Название: Qıpçaq çölünün yovşanı
Автор: Мурад Аджи
Издательство: JekaPrint
isbn: 978-9952-8450-8-6
isbn:
Şahmatovun fikrincə, Rusda salnamələr (başqa tarixi ədəbiyyatlar da həmçinin) “əxlaqi-tərbiyəvi məqsəd əvəzinə, dövlət siyasətinin məqsədinə” qulluq edib, bunun üçün də əfsanələr, uydurmalar, təbii ki, həqiqətdən daha çox arzu olunub.
P.N. Milyukovla razılaşmamaq mümkün deyil 1898-ci ildə yazırdı: “XV əsrin sonu və XVI əsrin əvvəllərində onlar (rus istorioqrafları M.A.) özlərinə müasir hadisələri tendensiyalı-qərəzli verməklə kifayətlənməyib, keçmişdəkilərin də işıqlandırılmasında istədikləri mövqedən yazırdılar.
Rus dövləti, Kiyev vərəsəliyi və nəhayət, Bizans imperatorlarının hakimiyyəti ilə bağlı Moskva hökmdarının, Moskva siyasi sərənçamlarının ədaləti barədə bir neçə əfsanə uyduruldu”.
Buyurun, “moskallıq nə vaxt doğulub: XV əsrin sonu, XVI əsrin əvvəli. Bə Rusiyanın “moskallıq tarixi” meydana gəlir. Bununla da üzünü köçürüb dəyişdirmə, quraşdırma normaya çevrilib.
Günəmuzd akademiklər Rusiyanın tarixini növbəti köçürərkən həqiqəti çığıran faktları qoyub salnamələrin miflərinə əsaslandılar. Saxta patriotizm yaratmağa çalışan akademiklər Rıbakovlar köhnələrlə kifayətlənməyib yeni miflər düzəldiblər. Yerevanda “bünövrə daşı” basdırıb Erebuninin tarixini e.ə. VIII-VII-ci əsrlərlə bağlayıb, Yerevanın 2500 illiyini keçirən ermənilərin əfsanəsini təkrar edərək, bu akademiklər Kiyevin yaşını dəyişmək istədilər. 1994-cu ildə, senzura buxovu zəiflədikdə ak. V.L. Yanin yazdı: "IX-XII əsrlərin hadisələri haqqında biliklərin mənbəyi salnamədir. Ancaq o, sonrakı yüzilliklərin redaksiyasında saxlanıb. XII əsrin əvvəllərində yazılmış salnamə əfsanəvi elementlərlə doludur. Sonrakı redaktələr onları daha da gücləndirib. Mifoloji elementlərin ikiqat şəklə düşməsi bunun nəticəsidir: salnəmədəki əfsanələrə tədqiqatçıların əfsanələri əlavə olunmuşdur".
Rusiyanın tarixi heç də, indi göstərildiyi kimi, qəhrəmanlıq “peyzajları” olmayıb. Bunu deməklə həmin Yanin min dəfə haqlıdır ki: “yalnız mənbələrin tənqidi təhlili yolu ilə kök salmış miflərin yaratdığı tarixi təsəvvürlərdən təmizlənmək mümkündür”,
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
1
Fəslin adı “Москальские истории”dir. V.Dalın lüğətində “москаль” sözü belə şərh olunur: Москвич (moskvalı), русский (rus). Deməli, “moskvaçılıq”, “rusçuluq” məzmununu bildirir. Deməli, Rusiya ərazisindəki qədim xalqların tarixi rolu, rus mədəniyyətinin yaranmasındakı iştirakı rədd edilibmiş. V. Dalın lüğətində moskalla bağlı belə kəlamlar var: “Кто идет? Чорт. Ладно, абы, не москаль” (Kim gəlir? Şeytan. Təki moskal olmasın); “с москалом дружись, а каменьза позухой держи”. (Bizdəki qarşılığı: İtlə dostluq elə, ağacını əlindən qoyma); “Знает москаль дорогу, а спрашивает” (Moskal yolu bilir, yenə soruşur – kütlük bildirir). XIX əsrdə yazıya alınmış bu kəlamlar, deməli, xalqda çoxdan olub. Bu, əvvələn, rus millətinin mənşəyində müxtəlif etnosların durduğunu, ikincisi, Moskvanın dövlət siyasətinin qərəzliyindən geniş xalq kütləsinin narazı qaldığını göstərir.
2
Daha əvvəllərdə, hələ e.ə. Avropa məhz türkün runik əlifbasından istifadə edirdi. Bunu ora italyanların mədəniyyət babası sayılan etrusk türkləri aparmışdılar. Geniş məlumat üçün bax: Adile Ayda – Etrucxer (Tursakalar) Turk idiler. Ankara, 1992 – T.H.
3
Skifiya sözü yunanlarda daha çox coğrafi mənada işlənir. Qara dənizdən şimala uzanan ərazini və orada yaşayanları yunanlar belə adlandırırdılar. "Öz cahillikləri ucbatından" (ifadə N.M. Karamzinindir) yunanlar keltləri və skifləri öz adları ilə verirlər, bütün qalan xalqlara Avropanın Qərb və ya Şərq əhli deyirlər.
4
Daha mötəbər fikir var ki, Oleq Uluğdan, İqor Uğurdan dəyişib, türk mənşəlidir – T.H.