Gülüstan. Bustan. Sədi Şirazi
Чтение книги онлайн.

Читать онлайн книгу Gülüstan. Bustan - Sədi Şirazi страница 8

Название: Gülüstan. Bustan

Автор: Sədi Şirazi

Издательство: JekaPrint

Жанр:

Серия:

isbn: 978-9952-8125-4-1

isbn:

СКАЧАТЬ şah öz əcəm qulu ilə gəmiyə minmişdi. Demə qul ömründə gəmiyə minməmiş, dəniz səfərinin əziyyətini görməmiş imiş. O, qorxudan əsməyə və ucadan ağlamağa başladı. Gəmidəkilər nə qədər çalışdılarsa onu sakit edə bilmədilər. Qulun bu halı şahın kefini pozdu. Lakin bir çarə tapa bilmirdilər. Gəmidə müdrik bir adam var idi, vəziyyəti belə gördükdə dedi:

      –İcazə versəniz, mən onu sakit edə bilərəm. Hökmdar dedi:

      –Son dərəcə lütf göstərmiş olarsınız.

      Əmr etdi qulu dənizə atdılar, Qul bir neçə dəfə suya batıb çıxdı; sonra saçlarından tutub onu gəmiyə tərəf dartdılar. O, iki əlli sükandan yapışıb sallandı və elə ki, gəmiyə çıxdı, susub dinməz, söyləməz bir küncdə oturdu. Şaha bu qəribə gəldi, haman müdrik adamdan soruşdu ki, bunda nə hikmət var?

      Dedi:

      –Bu qul dənizdə qərq olmaq qorxusunu keçirmədiyindən gəmidəki əmin-amanlığın qədrini bilmirdi. O da məlumdur ki, fəlakətə düşməyən sakitliyin qədrini bilməz!

Şeir

      Ey tox, sənə xoş gəlməyir əgər arpa çörəyi,

      Bil ki, sənə xoş gəlməyən bu şey mənə nemətdir.

      Cənnət əhli bir cəhənnəm sanar ikən erafı, 27 Cəhənnəmin əhli üçün eraf özü cənnətdir.

Beyt

      Fərqi vardır: birisinin ağuşunda gözəl yar,

      Digərinin iki gözü yolda qalmış intizar.

      Hörmüzə dedilər: – Atanın vəzirlərindən nə xəta baş verib ki, onları həbs etdiribsən?

      Dedi:

      – Elə bir xəta baş verməyib ki, həbsə səbəb olsun. Lakin gördüm, zəhmim onların ürəyinə elə çöküb ki, verdiyim vədlərə belə inanmırlar. Qorxdum canlarının qorxusundan canıma qəsd etsinlər. Ona görə də alimlərin sözünə əməl etdim. Alimlər deyiblər ki:

Şeir

      Kim səndən qorxursa, qıl ondan həzər,

      Olsan da yüz elə şəxsə bərabər.

      Pişik aciz qalsa, görmürsən, dərhal,

      Pələngin gözünə atacaq çəngal.

      İlan ona görə çalır çobanı Ki, qorxur çomaqla alınsın canı.

      9. Hekayət

      Ərəb hökmdarlarından biri qocalıq vaxtında xəstələnib, həyatdan ümidini kəsmişdi. Bu zaman bir atlı gəlib, xoş xəbər verərək dedi:

      –Hökmdar sağ olsun, düşmənin qalasını dağıdıb başçılarını da əsir aldıq. Düşmənin camaatı və qoşunları hökmdarın bayrağı altına keçdilər.

      Hökmdar kədərlə köksünü ötürüb dedi:

      –Bu xoş xəbəri mənə yox, varislərimə ver!

Şeir

      Əziz ömür başa çatdı xoş arzular içində,

      Dedim kaş ki, ürəyimdən gecən girsin qapımdan.

      Ürəyimdən gecən gəldi, lakin ümid yoxdur ki,

      Keçən ömür geri dönə, mən də olam kamran.

Şeir

      Köç təblini vurdu əcəl əlilə,

      Ey gözlərim başa deyin: əl vida.

      Ey əl, bilək və qol daha ayrılın.

      Üzə, gözə, qaşa deyin: əlvida.

      Düşmənlərin kamınca mən gedirəm,

      Ban bu yoldaşa deyin: əlvida!

      Mən nadan yaşadım dünyada, ban,

      Dostum, sən xoş yaşa, deyin əlvida!

      10. Hekayət

      Dəməşq məscidində, Yəhya peyğəmbərin məqbərəsində olduğum zaman, ədalətsizlikdə şöhrət tapmış bir ərəb hökmdarı da təsadüfən oraya ziyarətə gəlmişdi. O, namaz qıldıqdan sonra dua oxuyub, allahdan köməkliklər istədi.

      Конец ознакомительного фрагмента.

      Текст предоставлен ООО «ЛитРес».

      Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.

      Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.

      1

      «Gülüstan» əsərinin müqəddiməsində, Allahın, Peyğəmbərin və Şiraz hökmdarı Əbubəkr Səd ibn Zənginin tərifi var.

      2

      Atabəy Əbubəkr Səd ibn Zəngi – Sədinin dövründə 1195–1226-cı illərdə Şirazın hakimi olmuşdur. Sədi ondan hədiyyə görmüş, öz təxəllüsünü onun adından götürməklə, «Gülüstan» əsərini ona ithaf etmişdir.

      3

      Sünbülinin «Gəndistan» əsəri əlyazma halında olub Azərbaycan Respublikası əlyazmaları fondunda saxlanılır. Bu əsər eynən Sədinin «Gülüstan»ı kimi başlayıb həzli məzmun daşıyır. Bunu «Gülüstan»a bənzətmə və ya təhzil adlandırmaq olar. Çapa layiq əsər deyildir.

      4

      al–ailə, yaxın adamlar

      5

      Üzərinə nömrə qoyulmuş ad və beytlər kitabın sonunda izah edilib.

      6

      «Kəcavədə həmnişinim və hücrədə həmdəmim» ifadəsindən aydın olur ki, Sədini «Gülüstan» əsərini yazmağa təşviq edən şəxs, onunla birlikdə səyahətə çıxıb, məhrəm söhbətlər edən özü kimi bir şair olmuşdur. Təəssüf ki, Sədi bu dostunun adını aydın söyləmir.

СКАЧАТЬ



<p>27</p> Cənnət əhli bir cəhənnəm sanar ikən erafı,Cəhənnəmin əhli üçün eraf özü cənnətdir.

Dini xurafata görə guya cənnət ilə cəhənnəm arasında aralıq bir sahə var ki, «eraf» adlanır.