Название: Təbriz namusu
Автор: Фарман Керимзаде
Издательство: JekaPrint
isbn: 978-9952-8450-6-8
isbn:
–Ey mənim xoşbəxt elim! Eşit və bil: bizim tayfaya da belə bir xoşbəxtlik nəsib olmuşdur. Böyük igid Dobun-Bəyanın dul qalmış xatunu Alan-Qoanı da tanrılar nişanlamışlar. Hər gecə onun çadırının bacasından düşən nuru kim görərsə, o, bunun göylər qədər həqiqət olduğunu yəqin edər.
Çiçək qışqırdı:
–Mən görmüşəm!
"Mən görmüşəm" deyən bir neçə səs də eşidildi.
Həmin gün şamanın da, xatunun da nüfuzu özlərinə qayıtdı. Amma şaman bu işıq, şüa, nur söhbətinə inanmırdı. Qəlbinin dərinliyində buna şübhə ilə baxırdı. Qonşu türk tayfalarında danışılan belə əfsanə eşitmişdi. Onlarda varsa, bunlarda da olmalıdır. Ona görə də adamları inandırdı. Özü necə?
Şaman tanrılığın sirlərini bilirdi. Göydə tanrılar yaşayır və onların yerə endikləri məskən Xantanrı dağıdır. Onların varlığını adamlara tanıtdıran yağışdı, qardı, ildırımdı, şimşəkdi. Tanrı insanları sevəndə yazda onların otlaqlarına yağış, qəzəblənəndə dolu göndərir və ildırım qılıncını onların başında sınayır.
Bunları hamı bilir. Amma insanları tanrıların varlığına inandırmaq üçün şamandan böyük müdriklik, ağıl, insanların xeyrinə deyilmiş məsləhətlər, düz yol, xoş sözlər gözlənilir. Bu şaman babanın gücü isə qopuz və sözdə idi. Qocaldığından şaman rəqsini də artıq it ilindən bəri oynaya bilmirdi. Belindəki və dizlərindəki ağrı imkan vermirdi. Onun övlad sarıdan, qohum sarıdan heç kəsi də yox idi. Südünü, ətini el verir, ocaqda yandırmağa odunu, çırpını, gərməni də adamlar gətirirdi. Ocağa atıb, alovu qızışdırdığı barıtı isə nə vaxtsa Çindən gətirmişdilər. O, barıtı kiçik bir torbada boynundan asıb saxlayır, sirrini heç kəsə vermirdi. O, kükürdün də sirrini bilirdi. Bu sirr onsuz da köçəri heyvandarlara lazım da deyildi. Sirri bilsələr, inamları da itərdi.
Amma şaman bir şeyə inanırdı ki, elinə, obasına sədaqətlidir. Ona düz məsləhətlər verir, əyri yollardan qaytarır, yavaş-yavaş pis adətlərdən xilas edir.
İndi bu işıq, şüa, nur məsələsində o öz fikirlərini daha inamla təlqin edə bilər, əlbəttə, sonra yalana çevrilməsə. Alan- Qoa doğmalıdır. Əgər tanrı ilə nikahlanıbsa, demək, o dünyaya uşaq gətirməlidir. Bunun ayrı bir yolu yoxdur. Əks təqdirdə xatun da, şaman da məhv olar, insanlar inamını itirər, tayfa başqa çöllərin quzğunlarına yem olar. O, çox yaxşı bilirdi ki, Günəşin işığı olmasa, bir ot belə cücərməz. Günəşin işığı olmasa belə, otu bitirəcək toxum, kök yoxsa, o bitməyəcək. Bunlar biri-birindən ayrılmazdır. Bu barədə xatunla mütləq danışmalıdır.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
1
Utkux-Qədim türk və monqolların Çin səddinə verdiyi addır.