Həbsxana . Qənimət Əlisaoğlu
Чтение книги онлайн.

Читать онлайн книгу Həbsxana - Qənimət Əlisaoğlu страница 10

Название: Həbsxana

Автор: Qənimət Əlisaoğlu

Издательство: JekaPrint

Жанр:

Серия:

isbn: 978-9952-8278-5-9

isbn:

СКАЧАТЬ təzə mələfə, təzə dəsmal, təzə lezva, təzə sabun… Hər şey yalnız təzə olmalıdır, hamı bu səhnəni müşahidə edir – istəyən də, istəməyən də. Bığı qırxılan sakitcə dayanmalı, dəllək rolunun ifaçısı tələsmədən, hətta, vaxtı uzada-uzada işləməlidir. Gülməyə, hətta, zarafat etməyə də icazə verilir.

      Hökmə görə Raufun qulağının tanası iki yerdən çərtilməli idi. Şamil boğçasından təzə məhrəba çıxardı. Yod da tapıldı, pambıq da. Hamı «nara»nın ikinci mərtəbəsinə çıxıb dövrələmə oturdu. Ətə işləyən lezvanın xırçıltısı eşidildi, qan nazik xətt üzrə axıb ağ məhrəbanın üstünə töküldü. Əzazilliyı ilə seçilən Şamil beşinci damlaya kimi səbirlə gözlədi (şərtə görə üç damla da kifayət idi), sonra yodlanmış pambığı Raufun qulaq tanasına yapışdırdı.

      KARSER

      Dar ağacına aparan yoldan başqa sonu olan yolların hamısı yaxşıdır

Servantes

      18 mart. Sayca üçüncü müstəntiq Mirzoyev nəhayət ki, bu lənət qapısı arxasında, bir dəfə də olsa, mənimlə görüşmədən, dərdimi, günahımı soruşmadan, şahidlərlə üzləşdirmədən ittihamnamə ilə bərabər Sarkisyan familiyalı bir vəkil də tapıb təşrif buyurdu Bayıl türməsinə və vəkili təntənəli surətdə təqdim etdi:

      – Bu yoldaş çox qabiliyyətli vəkildir. İçəridə olduğunu nəzərə alıb, onu sənə vəkil yazmışam.

      Ağır maddə ilə cinayət məsuliyyətinə cəlb edilənləri məhkəməyə vəkilsiz göndərə bilmərik. Qayda belədir. İstəsən də, istəməsən də. Kişinin tapşırığıdır. İndi isə… bu sənədlərə qol çək. Hər şey həll olunub. Sənə açıq deyirəm: mübarizə aparmağın xeyri yoxdur. Əvvəla bu dörd divar arasında əlindən heç nə gəlməz, ikincisi də ki, Müzəffər qol çəkən kağız geri qayıtmır. Hara yazırsan yaz, mənasızdır. Çalış hakimi gör, bəlkə güllə vermədi. Bilirsən də… Bura Azərbaycandır, Vaşinqton yox!

      İttihamnaməni imzalamaqdan imtina edib, Mirzoyevlə bərabər Sarkisyanın da himayədarlığına ehtiyacım olmadığını bildirdim. O da bunu gözləyirmiş kimi Sarkisyanla qol-qola girib gülə-gülə getdi, məni isə 39-a qaytardılar.

      Müstəntiq yanından qayıdan «zek» adətən yoldaşlara izahat verir, istintaqın gedişindən danışır. Mən də ətraflı məlumat verdim. Vəziyyətimin ağırlığını özüm də başa düşürdüm, yoldaşlarım da. Axşama kimi müzakirə edib bir qərara gələ bilmədik. Kamerada ən vacib məsələnin üstündən bir gecə ötürsə, o, öz əhəmiyyətini itirmiş olur. Sabah daha təzə, az maraq doğuran olsa da, daha isti iş meydana çıxır, çıxmasa da, baş qarışdırmaq üçün düşünüb bir şey tapırlar.

      Yerimdə uzanıb bütün keçmişimi, sabah və dünənimi bir daha araşdırdım. Qəribədir ki, çöldə, azadlıqda olanda adam öz səhvlərini görmür, yaxud görməyə imkan tapmır. Burda isə…

      Otuz beş il ömür yaşamışdım. Və bu otuz beş ildə ölçüyə gəlməz, sayıbilinməz səhvlər buraxmış, həm də bu səhvləri düzəltmək üçün bir addım belə atmamışdım. Keçən hər ildə, ötən hər ayda, itirdiyim günlərin hər birində bağışlanılmaz səhvlər!

      Danışığımda səhv!

      Yazdığımda səhv! Hətta, məhəbbət yolunda atdığım addımlarım da səhv!

      Səhvən doğulmuşdum, səhvlərlə yaşamışdım… Öz ətrafımı belə görməyi bacarmamışdım.

      Sabah necə olacaqdı?

      Əgər ədalət qələbə çalsa, məhkəmə mənim xeyrimə həll olunsa, çıxandan sonra körpələrimin üzünə necə baxacaqdım?

      Ədalət qələbə çalacaqdımı?

      Çətin, çətin ki, mən bu dörd divar arasından çıxa bilim.

      Çətin ki, aprel ayına təyin olunacaq məhkəmədən salamat qurtarım.

      Güman ki, «smertnik»lər korpusuna düşənlərdən biri də mən olacaqdım.

      Ona görə də hər şeylə xudahafizləşmək lazım idi.

      İrili-xırdalı bütün səhvlər üçün özüm-özümü cəzalandırmalı, cəza növünü özüm düşünməli, hökmü özüm verib, icrasına da özüm başlamalıyam. Məhkəmə prosesinə qədər bütün tanış-bilişlərlə vidalaşmalı, qarşımda günahkar olanları bağışlamalı, qarşısında günahkar olduqlarımdan üzr istəməliydim. İntiharın ən optimal, on ağır yolunu seçməli, özüm-özümə verdiyim cəzadan razı qalmalı idim! Bütün günahlarımın əvəzində cismani əzab çəkməli, bununla da təskinlik tapmalı, dünyadan rahat köçməli idim!

      Bəlkə də həyatımda ilk dəfə xudbinlik xəstəliyindən uzaqlaşıb kamera yoldaşlarımın aqibətini düşündüm. Elə addım atmalıydım ki, məndən sonra heç kimi günahkar bilməsinlər.

      Fəaliyyətə Novruz bayramından sonra başlamaq qərarına gəldim. Təbiətən konkretlik sevən adam idim və konkret qərarlar qəbul etməyi xoşlayırdım. Elə həmin gecə qərar qəbul etdim və öz qərarımdan o qədər razı qaldım ki, sabah əhval-ruhiyyəmin yaxşılaşmasına, duzlu zarafatlarıma yoldaşlarım təəccübləndilər də!

      İlk zarafat hamımızın hörmət etdiyimiz Əliağa kişinin ilk nidası ilə başlandı. O, adəti üzrə yerindən duranda «Ya Allahın adı» deyib üzünü göyə tutdu. Mən də mənəvi çıxış yolu tapıb sakitləşdiyimdən Əzizalı ilə başladığım zarafatı burda təkrarlayıb:

      – Özü lazım deyil? – deyə soruşdum.

      – Özü də lazımdır.

      – Çatdıraram özünə, arxayın ol!

      Əzizalı da yerindən qalxıb söhbətə qoşuldu:

      – Ona söz çatdıra bilirsənsə, soruş gör səni niyə 39-a salıb?

      Mən də söz altında qalmadım:

      – Soruşmuşam! Deyir, Əzizalının Ali məhkəməyə, respublika prokurorluğuna ərizələrini yazmaq üçün!

      «Proqulka»dan sonra domino oyunu əvəzində öz yerimə qalxıb müxtəlif ünvanlara «ksiva»lar yazmağa başladım. İki ünvana – atama və Mirzə İbrahimova66 xüsusi məktub yazdım. Mirzə İbrahimova yazdığım məktubu yoldaşlarımın müzakirəsinə verdim. Məktub çox böyük əks-səda doğurdu, 38-ci kamerada da bu məktubu oxuyub yüksək qiymətləndirdilər və göndərilməsini vacib saydılar. «Nazor» Qadirə 10 re verib məktubun sifarişlə göndərilməsini xahiş etdik.

      Dustağın qəribə psixologiyası var: özü özünə illüziya qurur, СКАЧАТЬ



<p>66</p>

Görkəmli Sovet Azərbaycanı yazıçısı.