Название: Azərbaycan yazıçılarının həyatından dəqiqələr
Автор: Kamran Məmmədov
Издательство: Hadaf Neshrleri
Серия: Milli ədəbiyyat
isbn:
isbn:
***
Nəsiminin edamına hökm verən ruhani demişdir:
– Bu elə məlundur ki, onun qanından bir damcı hara düşsə, kəsilib atılmalıdır.
Təsadüfən, şairin qanından bir damcı həmin ruhaninin barmağına sıçrayır. Camaat ondan barmağının kəsilməsini tələb etdikdə, o, qorxur:
– Mən söz məsəli demişəm, – deyə ya-xa-sını qurtarır. Bu zaman al-qan içində olan şairin əzəmətli səsi ucalır:
Zahidin bir barmağın kəssən, dönüb həqdən qaçar, Gör bu miskin aşiqi, sərpa soyarlar, ağrımaz.
24
CAHANŞAH HƏQİQİ OĞLU PİRBUDAQ
XV əsr
XV əsr Azərbaycan tarixində görkəmli yer tutan şair Cahanşah Həqiqinin oğlu Pirbudaq da şair olmuşdur. Pirbudağın bu gün də zərb-məsəl kimi işlədilən bir beytinin maraqlı tarixi vardır.
Pirbudaq Simnan və Tehran yolunda, susuz bir dağın döşündə bağ salmaq istəyir. Lakin ona deyirlər ki, bu yerdə su yoxdur, burada ağac əmələ
gəlib meyvə gətirməz. Pirbudaq isə cavabında deyir:
İstəmirəm heyvasını, narını,
Qoy desinlər, Pirbudağın bağı var.
25
HƏBİBİ
XV-XVI əsrlər
Həbibinin uşaqlığı Bərgüşad kəndində qu-zu otarmaqla keçirmiş.
Sultan Yaqub bir gün ova çıxanda çöldə
quzu otaran bir uşaq görür. Öz mülazimlərindən birini göndərib quzuların kimə aid olduğunu öyrənmək istəyir. Mülazim uşağın yanına gəlir və
soruşur:
– Nə yığırsan?
– Çör-çöp.
– Çör nədir, çöp nədir?
– Çör dik duranlardır, çöp yıxılanlar.
– Bu quzular kimindir?
– Qoyunların.
– Kəndinizin böyükləri kimlərdir?
– Öküzlər hamıdan böyükdür.
– Onu demirəm. Kəndə gələnləri kim qarşılayır?
26
– Sənin kimi əziz adamlar gələndə, qarşı-lamağa itlər yüyürür.
Mülazim qəzəblənib deyir:
– Ay, nə çapaydım səni!
Uşaq cavab verir:
– Atını çap, gör ki, yoldaşların getdi.
Mülazim həmin söhbəti padşaha nəql edir. Hazırcavablığı, məzəli söhbəti sevən Sultan Yaqub uşağın çox istedadlı olduğunu başa düşüb, onu saraya gətirir, təlim və tərbiyəsi ilə məşğul olur. Sonralar Həbibi görkəmli sənətkar kimi məşhurlaşır.
27
ŞAH İSMAYIL XƏTAİ
1486-1526
Xətai elm, sənət adamlarını yüksək qiy-mətləndirirdi. Belə nəql edirlər ki, 1514-cü ildə
məşhur Çaldıran müharibəsində Şah İsmayıl döyüş meydanına getməmişdən əvvəl sarayın ən məşhur xəttatı Mövlanə Şah Mahmud Nişapurini və misilsiz ustad rəssam Behzadı bir mağarada gizlətmiş və demişdir:
– Kim bilir, bəlkə müharibədə öldüm və
ya məmləkətimdə qarət və qarışıqlıq baş verdi.
Onlar niyə Sultan Səlimin əlinə əsir düşsünlər?!
Şah İsmayıl müharibədə məğlub olub geri qayıdarkən, ilk əvvəl məşhur xəttatı və misilsiz 28
rəssamı gizlətdiyi yerə gedir. Onları gizli saxla-dığı yerdə taparkən sevinir və “Allaha çox şükür!” deyir.
***
Şah İsmayılın ən çox sevdiyi şairlərdən biri Nəsimi olmuşdur. O, Nəsiminin qəhrəman-lığına, məsləkcə möhkəmliyinə heyran qalmışdır.
Onun faciəli ölümünü şair dönə-dönə yad etmiş, ölümün gözləri içinə dik baxan Həllac Mənsurun və Nəsiminin tutduğu yolu təqdir və təbliğ etmişdir:
Şah Xətai, didarə bax,
Mənsur ipin boynuma tax.
Nəsimi oldu haqla haqq,
O üzülən dərisidir.
***
Şah İsmayıl Xətaini əsrlər boyu türk-qızıl-baş xalq şairləri və Anadolu el aşıqları bir mürşid, mənəvi ata kimi qəbul etmişlər. Məclislərdə Xətai təxəllüslü şeir oxunarkən ayağa qalxar və kişilər çökərlər.
Şah İsmayıl Xətai Azərbaycan xalqı içərisində şöhrətli bir dövlət xadimi, yenilməz pəh-29
ləvan, gözəl şair kimi ad qazanmışdır. Seyid Əz-im Şirvani yazır ki, şairin:
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini, Bar-ilahi, əfv qıl kim, tövbəkarəm doğrusu –
məqtəli qəzəli xanəndələr tərəfindən musiqiyə
uyğunlaşdırılıb tez-tez oxunardı. Mir Möhsün Nəvvab da “Şah Xətai” adlı musiqi havasının xalq arasında çox məşhur olduğunu göstərir.
30
СКАЧАТЬ