Bir gəncin manifesti. Мир Джалал Пашаев
Чтение книги онлайн.

Читать онлайн книгу Bir gəncin manifesti - Мир Джалал Пашаев страница 7

Название: Bir gəncin manifesti

Автор: Мир Джалал Пашаев

Издательство: JekaPrint

Жанр:

Серия:

isbn: 978-9952-8245-7-5

isbn:

СКАЧАТЬ ota daraşıb bir yerə komalaşanda Bahar arxayın oldu ki, heyvan buradan özünü doyurmamış çəkilməyəcək, heç yerə getməyəcək. Bir də gün əyiləndə dərəyə tökmək, suvarmaq lazım olacaq. Bahar indi özünü dinc, sərbəst hiss etdi, oynamaq istədi. Əl edib aşağıdakı quzuçuları hayladı. Qonşuları Mürsəl də dərədə otarırdı. Baharın səsini eşidib quzuları yuxarı diklədi.

      Bahar onun özünü çağırırdı. Oynamağa çağırırdı. Hay vurdu.

      – Özün gəl, ay Mürsəl, özün!

      Mürsəl quzuların dalınca yüyürüb ağzını qaytarırdı. Ayaq səslərindən Baharın dediklərini yaxşı eşitmədi. Dayanıb əlini alnına qoydu, ona sarı baxdı. Bahar əli ilə işarə verirdi.

      – Ayə, özün gəl, quzuları gətirmə, ey, gətirmə!

      Mürsəl cavab verdi:

      – Başına buraxa bilmərəm axı!

      – Buradan baxarsan, görükür!

      – Uzaqdır, sonra bir şey olar.

      – Nə olacaq günün günortasında.

      Mürsəl razı olmadı:

      – Oynamıram!

      Bahar qışqırdı:

      – Yaxşı, sür gəlsin!

      Mürsəl də quzularını Baharınkılara qatdı. Onunkular lap ac idi, Bayaqdan dərədə, su kənarında, daşlar arasından tək-tək ot yarpağı tapan quzular indi lap yaşıllığa düşmüş, xırpaxırp salmışdılar. Çoxu tez-tez otlaya-otlaya sanki bir məhvər ətrafında hərlənirdi. Öz dövrəsindəki otu elə təmiz yeyirdi ki, deyəsən bu yeri, bir boşluq, tala açmaq üçün oraqla biçiblər.

      Mürsəl belə quzularına «təndirqoyan» deyirdi.

      Bahar çarığının burnu ilə torpağı eşib hamarladı:

      – Qat-qat oynayaq.

      – Məndə aşıq azdır.

      – Məndə də. Səndə neçədir?

      – Ver bir az.

      Bahar yumruğunu düydü. Mürsələ tərəf tutdu.

      – Təksən, cüt?

      Mürsəl onun balaca yumruğunu ovcuna aldı, ovcunda soyuq bir daş duydu, diqqətlə baxdı. Onun balaca, quru barmaqlarında budaqlanan göy damarları və hətta sümükləri də görünürdü. Ancaq təkmi, cütmü daş götürdüyünü bilmək olmurdu. Barmaqlarını ovcuna bərk sıxmışdı. Əli ilə Baharın yumruğuna vurub dedi:

      – Tək!

      Oyun Baharın idi. O, cibindən çıxartdığı rəngbərəng aşıqlardan bir çəngə yerə tökdü, iki dənəsi alçı durdu.

      – Ötür iki aşıq!

      Mürsəl əlini cibinə salıb aşıqları çəngələdi, lakin cibindən çıxarmadı. Başını yana əyib cibində aşıqlara baxdı, xırdasını və pisini seçdi, Baharın üstünə atdı.

      – Ədə, a çoban, quzuyu qaytar hay!.. Qoruğa qoyma hay!

      Bahar dik atıldı. Quzular uzaqlaşmışdı. Bir neçəsi təpəciyi aşıb qoruğa yaxınlaşırdı. Mürsəl dedi:

      – Mənimkilər təndir qoyur, sən yüyür!

      Bahar enişə doğru qaçdı. Mürsəl qoruqçunun qorxusundan öz quzularını ayırdı. Bahar dərəyə yaxın qoruğun mərzindən quzuları haylayıb geriyə apardı.

      Qoruqçu kövşəndə olanda oynamaq qorxulu idi. Bahar aşıqlarını gizlədib quzunun dalınca düşdü. Ağacı çiyninə qoyub fit verə-verə yeriyir, hərdən dərəyə daş atır, kol-kosu eşələyir, quş axtarırdı.

      Belə yerlərdə qaranquş, qazalaq, göyərçin, bildirçin, kəklik yuvası çox olurdu. Baharın gözü otların arasında bir şeyə sataşdı. Diqqət eləyəndə dayandı. Ot basmış daşlar altında çil-çil bir şey görünürdü. Bu, quş qanadı deyilmi? Bahar əyiləndə kəkliyin başını gördü. Kəklik tərpənmirdi. Bahar yavaş yeridi. Papağını tez yuvanın ağzına basdı. Kəklik bərk çırpındı, qanad çaldı. Az qaldı əldən çıxsın. Bahar onun quyruğundan yapışdı. Quş dartınıb uçmaq istəyirdi. Bahar onu sevincək, ikiəlli qucağına basmışdı. Kəkliyin bala çıxardığını zənn edib yuvasına baxanda boz və balaca yumurtalar gördü. İsti, göyçək yumurtaları aşıq kimi ovuclayıb cibinə doldurdu. Dünyaları fəth etmiş kimi yeyin, sevincək yeridi. Mürsəli arzuladı. O inanmayacaq, inanmayacaq ki, Bahar kəkliyi diri tutmuşdur. Bahar isə daş altında gördüyü yuvaya necə ehtiyatla yanaşdığını danışacaq, yoldaşını daha da heyrətə salacaqdı… Bu hisslə yoldaşını neçə dəfə çağırdısa da cavab gəlmədi. Mürsəl dərədən o taya aşmış, uzaqlaşmışdı.

      Burada dağlar arasında isə kimsə yox idi. Quzular balaca sahiblərinin şənliyindən xəbərsiz kimi başıaşağı otlayır, addım-addım yeriyirdilər.

      Bahar quzularını ağzı yuxarı diklədi, özü da xeyli dikləndi, sonra dönüb üfüqə baxdı. Ayaz göy məxmər pərdəsini dağların üstünə salmışdı. Tək-tək uçan, ağır ləngərlə qayalar üstündə dövrə vuran qartallar hərdən ildırım kimi yerə şığıyırdı, o saat tülkü, dovşan səsi eşidilirdi. Bahar da indi bir ovçu idi. Onun ovu gözəl, qaragöz kəklik idi.

      Bu axşam Baharın sevinci hədsiz idi. Özünü itirmişdi. Danışmağa adam axtarırdı.

      Kölgəsinə baxıb vaxta çox qaldığını gördü. Kölgələr yenicə sallanır, gün yenicə əyilirdi. Bahar quzuların dalınca gedir, kəkliyin balaca, yumşaq, yaraşıqlı başını tumarlayıb badam kimi iri, qəşəng, sanki sürməli gözlərinə baxır, xəyal eləyirdi:

      «Anam məni öpəcək. Deyəcəyəm kəkliyimə qəfəs al, bala çıxartsın, çöldən sünbül gətirim, yemləyim, böyüdüm, qağam biçindən qayıdanda, Suren əmim qonaq gələndə biz də quş kəsək…»

      Bahar qucağında quş, əl ağacını qoltuğuna sıxmış, xoşbəxt xəyallar içində yoxuşu sürətlə çıxırdı. Birdən qəlbindən bir pıçıltı qopdu. Sanki ürəyi sinəsindən uçub getdı. Bahar yüngülləşən kimi olub xəyaldan ayıldı, dayandı. Dərəyə sarı uçan, güclü və iti qanadları ilə havanı yarıb gedən kəkliyə həsrətlə baxdı. Qucağının soyuduğunu hiss etdi. Bəlkə birtəhər tutmaq, daşla vurmaq gümanı ilə yüyürdü. Xeyli qaçmışdı. Səs eşitdi. Deyəsən kimi isə çağırırlar. Söyüd ağaclarının altında iki adamın əl elədiyini gördü. Dayandı. Gələnləri gözlədi. Biri Ağarəşidə bənzəyirdi, o birini tanımaq olmurdu. Bahar dizində soyuqluq duydu. Diqqət edəndə dizliyinin bir yandan sapsarı saraldığını, yumurtaların ovxam-ovxam olduğunu gördü. Çiynindən СКАЧАТЬ