Fələklər yandı ahimdən... Seçilmiş əsərləri. Мухаммад Сулейман оглы Физули
Чтение книги онлайн.

Читать онлайн книгу Fələklər yandı ahimdən... Seçilmiş əsərləri - Мухаммад Сулейман оглы Физули страница 8

Название: Fələklər yandı ahimdən... Seçilmiş əsərləri

Автор: Мухаммад Сулейман оглы Физули

Издательство: JekaPrint

Жанр:

Серия:

isbn: 978-9952-8450-2-0

isbn:

СКАЧАТЬ kamil ona qılırdı rəğbət.

      Billah ki, nə xoş demiş Nizami,

      Bu babdə xətm edib kəlami:

      "Əsbabi-soxən nişatü nazəst,

      Zin hər do soxən bəhanəsazəst.

      Meydani-soxən fərax bayəd,

      Ta təb' süvareyi nomayəd.

      Dər gərmiyi-rigü səxtiyi-kuh

      Ta çənd soxən rəvəd bəənbuh?"24

      Bir iş ki, qılır şikayət ustad,

      Şagirdə olur rücui bidad.

      Gərçi bilirəm, bu bir sitəmdir,

      Təklifi bunun qəm üzrə qəmdir.

      Əmma necə etmək olur ikrah?

      Bir vaqeədir ki, düşdü nagah.

      Yeydir yenə üzrdən şüruim,

      Bu işdə təvəkkülə rücuim.

      Ey təb'i-lətifü əqli-vala!

      İdraki-büləndü nitqi-guya!

      Düşdü səfərim diyari-dərdə,

      Kimdir mənə yar bu səfərdə?

      Hər kimdə ki, vardir istitaət,

      Dərdü qəmü möhnətü qənaət,

      Oldur bu müsafirətdə yarım,

      Zövq əhlinə yoxdur e'tibarım.

      Mərkəb gərək olsa əzmi-rahə,

      Bəsdir bizə xaməvü siyahə.

      Vər tuşeyi-rah olursa mətlub,

      Məzmuni-xoşü ibarəti-xub,

      Əzm eyləyəlim, təəllül etmən!25

      Mənzil kəsəlim, təğafül etmən!

      Ey bəxt, vəfasız olma sən həm!

      Həmrahlıq et bizimlə bir dəm!

      BU, SƏADƏTLİ BƏY HƏZRƏTLƏRİNİN MƏDHİDİR

      Ey xameyi-sərkəşi-səbükxiz,

      Vəqt oldu ki, olasan gühərriz!

      Mən acizəmü bıı əmr müşkil,

      İmdad dəmidir, olma qafil!

      Asari-mürüvvət eylə izhar,

      Bir təprən, əgər mürüvvətin var!

      Sən qıl hünəri, mən alayım ad,

      Sən çək ələmi, mən olayım şad.

      Çün nəxli-hədiqeyi-hünərsən,

      Miftahi-xəzaneyi-gühərsən,

      Cəhd eylə çıxar cəvahiri-pak,

      Fikr etmə ki, yoxdur əhli-idrak!

      Demə ki, bolub kəsad bazar,

      Bulmaz bu mətaimiz xiridar.

      Yetməzmi sənə əmiri-kamil,

      Sərdari-zəmanə, Veysi-adil?

      Ol bəhri-ətavü kani-əltaf

      Kim, şə'ninə gəldi ədlü insaf.

      Sərdari-müəzzəmü mükərrəm,

      Cananeyi-mülkü cani-aləm.

      Zatında onun həmişə mövcud

      Elmü ədəbü şücaətü cud.

      Ədlindən əgər təraneyi-çəng

      Faş eyləyə bəzmdə bir ahəng,

      Yel şəm'ə dəxi təərrüz etməz,

      Pərvanəyə şəm' zülmü yetməz.

      Hüsni-ədəb ilə eylə mö'tad,

      Yanında nə vəqt qılsalar yad,

      Ol sözü deməz ki, ola təkrar,

      Ta yetməyə sayəsində azar.

      Üslubi-şücaət üzrə mahir,

      Xurşidsifət cahanda zahir.

      Həm xas onu söyləməkdə, həm am,

      Həm Rum dolu adı ilə, həm Şam.

      Gər cudinə kimsə olsa talib,

      Mümkün ola lütfi qəhrə qalib.

      Yə'ni mənə öyrədib səxavət,

      Bir hacəti istəmək nə hacət?

      Olmuş ona xaneyi-əmarət

      Bu dörd bina ilə imarət.

      Ey dustnəvazü düşmənəndaz,

      Şahinrəvişü büləndpərvaz!

      Düzdüm sənə türfə aşiyanə,

      Yə'ni əbədi nişatxanə.

      Mə'mur edibən binayi-ali,

      Cənnət sifəti, İrəm misali.

      Ta ruzi-əbəd bunu məqam et,

      Bidəğdəğə işrəti-müdam et!

      Billah ki, degil yaman əsər bu,

      Gər adisə müddəa yetər bu.

      Mən kim, sənə olmuşam sənaxan

      Sultan Veysə necə ki, Səlman.

      Budur qərəzim ki, cavidani

      Adın tuta ərseyi-cahani.

      Ta baqi ola bu səbz gülşən,

      Həm mən olum əhli-zikr, həm sən.

      BU, TUĞRAYİ-MİSALİ-MƏHƏBBƏTDİR VƏ DİBAÇEYİ-DİVANİ-MÖHNƏTDİR26

      Dehqani-hədiqeyi-hekayət,

      Sərrafi-cəvahiri-rəvayət

      Mə'ni çəmənində gül dikəndə,

      Söz riştəsinə gühər çəkəndə

      Qılmış bu rəvişdə nüktədanlıq,

      Gülrizligü gühərfəşanlıq

      Kim: xeyli-ərəbdə bir cəvanmərd,

      Cəm'iyyətü izzü cah ilə fərd,

      Müstəcməi-cümleyi-fəzail

      Bulmuşdu rəyasəti-qəbail.

      Əmrinə ərəb mütiü münqad,

      Cəh Bəsrə məqamı, gah Bağdad.

      Bir büq'ədə olmayıb qərarı,

      Gəzməldə keçərdi ruzigarı.

      Hər ləhzə urardı ol yeganə

      Sərçeşmələrə siyah xanə.

      Seyr eylər idi sürüb tənə'üm,

      Gözlər izərə misali-mərdüm.

      Övzai-xiyami-mişkfami

      Xəlqə şäbi-qədrtək girami.

      Hər mənzilə kim, güzar edərdi,

      Səhrayi bənəfşəzar edərdi.

      Gülzarlar içrə lalə çağı,

      Bənzərdi evinə lalə dağı.

      Əmvalı cəmii-cinsdən çox,

      Əmma bu cəhanda varisi yox.

      Gər qılsa onu tələf həvadis,

      Yox СКАЧАТЬ



<p>24</p> Şadlıqdır, eyhamdır sözün arğacı,Bunlarla düzəlir söz ehtiyacı.Gərək söz meydanı gen olsun müdam,Atını dörd yana səyirtsin ilham.Qumsala, daşlığa ilham gedərmi?Getsə də, torpağa təsir edərmi?

Tərcümə Səməd Vurğunundur

<p>25</p>

Etməyin

<p>26</p>

Bu, məhəbbət nəqşinin nişanı və möhnət divanının dibaçəsidir.