Название: Brilyant məsələsi
Автор: Cəmşid Əmirov
Издательство: Hadaf Neshrleri
Серия: Milli ədəbiyyat
isbn:
isbn:
həmişə cibində tapança gəzdirər, çox zaman lazım olsa 14
da, olmasa da silahını işə salıb hay-küy qaldırar, əlaltılarını qorxudardı.
Cavan olmasına baxmayaraq Yədulla indiyədək üst-üstdə otuz doqquz il iş almışdı. Axırıncı dəfə Yədulla adam soymaq üstündə məsuliyyətə cəlb edilmiş, üç il bundan əvvəl amnistiya nəticəsində həbsdən azad olunmuşdu. Yədulla əmək-islah koloniyasını tərk edərkən koloniya rəisinə söz vermişdi ki, cinayətkarlığın daşını birdəfəlik atacaq və namuslu həyata qayıdacaq.
Ancaq Yədulla öz əməllərindən əl çəkən adamlardan deyildi. Bakıya qayıtdıqdan və gözdən pərdə asmaq üçün bir mədəndə müvəqqəti işə girdikdən sonra Yədulla bir qədər “ağıllı” tərpənməyi, daha ələ keçməmək üçün hiylə
işlətməyi qərara aldı. Demək olar ki, Yədulla öz qərarına bacarıqla əməl etdi. O, cinayət işlərində şəxsən iştirak etmədi. Yədulla inanılmış, dəfələrlə sınaqdan çıxarılmış əliəyri adamları ətrafına topladı. Onları ölümlə hədələyərək özünə tabe etdi. Yalnız bundan sonra Yədulla müxtəlif cinayət planları tərtib etməyə, bu planları həyata keçirmək üçün adamlar ayırmağa başladı. Bu cinayətlərdən əl-də edilən gəlirin çoxu Yədullaya çatırdı. Çox zaman bu cinayətlər işləyənlər milis orqanlarının məharəti nəticəsində ifşa olunurdu. Lakin onların heç biri istintaq zamanı Yədullanın adını çəkmir, bütün təqsirləri öz üzərlərinə
götürürdülər.
Rantik Yədullanın dəstəsində deyildi. O, ayrıca,
“Zorba Səftər” ləqəbi daşıyan bir dostu ilə “işləyirdi”. Yədulla Rantikin mahir cibgir olduğunu əlaltılarından öyrənmişdi. Buna görə də o, Rantiki öz dəstəsinə cəlb etmək istəyirdi. Həmin gün Yədulla məhz elə buna görə Rantikin arxasına düşərək onu izləmiş və Mərkəzi univermağa 15
gəlmişdi. O, Rantikin tutulduğunu görcək dərhal mağazanı tərk etdi. Əvvəlcə Yədulla dava salıb aranı qarışdırmaq və beləliklə də Rantikin aradan çıxıb qaçması üçün şərait yaratmaq istədi. Lakin bunun mümkün olmadığını görüb yavaş-yavaş mağazanı tərk etdi. Hüsü Hacıyev küçəsi ilə
beşmərtəbə binaya tərəf addımlayarkən Rantiki həbsdən qurtarmaq, sonra da özünə tabe etmək üçün planlar qur-mağa başladı.
Yədulla çox fikirləşdikdən sonra şahidləri nəyin bahasına olursa-olsun satın almaq, pulu oğurlanan kişinin pulunu qaytarmaq və ona hədə-qorxu gələrək, məhkəmədə ifadəsini dəyişdirməyə məcbur etməyi qərara aldı.
Yədulla öz planını həyata keçirmək üçün saysız-hesabsız məşuqələrindən biri olan Klaragilə gəldi. Məsələni ona danışıb dedi:
– Gərək mənə bu işdə kömək edəsən. Dediyim cibgir Rantiki mütləq qurtarmaq lazımdır. O mənim xoşuma gəlib. Şahidlərin və pulu oğurlanan kişinin kim olduqla-rını və harada yaşadıqlarını öyrən. Gözdən pərdə asmaq üçün özünü Rantikin nişanlısı kimi qələmə ver. Puldan qorxma. Nə qədər lazım olsa xərclə. Sənə beş gün vaxt verirəm.
Rantiki cibgirlik yoluna gətirib çıxardan yalançılığı və gop edib özünü öyməsi olmuşdu. Rantik lap uşaq yaşlarından yalan danışmağa adət etmişdi. O, gözlərini açıb anasının hər addımda qonşulara yalan satdığını, tez-tez tanışlarını, qohum-qardaşlarını aldatdığını görmüşdü.
Rantikin atası da arvadından geri qalan deyildi. O da arvadı kimi yalançı və lovğa idi. Kişi tez-tez Rantikin yanında utanıb çəkinmədən yalan satır, evdə soğan-çörək yeyib, bayırda toyuq-plovdan dəm vurur, böyük vəzifəli 16
şəxslərlə oturub-durduğundan, onlarla dostluq etdiyindən danışırdı. Rantikin atası çox zaman tanışları yanında öyünmək üçün yalandan rəhbər işçilərə telefonla zəng vurub, onların kefini soruşur, bu və ya başqa məsələ haqqında məsləhətləşir, bundan həzz alırdı. Rantik də tezliklə həm məhəllədə, həm də məktəbdə yalançı və gopçu kimi tanındı. Yoldaşları Rantikin gopçu olduğunu, nəfəsi-nin yalanla gedib-gəldiyini bildiklərindən onu tez-tez ələ
salırdılar.
Bir gün Rantik məktəbdən evə gələrkən bir tanış oğlana rast gəldi. Rantik bilirdi ki, bu oğlan oğrudur. Nədənsə oğurluqdan, cibgirlikdən söz düşdü. Adəti üzrə
Rantik yenə gop etdi:
– Eh, cibə girməkdən asan nə var. Bu, su içmək kimi asan bir şeydir. Mən özüm də elə cibgirəm.
Yoldaşı Rantiki ələ salıb dedi:
– Ay Rantik, öz aramızdır, yenə məni xamlamaq istəyirsən. Sən hara, cibgirlik hara?
Rantik, yalan danışmadığına and içdi. Yoldaşı isə de-di:
– Mən sənə inanmıram. Əgər sən, doğrudan da, cibə
girməyi bacarırsansa, nə üçün pulsuz olursan? Ondan-bundan qəpik-quruş borc alırsan? İnanmıram.
– Kilsə haqqı düz deyirəm, – deyə Rantik and içdi.
– Sübut elə.
– Nə təhər sübut edim?
– Mənim yanımda cibə gir, baxaq görək, düz deyirsən, ya yalan.
Dilindən bəlaya düşən Rantik qorxdu. Zarafata salıb işdən əl çəkməyə çalışdı. Ancaq yalançını evinə qədər 17
qovmağı qət edən tanışı ondan əl çəkmədi. Rantik əlacsız qalıb cibə girməyi qərara aldı.
Onlar Dzerjinski adına parkın yanında 8 nömrəli tramvaya mindilər. İş gününün sonu olduğundan tramvay tünlükdü. Rantik o yan-bu yana baxdı, tər tökdü, yoldaşının yanında xəcalətli olmamaq üçün özü də hiss etmədən qeyrətə gəldi və bir qadının sumkasını açıb pulunu çıxartdı.
Rantikin məharətinə heyran qalan oğlan onu təbrik etdi. Rantik tanışını restorana aparıb qonaq elədi. Elə həmin gündən başlayaraq, pula şirnikləşib cibgirliyə başladı.
Beş il sonra şəhərdə Rantik məşhur cibgir oldu. O, tramvayda, trolleybusda və ya alıcılarla dolu olan mağazalarda böyük məharətlə hərəkət edərək, sol əli ilə ehmal-ca cibləri yoxlayıb özü üçün “ov” axtarırdı. Kimin cibinə
girəcəyini СКАЧАТЬ