Şərqdə neft və qan. Лев Нусенбаум
Чтение книги онлайн.

Читать онлайн книгу Şərqdə neft və qan - Лев Нусенбаум страница 4

Название: Şərqdə neft və qan

Автор: Лев Нусенбаум

Издательство: JekaPrint

Жанр:

Серия:

isbn: 978-9952-8210-1-7

isbn:

СКАЧАТЬ attaşeni kənara çəkdi və mən əsəbi, həyəcanlı halda qubernatorun otağına soxuldum.

      Bığları kayzer Frans Yozefın bığlarına bənzəyən yaşlı general yazı masasının arxasında əyləşib atamın həmkarlarından biri ilə söhbət edirdi. Hər ikisi mənim gəlişimə, deyəsən, mat qalmışdı, amma özlərini elə apardılar ki, sanki bu, dünyanın adi bir olayı imiş. Ancaq mən məqsədimi qubernatora bildirib yardım istəyəndə o məni başa düşdüyünü deyib izah etdi ki, məsələ barədə düzgün hökm çıxarmıram. Atamın sərəncamı bundan sonra işə götürüləcək işsizlər üçün xoş bir məram imiş. İşdən qovulanların taleyi barədə isə mənim narahat olmağıma dəyməzmiş, çünki bu, yerli hökumətin işi imiş. Əgər fikirləşsəymiş ki, atamın bu qərarı ilə nə qədər fəqir iş tapacaq, onda gərək onun oğlu olduğumla öyün əymişəm.

      Bunların hamısını qubernator üz-gözünə tam ciddilik verərək və mənim gözəl mənəvi istedadıma işarə vuraraq söylədi ki, bu istedad da, çox güman ki, onun şərhlərinin doğruluğunu qavramaqda mənə imkan açacaqmış:

      – Tez-tez gəlin, – ayrılarkən dedi, – və hər şeydən öncə salamımı atanıza yetirməyi unutmayın.

      Biraz şaşqın halda onun binasından çıxdım və faytonçuya tapşırdım, məni gəzdirsin bəlkə o ümidlə ki, yolda yadıma nəsə düşdü. Daxilən isə ehtiyat edirdim ki, qubernator haqlı ola bilərdi.

      Şübhələrimi faytonçuya bildirəndə o məni anlatdı ki, qubernator yırtıcının biridir, hələ neft sahibkarından da betər. Bu, inandırıcı səsləndi. Birdən, lap qəfildən ömrümdə ilk dəfə yadıma bir şey düşdü, özüm də bilmirdim ki, bu məndən öncə kiminsə yadına düşə bilərmiş.

      – Sadəcə olaraq işi dayandırın! – Bununla tətil təklif etdiyimi ağlıma gətirmədən dedim.

      – Çətin olar, – faytonçu dilləndi, – atanız qoçuları göndərər, onlar da hamımızı güllələyər.

      Mən hövsələdən çıxmışdım.

      – Qoçular sizi güllələsə, özüm öz əlimlə bütün mədənlərə od vuraram, – deyib bununla özümü ömürlük katorqa üçün yetişmiş etdim, çünki bu, niyyətində olduğum cəhdin adi cəzası idi.

      Görünür, faytonçu sözümü fəhlələrə çatdırmışdı, çünki fəhlələrə qarşı «vahid cəbhə»də çıxış edəcək neft sahibkarları arasındakı münaqişələrdən elə həmin axşam buruqların ətrafında söz-söhbət gəzirdi.

      Səhəri kütləvi tətil başladı ki, o da bu dəfə neft sahibkarları üçün xətərsiz ötüşmədi. Zira qaraulçular fəhlələri həmişəki kimi dövrələyənə qədər onlar yanğına həssas yerləri tutmuşdular və şərtlərinin yerinə yetirilməsini tələb edirdilər. Atam güzəştə getmədi və azuqənin gətirilməsinin qarşısını öz ərazisində almağa qərar verdi. Uzun çək-çevirdən sonra fəhlələr sahibkarlara tərəfsiz bir hakim təyin etməyi məsləhət gördülər və bircə şərt irəli sürdülər ki, sahibkarların təyin etdiyi həmin hakimin mədənlərdə maddi marağı olmasın. Digər aşkar şərt o idi ki, həmişə qərar verildiyi kimi, yanğın hədəsinə görə heç bir fəhlə cinayətə cəlb olunmasın. Sahibkarlar razılaşdılar və o vaxt çarın yanında yüksək hörməti olan alman baronu fon Taubeni hakim seçdilər; gözləmək olardı ki (sahibkarların düşüncəsində), o abırlı bir qərar çıxaracaq.

      Alman baron Azərbaycana gəldi. Ömründə birinci dəfə bu cür fəhlə qəsəbələrində oldu, tərcüməçilərin köməyi ilə fəhlələrlə söhbət etdi, nəhayət neft sahibkarlarının gizli iclasını çağırdı ki, burada da, hamının ümid etdiyi kimi, cinayətkar üsyanın dəf edilməsi üçün gərəkli vasitələr irəli sürməliydi. Baron iclasa sinəsi ordenli bayram libasında gəldi və bu cümlə ilə başlayan bir nitq söylədi:

      – Cənablar, məni təəccübləndirən odur ki, fəhlələr sizi indiyə qədər tikə-tikə etməyiblər; bunu siz yetərincə qazanmısınız!

      Ertəsi gün onun qərarı mətbuatda dərc edildi, bu qərarda hər şeydən əvvəl fəhlələrin ailə qurmaq haqları və bundan əlavə, sahibkarlar üçün həddən artıq xoşagəlməz bir sıra digər hüquqlar öz əksini tapdı. Neft sahibkarları onları bu «ictimai təhlükəli baron»dan qorumaq xahişi ilə çara tel vurdular, amma aldıqları cavab belə oldu ki, Çar Əlahəzrətləri barona tam etimad göstərirlər.

      Bu hadisədən sonra alman zadəganın hörməti bütün Azərbaycanda yerə vuruldu.

      Tətildən azca sonra atam məni yanına çağırdı.

      – De görüm, – soruşdu, – fəhlələri müdafiə etmək hardan ağlına gəldi?

      – Özümdən, – dedim.

      – Qubernatorun yanına getmək də yəqin öz ağlına gəlib, hə?

      – Əlbəttə.

      – Çox gözəl, amma tətili məsləhət görmək öz ağlına gələ bilməzdi ki? Axı sən heç vaxt tətilin nə olduğunu bilməmisən.

      – Bunu özüm fikirləşmişəm, – fəxrlə cavab verdim.

      Atam mənə anlaşıqla baxıb əllərini göyə qaldırdı və içini çəkdi:

      – Ananın bolşevik olması gör nə demək imiş! Bolşevikin nə demək olduğunu o mənə yalnız bir neçə ildən sonra başa saldı.

      Bütün bunlara onu da əlavə edim ki, fəhlələrə münasibətdə atam neft sahibkarları arasında öz silkinin ən liberal insanı idi. Başqaları daha betər idilər.

      ZƏRDÜŞTÜN SON MƏBƏDİ

      Azərbaycanın neft bölgəsi bütün Şərqin ən gəlişmiş yeridir. Avropanın iri sənayesinin tərkib hissələrinin hamısını o özündə əks etdirir: dizel motorlarını, avtomobilləri, elektrik işığını, külli sayda maşınları və nəhayət fəhlə problemini. Burda, neft çənlərinin və neft buruqlarının arasındakı supermodern dünyanın tən ortasında, Bakının ən zəngin neft rayonu Suraxanıda qədim Azərbaycanın qəribə simvolu, o qədər də sentimental olmayan neft sahibkarlarının qıymadığı sirli Zərdüşt məbədi saxlanılmışdır.

      Zərdüştün Suraxanıdakı məbədinə təkcə neft sahibkarlarının heyfi gəlməyib. Əsrlər öncə cahan fatehi Çingiz Xan məbədi dağıtmamağı tapşırdı, çünki onun məşhur sələfi Harun əl-Rəşid də belə etmişdi. Biraz əvvəl isə Pompey Romalı və Antiox Zəleyli məbədə baş çəkmişdilər, hər ikisi də yeganə qeyri-azərbaycanlı kimi məbədin əbədi oduna qurban gətirmiş Böyük Makedoniyalını qibtədən yamsılayaraq. Çünki küncünün birində neft buruqları ilə yanaşı xırda və görünməz olan bir qübbə ucaldılmış bu dördkünc kiçik məbəd haçansa bəşəriyyətin ilk böyük dininin, azərbaycanlı Zərdüştün bəyan etdiyi böyük СКАЧАТЬ