İran inqilabı və azadlıq hərəkatları. Хусейн Байкара
Чтение книги онлайн.

Читать онлайн книгу İran inqilabı və azadlıq hərəkatları - Хусейн Байкара страница 4

Название: İran inqilabı və azadlıq hərəkatları

Автор: Хусейн Байкара

Издательство: JekaPrint

Жанр:

Серия:

isbn: 978-9952-8451-9-8

isbn:

СКАЧАТЬ yurd-yuvasından dərbədər salan müharibələr və ən müxtəlif ixtilaflar son çərəyini yaşamaqda olduğumuz bu yüz ilin əvvəlindən bu günə qədər davam etmişdir. Yüz milyonlarca insanın canına, qanına bais olan bu uğursuz gedişat, enmə və qalxmalar bəşəriyyətin həllini gözlədiyi problemlərə hələ ki bir işıq tutmuş, ümid vermiş deyildir. Dövlət və siyasət adamlarının dilindən “dünyaya sülh” və “insan haqları” sözləri düşmür. Həqiqətdə isə nə dünyada sülh, nə də insan haqlarına hörmət görünür. Uzun sərhəddi ilə Türkiyəyə qonşu olan bir İran dövləti, bir də İran xalqları var. Şahənşah Məhəmməd Rza tərəfindən idarə olunan bu ölkə dünya üçün bir qapalı qutu kimidir. Bu ölkədə nələr baş verir? Kimsə bir şey bilmir. Digər tərəfdən Cağaloğlu enişindəki kitab vitrinlərinə baxarkən “Konqo inqilabı” adlı kitabların sərgiləndiyini görəcəksiniz.

      Bu o deməkdir ki, ölümlə, zülümlə, haqsızlıqla, əsarət və ədalətsizliklə istibdad üsuluyla idarə edilən zavallı İran ölkəsi və xalqları Türkiyə ictimai fikrini Konqo qədər də maraqlandırmır. Bu səbəbdəndir ki, bir türk ziyalısı İran haqqında heç nə bilmir.

      Yenə bu səbəbdəndir ki, İrandan söz açılanda bir türk ziyalısı İranı köhnədənqalma Qərb-Şərq anlaşıyı çərçivəsində dəyərləndirərək ağzına gələni danışır. Halbuki XX əsrin əvvəlindən indiyə kimi İranda, İran xalqları arasında zülmə və istibdada qarşı eynən Qərbdəki fikir hərəkatları kimi üsyanlar olmuş, mübarizələr aparılmış, qanlar axmış, haqlar əldə edilmiş və bir az sonra yenə tapdalanmış, bir daha qanlar axmış, mübarizə davam etmişdir, bu gün də bu mübarizə dayanmamışdır.

      Digər tərəfdən, şahənşah Məhəmməd Rzanın istibdadı tam gücüylə davam etmiş, bu arada İran neftindən gələn astronomik 20 milyard dollar hesab-kitabsız “ordunu modern silahlarla təchiz etmək” adı altında, habelə ölkədə ağır sənayeni qurmaq iddiasıyla Amerika və Qərbin sənayeləşmiş dövlətlərinin xəzinəsinə durmadan axıdılırdı. Bu vəsaitlər daha haralara xərclənmirdi ki… Şahənşahın Tehranda və villalarda şəxsi əyləncəsi və keyfi üçün qurulan və Hollivud aktyorları ilə qol-boyun davam edən çılğın əyləncələrə, İranın 2500 illiyi tədbirlərinə, şahənşahın tacqoyma mərasimlərinə, daha nələrə… nələrə…

      Bütün bu hadisələrlə şahənşah dünyaya İranda bir yüksəliş hərəkatı obrazını yaratmağa çalışırdı. Bu gün qırx milyon əhalisi olan İranda yüksəliş və inkişafa həsr edilən ədəbiyyatın özü belə bir oxşar hadisəyə qiyas edilə bilər.... Vaxtı ilə Türkiyənin Baş naziri Adnan Menderes Amerikadan aldığı yardım və borc pullarla hər rayonda beş milyoner yaratmasıyla öyünürdü. İndi İranda şah neftdən gələn milyardlarla dollarla hər rayonda otuz milyoner yaratmışdır. Bu milyonerlər şah sarayları ətrafına yığışıb şaha nökərlik edir, ona yaltaqlanır, əl-ətək öpürlər və şahın xoşuna gəlmək üçün heç bir yaltaqlıqdan çəkinmirlər. Bir iranlı mənə: “Bizdə ancaq bir milyon insan rifah halında gün-güzəran keçirir, yerdə qalanı bir qarnı ac, bir qarnı tox yaşayır”, – demişdi. Bu vəziyyət təkcə ölkədə milli gəlirin bərabər bölünməsi məsələsi ilə bağlı deyildir.

      Şahın İranı dünyanın beş inkişaf etmiş ölkəsindən biri olacağı iddiası ilə girişdiyi hesab-kitabsız böyük sənaye müəssisələri qurmaq təşəbbüsü, ordunu modern silahlarla təchiz etmək cəhdləri boşa çıxınca İran Konstitusiyası və parlamentini gözardı etmiş və sözün əsl mənasında diktatora çevrilmişdir. Əslində İranda konstitusiya və parlament Sərdari-Milli Səttar xan və bu cahanşümul insanın şəhid silahdaşlarının İrana gətirmək istədikləri bir konstitusiya və parlament deyildi. Çünki parlamentə seçkilərdə millət vəkilliyinə namızədləri məhz şah nişan verir. Şahın arzu etmədiyi heç bir qanun və qərar parlamentdəcə yatıb qalır. Şah özünün yaratdığı bu parlamenti bəyənməyib onu buraxdığı dönəmlər çox olmuşdur. İranda tək söz, tək qərar ancaq şahın iradəsiylə verilir.

      Kitabı yazmağa başladığım zaman mənbə əldə etmək üçün çox çətinlik çəkəcəyimi bilirdim. Zaman-zaman fikrimdən keçirdiyim bu məsələyə dair mənbələrin bir qismini əlimə fürsət düşdükcə əldə etmişdim. İran inqilabı haqqında çox mükəmməl və gözəl əsərlər hər şeydən qabaq elə İranda qələmə alınmışdır. Seyid Əhməd Kəsrəvi, İsmail Əmir Xizi kimi böyük tarixçi yazarlar başda olmaqla İranda yazılan bu əsərləri Türkiyədə əldə etmək çox çətindir. Bunları mənə bir tanışım adının açıqlanmaması şərti ilə vermişdir. Digər bir sıra kitabları Ankarada Milli Kitabxanadan, Tarix Kurulunun kitabxanası və Türkiyat İnstitutunun kitabxanasından tapdım. Digər kitablar isə əlim çatmayan yerlərdə yatırdı…

      Rza şah taxta çıxdıqdan sonra İranda xalqların ana dillərində məktəb, qəzet və qurumları bağladığı kimi, inqilab hərəkatına aid kitabların yenidən çapını da qadağan etmişdi. Hətta onların toplanıb yandırıldığını da deyənlər var. Bir-ikisini ingilis dilində tapa bildim. Bununla bərabər, mənbə kimi istifadə etdiyim kitablarda verilən biblioqrafiyada rastlaşdığım bəzi kitabları da oxucuya irəlidə bir istiqamətverici məqam qismində göstərmişəm.

      Söhbət etdiyim iki ziyalı həmşəri mənə İranın inkişafı haqqında belə bir nümunə göstərdi: “Keçən il Xorasana getmişdim, qaldığım otel otaqlarının hamısında rəngli televizor var idi.”. Burada heç bir mübahisəyə qoşulmadan şahın İranı inkişaf etdirməsinə ən pis bir misal gətirmiş olur. Kitabın son Pəhləvilər hissəsində bir iqtisadiyyat mütəxəssisinin İranın inkişafına dair yazısını eynilə göstərmişdir.

      Başqa bir İranlı ziyalı dostum mənə bu sözləri dedi: “Vaxtilə ölkəmizin neftini və digər gəlir qaynaqlarını ingilislər istismar edib aparırdılar. İndi isə Pəhləvilər eyni işi edirlər. Pəhləvilərin israfçılığının bir qismi heç olmazsa İranda qalır…” “Azadxahlar bu Pəhləvilərdən görəsən nə istəyirlər”, – sualını verdi mənə.

      İslam hüququnda bir qayda mövcuddur: “Batıl mekis olmaz”, yəni saxta olan şey nümunə ola bilməz. Vaxtilə acgöz ingilis imperializminin İranı istismar edib talaması Şahənşah Pəhləviyə zalım və müstəbid bir hökmdar olaraq İranı babasının mülkü kimi idarə etmək haqqını verməz.

      Azadxahlar bu Pəhləvilərdən nə istəyirlər, görəsən? Aşağıdakı cavabları verirəm: Azadxahlar Məhəmməd Rza Pəhləvidən hər şeydən öncə İranda azadlıq və müstəqilliyin bərqərar olmasını tələb edirlər. Qəbul etmədiyi Konstitusiyanın lazım olan şəkildə İrana gətirilməsini və Parlamentin sərbəst seçkilər əsasında formalaşmasını tələb edirlər. İran xalqlarının hər birinə öz ana dillərində məktəb, mətbuat, idarəetmə və hər il orta hesabla 20 milyard dollar neft gəlirindən İran xalqlarının hər sinif və təbəqəsinin bərabər səviyyədə faydalanmasını tələb edirlər. Bir sözlə, insan haqlarına aid olan hər şeyi…

      Keçən il Şah bir neçə min məhbusu əfv edərək onları öz üsul-idarəsinə yaraşan şəkildə qurduğu (işgəncə) həbsxanalarından buraxdı. Bütün dünya da “Şah siyasi məhbusları əfv etdi” şəklində təbliğata СКАЧАТЬ