Brilyant məsələsi. Cəmşid Əmirov
Чтение книги онлайн.

Читать онлайн книгу Brilyant məsələsi - Cəmşid Əmirov страница 6

Название: Brilyant məsələsi

Автор: Cəmşid Əmirov

Издательство: Hadaf Neshrleri

Жанр:

Серия: Milli ədəbiyyat

isbn:

isbn:

СКАЧАТЬ o adamla tanış olarsan. Səni həbsxanadan o qurtarıb.

      Rantik daha danışmadı. Onlar gəzə-gəzə Krasin küçəsinə gəldilər. Klara küçədən keçən ilk taksini saxlatdırdı. Onlar dal oturacaqda əyləşdilər. Yolda Rantik bir dəfə

      Klaranın əlini tutub tumarlamaq istədi. Ancaq qız onu itələdi. Rantik araya çökən sakitliyi pozmaq üçün zarafat edib, bir-iki lətifə söylədi. Klara isə onun söhbətini cavabsız buraxdı.

      Az sonra taksi onları Sovet Ordusu parkının yanına gətirib çıxartdı. Klara taksinin pulunu verib. Göy məscidə

      tərəf yollandı. Rantikə də ardınca gəlməsini tapşırdı. Qız məscidin yanındakı birmərtəbəli evlərdən birinə girdi.

      Rantiki boş otaqda qoyub bayıra çıxdı. Rantik hara və nə

      üçün gəldiyini dərk etməmiş dal qapı açıldı. Bir kişi otağa girdi. Bu, Yədulla idi.

      Yədullanın at sifətinə bənzər üzü sərt idi. Çənəsində-ki bıçaq yarası tünd-qəhvəyi rəngə çalırdı. Başına sarı Bu-xara dərisindən papaq qoymuşdu. Yədulla həmsöh-bəti-nin üzünə baxmırdı. O, şüşə kimi hərəkətsiz dayanmış

      gözlərini Rantikin başı üstündən divara zilləmişdi. Sanki o, arxada kimin və nəyin olduğunu müəyyən etmək istəyirdi. Sonra Yədulla Rantiki yuxarıdan aşağı diqqətlə nəzərdən keçirdi. Onun üzündə iyrənc bir təbəssüm oyandı.

      O, yaxın gəlib kürsüdə əyləşdi. Sağ ayağını sol qıçının üstünə aşıraraq gülə-gülə dedi:

      23

      – Xoş gəlmisən, cibgir ağa. Necə deyərlər: var o, gül ol, bülbül ol, ancaq qəfəsdə olma.

      Rantik həbsxanada ləzzətli xörəklər üçün, məhkəmədə şahidlərin öz ifadələrini dəyişdirmələri üçün kimə

      minnətdar olduğunu dərhal başa düşdü. Buna görə də başını itaətlə əyərək dedi:

      – Xoş gününüz olsun. Çox sağ olun, mən sizdən çox razıyam.

      – İndi ki, razısan, onda əyləş söhbət edək. Mənim adım Yədulladır, ləqəbim “tapança”. Kim və nəçi olduğumu sonra başa düşərsən…

      O gündən başlayaraq Rantik sözün əsl mənasında Yədullanın qulu oldu, onun bir sözünü iki eləmədi. Həmişə itaətində durdu.

      Artıq iki il idi ki, Yədulla ilə Rantik dostluq edirdilər.

      Həbsxanadan azad olunması nəzərə alınmazsa, bu iki il ərzində Rantik Yədulladan heç bir yaxşılıq görməmişdi. O

      daima Yədullanın qarşısında alçalmış, onun bütün cina-yətlərinin fəal iştirakçılarından biri olmuşdur. Əgər Yədullanın əvəzinə başqa bir adam ona bu qədər pislik etsəydi, Rantik həmin adamla çoxdan əlaqəsini kəsərdi. Yədulla ilə isə əlaqəni kəsmək mümkün deyildi. Çünki Rantik bütün varlığı ilə Yədullaya bağlı idi. Bu da səbəbsiz deyildi. Çünki o, Yədulladan bərk qorxurdu. Rantik yaxşı bilirdi ki, Yədulla istədiyi adamı yerin deşiyindən axtarıb tapmaq və intiqam almaq iqtidarına malikdir. Adam öldürmək Yədulla üçün toyuq başı kəsmək kimi asan bir şey olmuşdu. Rantik Yədulla ilə ikiillik əlaqəsində “tapança”nın sözünə baxmayan və özlərini şübhəli aparan, yəni cinayətkarlarla əlaqəni birdəfəlik kəsib, namuslu həyata qayıtmaq istəyənlərin aqibətlərinin necə olduğunu 24

      öz gözləri ilə görmüşdü. Onlar Yədullanın intiqamı nəticəsində həlak olurdular. Həmin adamlar ya dənizdə bo-ğulur, ya avtomobil altında qalır, ya qayadan yıxılıb həlak olur, ya da sadəcə naməlum şəxslər tərəfindən bıçaqlanıb öldürülürdülər.

      Məhz elə buna görə də Yədullanın itaətində olan cinayətkarlar istədikləri cinayət üstündə milis orqanları tərəfindən məsuliyyətə cəlb edildikdə “tapança”nın dəhşətli üzünü yadlarına salıb qorxudan tir-tir əsir, bütün təqsiri öz üzərlərinə götürür, qulduru ələ verməyə cürət etmirdilər. Buna görə bir çox tüfeyli ünsürlər kimi qorxu hissi Rantikin də iradəsini qırmış, onu ömürlük Yədulladan asılı etmişdi.

      BAĞ DƏFİNƏSİ

      Ağəli Möhtacov lap uşaq yaşlarından təzə bəylər ki-mi bəzənməyi, axşamlar boş vaxtlarını Nizami, “28 Aprel” və Çaparidze küçələrində, gecələr isə “İnturist”,

      “Göygöl” və “Dostluq” restoranlarında keçirməyə alışmışdı. Ağəli qubalı çəkməçi: Mehbalı Möhtacovun yeganə

      oğlu idi. Ata-ana həmişə Ağəlini əzizləyir, onun hər bir istək və arzusunu dərhal yerinə yetirər, asqıranda və ya ös-kürəndə onu taksiyə mindirib şəhərin ən yaxşı həkimlə-rinin yanına aparırdılar. Buna görə də Ağəlinin əlindən heç bir iş gəlmir, orta məktəbdə güc-bəla ilə oxuyur, yaz aylarında imtahanlarını “mən ölümlə” verirdi. Bəzi avara gənclər kimi tüfeyli həyata alışan Ağəli də işləməyi özü üçün Azərbaycan Respublikası bilir, pul lazım olanda

      “atamın canı sağ olsun” deyib, özünü anasının yanına verirdi. Səkinə xanım da oğlu beş manat istəyəndə nəticə-25

      sinə varmadan sandıqdan bir onluq çıxarıb ona uzadır, on manat istəyəndə isə cibinə otuz manat qoyub “özünə

      korluq vermə” deyirdi.

      Bir dəfə Ağəli kostyum tikdirmək üçün anasından tə-zə parça istəmişdi. Səkinə xanım da sevimli oğlunun arzusunu yerinə yetirərək ona üç metr yaxşı yun parça almışdı. Lakin parça Ağəlinin xoşuna gəlməmişdi. O hay-küy qaldırıb, evdəki qab-qacağı sındırmış, ailəsindən kü-sərək evdən qaçmış və özünü dənizə atıb boğacağını bildirmişdi. Qorxuya düşən ata-ana Ağəlini tezliklə axtarıb tapmış, ona bir kostyumluq əvəzinə üç parça almışdı. O

      vaxtdan başlayaraq, Ağəli bəzi modabaz qadınlar kimi, boş vaxtlarını dərzilərin yanında keçirər, gecələr yuxusuz qalıb müxtəlif fasonlu modalar fikirləşər, tez-tez özünə

      cürbəcür paltar tikdirərdi. Ağəli həmişə Bakıda Nizami küçəsinə çıxdıqda iynədən təzə çıxmış təzə kostyumlar geyməklə yoldaşları, dostları arasında lovğalanardı. Axşam Səkinə xanım Ağəlidən hara getdiyini soruşduqda o deyərdi: “Anacan, gedirəm bulvara, həm adamlara tamaşa edəcəyəm, həm də özümü göstərəcəyəm”. Səkinə

      xanım da boylu-buxunlu oğluna fərəhlə baxaraq: “Get oğlum, yüz dostumuz varsa, on nəfər də düşmənimiz var.

      Paxıllıqdan alışıb yanırlar. Gəz, kef elə, qoy düşmənləri-mizin gözünə iynə batsın” deyə oğlunun cibinə bir iyir-mibeşlik СКАЧАТЬ