl Ordu”nun agenti hesab etdilər. Tuneldən “Prospekt Mira” stansiyasına çatmağıma baxmyaraq hələ bizim xətt üzərindəydim, bir də nə görsəm, yaxşıdı: Stansiyanın bizim tərəfdə qalan hissəsi “Hanza” İttifaqının nəzarəti altında, bu hissə sanki onlara verilmişdi. Xoşbəxtlikdən, o qədər də ciddi nəzarət yoxdu. Balaca bir bazar vardı, bir də kiçik ticarət bölgəsi. “Hanza” İttifaqında necə olduğunu siz də yaxşı bilirsiz… Ətraf xətt üzərindəki stansiyaları evləri kimi istifadə edirdilər. Sərhədin hansısa yerində, ətraf stansiyaların üst keçidlərində ulduzlu xətlərə uzanan sərhəddə gömrük, pasport nəzarəti və digər işlər, demək olar, qaydasındaydı.

      Andrey:

      – Hamısını bilirik?– deyə, onun sözünü kəsdi, – Konfransdakı kimi çıxış etməyi dayandır, əsas mövzudan danış.

      – Pasport qeydiyyatı və digər işlər… – Pyotr Andreyeviç üzünü turşudub, donquldanaraq təkrar etdi və hirsli şəkildə, – Ulduzlu xətlərin üzərindəki stansiyalarda da səyyar ticarət və bazarlar vardı, ora xarici vətəndaşlar da girə bilərdilər. Lakin sərhəddə hər şey tamamlanmışdı. Dediyim kimi, yanımda azı yarım kiloya qədər çayla, “Prospekt Mira”ya gəldim. Silahım üçün patrona ehtiyacım vardı, çayla dəyişəcəkdim. Amma ordakılar mü-haribə vəziyyətindəydilər, gəlmələrə silah-sursat satmırdılar. Bir nəfərdən soruşdum, sonra başqa birindən, amma hər dəfə soruşduqda başlarını sallayıb, sanki mənimlə işləri yoxmuş kimi üzr istədilər. Sadəcə biri mənə “Nə patronbazlıqdır, axmaq, tez burdan rədd ol, yoxsa səni bir dəqiqəyə məhv edərlər!” – dedi.

      Təşəkkür etdim və sakitcə tunelə tərəf qayıtdım. Tunelin çıxışına çatmışdım ki, stansiyanın o tərəfindən fit səsi eşitdim, bir nəfərin mənə tərəf qaçaraq gəldiyini gördüm:

      – Zəhmət olmasa, pasportunuzu tədqim edin! – Üzərində bizim stansiyanın simvolu olan pasportumu təqdim etdim. Diqqətlə baxdıqdan sonra məndən soruşdular: “Bəs keçmək üçün sənədləriniz, onlar hardadır? Mən də heyrətlə soruşdum: “Necə keçid sənədi?” daha sonra anladım ki, keçiş sənədi olmadan stansiyaya daxil olmaq olmaz. Tunelin sonunda kiçik bir stol qoyublar, keçmək üçün icazə sənədini ordan almaq lazımdır. Əvvəlcə ordan qeydiyyatdan keçirsən, əgər hər şey qaydasındadırsa və sənədlərlə bağlı problem yoxdursa, icazə sənədi verirlər.

      Buna bürokratiyanın ən tipik göstəricisi də deyə bilərik…

      Stolu necə olub ki, görməmişəm… Bu axmaqlar məni niyə həbs etmədilər, anlamadım! Amma məsələni necə izah edim, bilmirdim. Üzü səliqəylə qırxılmış, hərbi geyimli, qısa saçlı bu axmaq qarşımda durub danışır:

      – Sakitcə sivişmisən, bura soxulmusan! – dedi. Sonra pasportumun səhifələrini çevirməyə davam etdi, ən axır səhifədə “Sokolniki” simvolunu gördü. Simvolu görən kimi gözləri bərəldi. Çiynindən “Kalaşnikov”u çıxarıb dəli dana kimi böyürdü: “Əllərini başının arxasına qoy, axmağın biri axmaq!”

      Çox pis təhsil alması danışığından hiss olunurdu. Məni yaxamdan tutaraq stansiyanın üst keçid hissəsində olan növbə rəisinin yanındakı nəzarət otağına apardı. Sonra “Burda gözlə!” deyib növbə rəisinə şifrəli sözlərlə sakit tərzdə nəsə dedi: “Rəisin icazəsini alacam, sonra da gülləylə şəklini çəkəcəm, ay səni, sən guya agentlik edirsən, məlumat ötürürsən və elə bilirsən, cəzasız qalacaqsan?!”

      Bu СКАЧАТЬ