Bütün bunlara baxmayaraq hər zaman bu belə olmuşdu. Çünki “Qızıl xətt” tamamlanan kimi digər xətlərə ilk tələblərini çatdırmağa başladı. Amma digər stansiyalar üçün sərhədlər asılı vəziyyətə düşürdü. Çünki “Sovet iqtidarı” sözünün nə mənaya gəldiyini hələ də bir çox insan yaxşı xatırlayırdı; “Təşkilatlar” Metronun hər yanına xəstəlik kimi yayılmışdı. “İnter-nasionalistlərin”nin təbliğatçıları yeraltı qatarlara elektrik gətirməyə söz vermişdilər. Və Sovet iqtidarıyla əməkdaşlıq etməklə, ideal kommunizmin qurulacağını iddia etmişdilər.8 (Leninist şüarlar heç bu dərəcə utanmazcasına populist olmamışdı.) Lakin “Qızıl xətt”ə qoşulmayan stansiyalar bu yalançı vədlərə aldanmadılar. Məhz buna görə də harada “İnternasional” tərəfdarı görürdülər, tutub “Sovet İttifaqı”na geri qaytarırdılar.
Buna görə də “Qızıl Ordu” rəhbərliyi artıq hərəkətə keçmək vaxtının gəldiyinə qərar verdi: metronun digər stansiyalarından hansısa inqilabın şanlı tonqalını özü yandırmaq istəmirsə, “onda bir az köməklik göstərilməliydi”. Getdikcə güclənən kommunist təbliğatından və mitinqlərindən narahat olan digər qonşu stansiyalar da bənzər qərara gəldilər. Tarixdən öyrənilən dərslər açıq şəkildə özünü göstərmişdi: Kommunizm mik-robunun, ideyalarının ən yaxşı göstəricisi süngüydü, bundan daha yaxşı variant mümkün deyildi.
Fırtına başladı.
Onları geri oturtmağın yolu, kommunizmə qarşı olan stansiyalardan ibarət bir koalisiya yaratmaq və “Hanza”nın rəhbərliyi altında vuruşmaqda görüldü. Kommunizm düşmənləri təşkilatlı müqvimətlə qarşılaşacaqlarını nəzərə almamışdılar, öz güclərinə çox əmindilər. Lakin qələbə qazanmaqları gözlədikləri qədər asan olmayacaqdı. Həqiqətən də, uzunmüddətli, qanlı müharibə oldu. Metronun onsuz da çox olmayan sakinləri üçün, müharibə ölüm-qalım məsələsinə çevrilmişdi. Müharibə il yarım davam etdi. Daha çox qarşılıqlı döyüşlər, belə hallarda ənənəvi olan taktikalara üz tutuldu: partizan hücümları, aldatma taktikaları, tunellərin partladılması, müharibə əsirlərinin kütləvi şəkildə öldürülməsi və hər iki tərəfin bənzər vəhşi hərəkətlərilə davam etdi.
Bu müddət ərzində təşkilatda mitinqlər, təbliğat kampaniyası, hərbi çevrilişlər də əskik olmadı; ordu komandirləri, qəhrəmanlar və xainlər də oldu. Amma bu müharibədə ən çox diqqəti cəlb edən əsas məslələ bu idi: Tərəflərdən heç biri cəbhə xəttində üstünlüyü ələ ala bilməmişdi.
Bəzən tərəflərdən biri digər stansiyanı ələ keçirdib üstünlüyü təmin etdiyi halda, qarşı tərəf bu hücuma bütün gücüylə cavab verərək bu üstünlüyü öz xeyrinə çevirirdi. Amma mü-haribə artıq bitmək üzrəydi, çünki hər iki tərəf çoxlu itki vermişdi. Sağ qalanlar da müharibədən bezmişdilər. İnqilab rəhbərləri sakit şəkildə, heç kimə heç nə hiss etdirmədən başlanğıcda öhdələrinə götürdükləri vəzifələri kənara qoyub daha təvazökar işlərə yönəldilər. Əvvəl hədəfləri sosialist iqtidarı və kommunizmi bütün metro stansiyalarında təbliğ etməkdi, lakin indi “Qızıl Ordu” rəhbərliyi ən azından özləri üçün ən müqəddəs olan şeyi nəzarət altına almaq istəyirdi: “Ploşad Revolyutsii” stansiyasını.
Səbəblərindən biri “İnqilab Meydanı” mənası verən stansiyanın adıydı, amma bundan başqa stansiyanın qüllələrində hələ də qırmızı ulduzların parıldadığı (əgər baxmaq üçün yuxarıya dırmanmağa cəsarət edən olsa) “Qızıl Meydan” olması və Kremlə digər stansiyalardan daha yaxında yerləşməsiydi. Xüsusilə, orda, Kremlin düz yanında, Qızıl Meydanın ortasında Mavzoley9 dayanırdı. Mavzoleydə hələ də Leninin cəsədinin olub-olmadığını heç kim bilmirdi, amma artıq bunun heç bir əhəmiyyəti yoxdu. Uzun illərdir, davam edən Sovet hakimiyyəti vaxtında Movzoley vəzifə dəyişikliyi etmiş, çox xüsusi məzarlıqdan iqtidarın hakimiyyətinin əbədiliyinin müqəddəs simvoluna çevrilmişdi. Əvvəki dövrün böyük liderləri, Mavzoleyin eyvanından təntənəli rəsmi keçid mərasimini qarşılamışdı. Bu iqamətgahın indiki iqtidarda olanları da öz təsiri altına alması çox təbii qarşılanmalıydı. Deyilənlərə görə, “Ploşad Revolyutsii” stansiyasından Mavzoleyin gizli otaqlarına, oradan da Leninin məzar otağına gedən keçidlər vardı.
“Qızıl Ordu” əvvəlki adı “Teatralnaya” olan “Ploşad Sverdlovskaya” stansiyasını nəzarətdə saxlayırdı. Stansiya hər cəhətdən gücləndirilmiş, hər şeylə təchiz edilmiş, “Ploşad Revolyutsii” stansiyasına olunacaq hansısa hərbi müdaxilə zamanı sığınacaq yeri kimi seçilmişdi. İnqilabın öndə gedənləri, rəhbərləri eynilə Səlib yürüşlərində olduğu kimi, dini təbliğat apararaq insanları dayanmadan bu stansiyaya hücuma, Mavzoleyi azad etməyə çağırırdılar. Məhz bunun üçün müdafiə olunanlar stansiyanın “Qızıl Ordu” üçün nə dərəcədə əhəmiyyətli olduğunu çox yaxşı bildiklərindən son adamları qalana qədər müqavimət göstərmişdilər. Ploşad Revolutsi alınmaz qalaya çevrilmişdi. Müharibənin ən qanlı, qəddar döyüşləri həmin stansiya ətrafında yaşanmış, ən çox əsgər itkisi də burada olmuşdu.
Bu meydan müharibələri məşhur Aleksandr Matrosov10 kimi özünü güllə önünə atan, yaxud düşmən qüvvələrini məhv etmək üçün düşünmədən ölümə atılan qəhrəmanlar yaratmışdı. Hətta qadağan olunmasına baxmayaraq insanlara qarşı od püskürən silahlardan istifadə edilmiş, yenə də uğurlu nəticə əldə olunmamışdı.
Qızıl Ordu bir günlük stansiyanı ələ keçirsələr də, orda qalmağı bacarmır, sabahısı koalisiya qüvvələrinin hücümları nəticəsində böyük itki verərək geri çəkilirdi.
“Biblioteka imeni Lenina” üçün də eyni şəkildə döyüşlər gedirdi. Koalisiya qüvvələri “Qızıl Ordu”nu geri çəkilməyə vadar edərkən, kommunist rejimi “Biblioteka imeni Lenina” stansiyasını işğal etmişdi. Stansiya koalisiya üçün son dərəcə əhəmiyyətliydi, çünki uğurlu döyüş əməliyyatı nəticəsində “Qızıl xətt” iki hissəyə bölünəcəkdi. Xüsusilə, oradan digər üç xətdə uzanan üst keçidlər vardı, “Qızıl xətt” bu üç xətlə sadəcə orda birləşirdi. Nəticə etibarilə, bu stansiya bir növ limfa düyünüydü: “Qızıl vəba” bir dəfə ora düşdüsə, ordan da digər orqanlara yayılacaqdı. Bunun qarşısını almaq üçün koalisiya qüvvələri nəyin bahasına olursa olsun, stansiyanı ələ keçirməliydi.
“Qızıl Ordu” rəhbərliyi “Ploşad Revolutsi” idarəçiliyi altına almaq üçün necə nəticəsiz mübarizə aparırdısa, koalisiyanın da “Biblioteka imeni Lenina” stansiyasını işğal səyləri eyni şəkildə effekt vermirdi.
İnsanlar СКАЧАТЬ