Qıpçaq çölünün yovşanı. Мурад Аджи
Чтение книги онлайн.

Читать онлайн книгу Qıpçaq çölünün yovşanı - Мурад Аджи страница 4

Название: Qıpçaq çölünün yovşanı

Автор: Мурад Аджи

Издательство: JekaPrint

Жанр:

Серия:

isbn: 978-9952-8450-8-6

isbn:

СКАЧАТЬ o yana getmir. “Rus buxar hamamı”ndan necə söz gedə bilər?

      Yorulmaz Müller “Rusun xaç qəbulu” kitabında bu əfsanənin necə yaranmasına diqqət yetirmişdir. Onu yaradanlar ancaq cəhalətdən ilham alıblar. Şayiəni kiyevlilər uydurublar, Novqorodlular onu qapmış və tamamlamışlar. Sonra qar topası kimi böyümüş, şimal-şərqə diyirlənmiş, xristian Kilsəsinin yayıldığı regionları tutmuşdur. Slavyanlara öz müqəddəs, tarixi kökləri lazım idi. Buyurun, müqəddəs apostol Andreyin Rusa “səyahəti” haqqındakı uydurmalar yeni təfərruatlarla şişir.

      Qarşımızda tarixi sənəd yox, hətta Kilsənin də qəbul etmədiyi ədəbi əsər (apokrif) dayanır. Məsələ də budur ki, bu yaramaz uydurma Böyük Rusun tarixində bir ululuq səhifəsinə çevrilmişdir.

      Alman tarixçisi “səyahətin” ilk variantının meydana çıxmaq tarixini də müəyyənləşdirib bu, Rusiya tarixinin cidd-cəhdlə yenidən yazıldığı Vladimir Monomaxın dövrüdür. 1102-ci ildə böyük knyazın nəslindən bir nəfərə Andrey adı verilir. Elə ondaca Rusda Andrey Pervozvannanın şərəfinə təqdis edilmiş kilsələr meydana gəlir. “Rusun ilk xristianı” şərəfinə dini mərasim ənənəsi yaranır halbuki əvvəllər bu haqda heç təsəvvür yox idi.

      Bu açıq uydurma Rusa haradan gəldi? Görünür, Bizansdan, Ruslarınkından bir az əvvəl, IX əsrə yaxın bir apostol Andrey haqqında da əfsanə qurulmuşdu. O Andrey də gələcək Konstantinopol olacaq yerə gəlib guya ilk xristian icmasının əsasını qoyur, sonra da əzablı bir ölümlə dünyasını dəyişir. Ancaq Bizansda bu “zühur” çox az-az yada düşər. Görünür, bəzən elə siyasi səbəblər olur ki, onların xatirinə gözəl əfsanələr yaradıblar və yenə yaradırlar bir az sonra bunları tarix kimi qələmə verirlər.

      Tarix elminin əlində belə bir məlumat yoxdur ki, yeni rus Kilsəsinin başında kim durur, ibadət hansı dildə gedib, Rusun xaç qəbulu necə olub, harada olub? Bu məsələdə mütləq söz demək yersizdir, bu, həqiqətə ziyan verər. Məlum deyil! Vəssalam!

      Rusun rəsmi xaç qəbulundan xeyli qabaq Kiyevdə Xristian məbədləri vardı. Bu faktdır. Məsələn, Poçayn irmağı sahilində İlya Prorok Kilsəsi fəaliyyət göstərirdi bu barədə Bizans müəllifləri məlumat verirlər. Başqa kilsələr də vardı. Bunlar kimə xidmət edirdi?

      Rusda “İlk xaç sahibi şəxs” haqqında bir söz gəzir. Mütəxəssislərin də etiraf etdiyinə görə bu versiya zəifdir. Ancaq axı var. Çünki belə bir fərziyəyə ehtiyac olub.

      Konstantinopol patriarxı Foti (820-890) Dairə nəsihətnaməsində göstərirdi ki, varyaq-ruslar (bunlar kiyevlilərdir?) IX əsrin 60-cı illərində xristianlığın sirləri ilə ilk dəfə tanış olurlar. Həmin mətndən başqa bir şey də çatır bu nəsihətnamə yazılan ərəfədə artıq kiyevlilərin yepiskopu var idi. Bu, Vizantiya kilsə hakimiyyətinə məlum idi.

      Kiyev Rusunda yepiskop uzunmu fəaliyyətdə olub? Böyük şəxsiyyət sayılıbmı? Onun Ağası (baş keşiş) kim idi? Hamısı qaranlıq qalır. İmperator Konstantin Baqryanorodnının əsərləri ilə Foti versiyasının müqayisəsi də buraya heç bir aydınlıq əlavə etmir. Konstantin babası I Makedoniyalı Vasilinin bioqrafiyasında Kiyevlilərin xristianlaşdırılması şərəfini öz babasının və patriarx İqnatinin ayağına yazır.

      Yenə hər şey öz yerini almır. Bir “bəs axı” hər şeyə mane olur: bəs axı Foti bu hadisədən əvvəl yaşayıb. Əgər Kiyevdəki xristianlardan Foti yazıbsa, onda patriarx İqnati onları xaç suyuna çəkə bilməzdi.

      Haqqında danışılan sənədlər çox mübahisəlidir, ancaq onlar bir mübahisəsiz nəticə çıxarmağa imkan verir: IX əsrdə Kiyevdə artıq xristian ənənələri var idi.

      Bu ənənələr şəhərin Xelq (Oleq sözünün tarixi deyilişidir) tərəfindən tutulmasından sonra da qalırdı. 882-ci ildə, Rusun rəsmi xaç qəbulundan yüz il qabaq bu varyaq qulduru kiyevlilərə öz Odinova inancını zorla qəbul etdirməyə çalışmışdı. Onlar müqavimət göstərib, xristianlıqlarını daha yüz il da saxladılar bu müddətdə bütpərəst varyaqların özləri xaç qəbul etdilər.

      Bəlkə elə buna görə Allaha sədaqətlərinə görə ukraynalılara “xaxol” deyirlər? “Xaxol” türkcədən tərcümədə “göyoğlu” deməkdir (xox-qoq-göl, ol isə “oğul” sözüdür bu gün də türk dillərində oğul mənasında ol//ul işlənir T.H.). Ölüm xofuna qarşı “göy oğulları” müqəddəs Georgi adasında toplaşıb Poçayn irmağı sahilindəki İlya Prorok Kilsəsinə gedirdilər. Hətta Kiyevi işğal edən knyazların rusların əhatəsində xristianlar meydana çıxırdı. Bu haradandı?

      “İllər haqqında povest” əfsanəvi tarixi məqamlardan təkcə Rusun xaç qəbul etməsi haqqında məlumat vermir. Məsələn, Kiyev knyaginyası Xelqənin (Olqanın) Bizans imperatoru VII Konstantinlə “nişanlanması” haqqındakı məlumatı götürək. Bizans tarixini yaxşı bilən şəxs yəqin bu salnamə epizodunda da bir saxtakarlıq tapacaqdır. İş orasındadır ki, Kiyev knyaginyası yanına gəlincə Konstantin məlikə Yelena ilə evli idi, onun evlənmək problemi yoxdu. Bundan başqa, Xelqə Konstantinopola xristian kimi gəlmişdi. Onun Bizansda xaç suyuna çəkilməsi haqqında söz ola bilməz.

      Ancaq faktlar… Knyaginyanı Konstantinopola aparan rus səfirliyinin heyətində Kiyev keşişi Qriqori atanın da adı var. Bu faktdan, sənəddən necə qaçmaq olar? (Deməli, Xelqə Konstantinopola xristian kimi gedir T.H.). Hələ bu da hər şey deyil. Kiyev knyaginyasının Konstantinopolda təntənəli qəbulu haqqında məlumat saxlanmışdır. Xelqənin imperator ailəsinə gəlişi, onun məlikə Yelena ilə qısa müddətli dostluğu barədə söhbət gedir. Bütpərəsi çətin ki, Konstantinololda belə qarşılasınlar.

      Bəs Xelqə nə vaxt və harada xaç qəbul edib? L. Müller hesab edir ki, 944-cü ilin yazı ilə (bütpərəst ərinin ölümündən sonra) 946-cı ilin əvvəllərinə qədər ola bilərdi. Nəzərə alsaq ki, yaşlı adamın xaç qəbulu mərasimi aylarla çəkir, onda 945-ci il bu iş üçün kifayət edərdi.

      Yaşlının xaç qəbuluna aid qədim pravoslav ayini beş ardıcıl aktdan ibarət idi. Birincisi elan etmədir: keşiş kilsə kandarında diz üstə çökmüş şəxsi üç dəfə xaçla örtür, ruhunun təmizlənməsi üçün dua oxuyur, ona İncili, Zəburu və başqa vacib duaları oxumaq hüququ verir. Bu ilk mərhələni keçən adam hələ xristian sayılmır.

      İkinci elan Böyük pəhrizin 2-ci və 3-cü bazar gününə təyin olunur. Yenə şəxs diz üstə çökür, üzünü şərqə tutur və yenə üç dəfə xaçla örtülür. Ancaq bu dəfə xaç qəbul edən lüt olur, bu, abır-həyanı qavramaq üçündür Adəmin keçdiyi yol xatırladılır. Bu dəfənin kulminasiyası şeytanın qovulmasıdır.

      Üçüncü aktda şeytandan üz döndərilir. Bu, axırıncı pasxa cüməsinə təyin olunur. Patriarxın duası altında xaç qəbul edən şəxs satanadan ayrılıb üzünü şərqə tutur və “İnanıram” duasını oxuyur.

      Dördüncü akt xaç suyuna salınmadır, bu, ən təntənəli mərhələdir. Rəhmət bazar gününün və ya başqa bir böyük bayramın ərəfəsində icra olunurdu.

      Beşinci СКАЧАТЬ