KAPİTAL. Siyasi iqtisadın tənqidi. Карл Генрих Маркс
Чтение книги онлайн.

Читать онлайн книгу KAPİTAL. Siyasi iqtisadın tənqidi - Карл Генрих Маркс страница 22

Название: KAPİTAL. Siyasi iqtisadın tənqidi

Автор: Карл Генрих Маркс

Издательство: JekaPrint

Жанр:

Серия:

isbn: 978-9952-8245-3-8

isbn:

СКАЧАТЬ bir dövrdür. Əmtəənin birinci metamorfozu eyni zamanda satqı və alqı olduğuna görə, bu natamam proses eyni zamanda müstəqil bir prosesdir. Alıcının əmtəəsi vardır, satıcının isə pulu, felən bazara yenidən tez və ya gec çıxmasından asılı olmayaraq, özünün tədavül edə bilmək formasını saxlayan əmtəəsi vardır. Bir başqası almadan heç kəs sata bilməz. Lakin birisi bir şey satmışsa, ancaq buna görə də dərhal bir şey almalı deyildir. Əmtəə tədavülü məhsul mübadiləsinin zaman, məkan və fərdi hədlərini məhz ona görə dağıdır ki, öz əməyinin məhsulunu özgəninkiləşdirməklə bunun əvəzində özgə əməyinin məhsulunu almaq arasındakı bilavasitə eyniyyət bir-birinə əks olan iki əməliyyata–satqı ilə alqıya bölünür. Bir-birinə tam müstəqil proses kimi qarşı duran proseslər müəyyən daxili vəhdət təşkil edirsə, bu məhz o deməkdir ki, onların daxili vəhdəti xarici əksliklərin hərəkətində vücuda gəlir. Daxilən müstəqil olmayan yəni bir-birini tamamlayan proseslərin zahirən bir-birindən ayrılması müəyyən nöqtəyə çatdıqda, onların vəhdəti zorakılıq yolu ilə–böhran şəklində meydana çıxır. Əmtəəyə xas olan əkslik–istehlak dəyəri ilə dəyər arasındakı əkslik, eyni zamanda özünü bilavasitə ictimai əmək kimi ifadə etməli olan xüsusi əməyin əksliyi, eyni zamanda ancaq abstrakt ümumi əmək əhəmiyyətinə malik olan əlahiddə və konkret əməyin əksliyi, şeylərin şəxsiyyətləşməsi ilə şəxslərin şey keyfiyyəti almasının əksliyi–bu immanent ziddiyyət – əmtəə metamorfozunun əksliklərində öz hərəkətinin inkişaf etmiş formalarını alır. Deməli, elə bu formaların özündə böhranın mümkünlüyü–lakin ancaq mümkünlüyü vardır. Bu mümkünlüyün gerçəkliyə çevrilməsi tam bir sıra şərtlər məcmusunun olmasını tələb edir ki, bunlar da sadə əmtəə tədavülü çərçivəsində hələ əsla mövcud deyildir.65

      Əmtəə tədavülü prosesində bir vasitəçi olan pul tədavül vasitəsi funksiyası kəsb edir.

b) PUL TƏDAVÜLÜ

      Əmək məhsullarının bir-birinə maddi mübadiləsi üçün vasitə olan forma dəyişilməsi, Ə–P–Ə tələb edir ki, eyni bir dəyər əmtəə olmaq etibarı ilə prosesin başlanğıc nöqtəsini təşkil edərək yenidən əmtəə şəklində həmin nöqtəyə qayıtsın. Beləliklə, əmtəələrin bu hərəkəti bir dövran təşkil edir. Digər tərəfdən, bu formanın özü pul dövranına yol vermir. Bu formanın nəticəsi ondan ibarətdir ki, pul öz başlanğıc nöqtəsinə qayıtmaq deyil, arasıkəsilmədən bu nöqtədən uzaqlaşır. Əmtəə satıcının əlində öz çevrilmiş formasında, pul formasında qaldığı vaxta qədər bu əmtəə özünün birinci metamorfozu mərhələsində olur, yəni öz tədavülünün yalnız birinci yarısını icra etmiş olur. Proses–alqı məqsədi ilə satqı–başa çatdıqda, pul da öz əvvəlki sahibinin əlindən çıxıb getmiş olur. Doğrudur, toxucu bibliya aldıqdan sonra, yenidən kətan satsa, pul da yenə onun əlinə qayıdar. Lakin bu pul əvvəlki 20 arşın kətanın tədavülü nəticəsində qayıdıb gəlmir, əksinə, bu tədavül pulu toxucunun əlindən çıxarıb bibliya satanın əlinə keçirmişdir. Pul ancaq onun sayəsində qayıda bilir ki, yeni əmtəə birinci tədavül prosesinin verdiyi eyni nəticə ilə qurtaran yenə həmin tədavül prosesini yenidən başlayır və ya təkrar edir. Deməli, əmtəə tədavülünün bilavasitə pula verdiyi hərəkət forması pulun daim başlanğıc nöqtədən uzaqlaşması deməkdir, bir əmtəə sahibinin əlindən başqasının əlinə keçməsi, yaxud pulun tədavülü (currency cours de la monnaie) deməkdir.

      Pulun tədavülü eyni bir prosesin daim yeknəsəq təkrar olunmasıdır. Əmtəə həmişə satıcı tərəfdə, alqı vasitəsi olan pul isə həmişə alıcı tərəfdə olur. Pul alqı vasitəsi vəzifəsini ifadə edərək əmtəənin qiymətini reallaşdırır. Lakin pul əmtəənin qiymətini reallaşdırarkən əmtəəni satıcının əlindən alıcının əlinə keçirir və eyni zamanda özü alıcının əlindən çıxıb satıcının əlinə keçir ki, həmin prosesi başqa bir əmtəə ilə də təkrar etsin. Pul hərəkətinin bu birtərəfli formasının əmtəə hərəkətinin ikitərəfli formasından irəli gəlməsi üstüörtülü qalır. Əmtəə tədavülü təbiətinin özü zahirən əks bir təsəvvür oyadır. Əmtəənin birinci metamorfozu öz zahiri görünüşü cəhətdən təkcə pulun hərəkəti deyil, habelə əmtəənin də öz hərəkətidir; əksinə, əmtəənin ikinci metamorfozu yalnız pulun hərəkəti şəklində görünür. Əmtəə öz tədavülünün birinci yarısında pul ilə öz yerini dəyişir. Bununla bərabər istehlak dəyəri olmaq etibarı ilə əmtəə tədavül dairəsindən çıxıb istehlak dairəsinə keçir.66 Onun yerini əmtəə dəyərinin surəti və ya əmtəənin pul maskası tutur. Tədavülün ikinci yarısını əmtəə daha öz natural şəklində deyil, qızıl cildində keçir. Beləliklə, hərəkətin fasiləsizliyi ancaq pula xasdır; əmtəə üçün iki bir-birinə əks prosesə bölünən hərəkət, pulun öz hərəkəti olmaq etibarı ilə bu hərəkət həmişə eyni prosesdir və burada pul daim öz yerini yeni-yeni əmtəələrlə dəyişir. Buna görə də iş elə bir şəkil alır ki, guya əmtəə tədavülünün nəticəsi, bir əmtəənin yerini başqa əmtəənin tutması, əmtəənin öz formalarının dəyişilməsindən deyil, pulun tədavül vasitəsi olmaq funksiyasından irəli gəlir, özlüyündə hərəkətsiz olan əmtəələri guya məhz tədavül vasitələri hərəkətə gətirir, onları qeyri-istehlak dəyəri olduqları əllərdən istehlak dəyəri olduqları əllərə keçirir, həm də bunları həmişə pulun öz hərəkətinə əks istiqamətdə hərəkət etdirir. Pul daim əmtəələri tədavül dairəsindən uzaqlaşdırıb tədavüldə onların yerini tutur və bununla da öz başlanğıc nöqtəsindən uzaqlaşır. Buna görə də pulun hərəkətində yalnız əmtəələrin tədavülü ifadə olunursa da, zahirdə, əksinə, belə görünür ki, əmtəələrin tədavülü ancaq pulun hərəkətinin nəticəsidir67.

      Digər tərəfdən, pulun ancaq ona görə tədavül vasitəsi funksiyası vardır ki, əmtəələrin müstəqilləşmiş dəyərini təmsil edir. Buna görə də tədavül vasitəsi olmaq etibarı ilə pulun hərəkəti həqiqətdə ancaq əmtəənin öz formasının hərəkətidir. Deməli, bu hərəkət pulun tədavülündə gözə görünən bir şəkildə də əks olunmalıdır. Məsələn, kətan əvvəlcə öz əmtəə formasını öz pul formasına çevirir. Onun birinci metamorfozu olan Ə–P metamorfozunun ikinci qütbü, yəni pul forması sonra onun axırıncı metamorfozu olan P–Ə metamorfozunun, yenidən bibliyaya çevrilməsinin birinci qütbü olur. Lakin formanın bu iki çevrilməsindən hər biri əmtəə və pulun mübadiləsi yolu ilə, bir-birinin yerini tutması yolu ilə əmələ gəlir. Eyni pul əmtəənin özgəninkiləşdirilmiş surəti olaraq satıcının əlinə gəlir və əmtəənin qəti özgəninkiləşdirilən surəti olaraq satıcını tərk edir. Bu pul-öz yerini iki dəfə dəyişir. Kətanın birinci metamorfozu bu pulu toxucunun cibinə gətirir, ikincisi isə pulu yenidən oradan çıxarır. Beləliklə, eyni bir əmtəənin formasının bir-birinə əks istiqamətdə iki dəfə dəyişilməsi pulun əks istiqamətdə iki dəfə öz yerini dəyişdirməsində əks olunur.

      Əksinə, yalnız birtərəfli əmtəə metamorfozları olduqda–istər sadəcə alqı, istərsə sadəcə satqı əməliyyatları olsun, fərqi yoxdur–eyni pul öz yerini ancaq bir dəfə dəyişir. Pulun ikinci yerdəyişməsi həmişə əmtəənin СКАЧАТЬ



<p>65</p>

Müqayisə et: Cems Mill haqqında qeydlərim. "Siyasi iqtisadın tənqidinə dair", səh. 74–76 (bax: K. Marks və F. Engels. Əsərləri. İkinci nəşri. 13-cü cild, səh. 79-81). Burada iqtisadi məddahlıq metodu üçün iki cəhət xarakterikdir. Birincisi, əmtəə tədavülü ilə bilavasitə məhsul mübadiləsi arasındakı fərqlərdən sadəcə sərfnəzər edərək bunları eyniləşdirməkdir. İkincisi, kapitalist istehsal prosesinə xas olan ziddiyyətləri inkar etmək cəhdləridir; buna nail olmaq üçün kapitalist istehsal agentləri arasındakı münasibətlər əmtəə tədavülündən irəli gələn sadə münasibətlərə müncər edilir. Halbuki əmtəə istehsalı ilə əmtəə tədavülü ən müxtəlif istehsal üsullarına xas olan hadisələrdir, hərçənd bunların həcmi və əhəmiyyəti heç də eyni deyildir. Deməli, biz müəyyən istehsal üsullarının hamısına aid olan ancaq abstrakt əmtəə tədavülü kateqoriyalarını biliriksə, onda biz bu istehsal üsullarının differentia specifica-sı (xarakterik xüsusiyyətləri) haqqında qətiyyən heç bir şey bilmirik, bunların haqqında heç bir şey deyə bilmərik. Siyasi iqtisaddan başqa heç bir elmdə ən adi ümumi nöqtələr belə bir iddia ilə irəli sürülmür. Məsələn, Jan Batist Sey böhranlar haqqında fikir yürütməyə girişir, amma bircə şey bilir; onu bilir ki, əmtəə məhsuldur.

<p>66</p>

Hətta əmtəə daim yenidən satıldıqda da, – biz hələlik belə bir haldan bəhs etmirik, – son dəfə satıldığı zamandan etibarən tədavül dairəsindən istehlak dairəsinə keçib burada yaşayış vasitəsi və ya istehsal vasitəsi olur.

<p>67</p>

"Onun" (pulun) "məhsullar tərəfindən ona verilən hərəkətdən başqa heç bir hərəkəti yoxdur”. (Le Trosne, sitat gətirilən əsər, səh. 885).