Haydi. Йоханна Спири
Чтение книги онлайн.

Читать онлайн книгу Haydi - Йоханна Спири страница 2

Название: Haydi

Автор: Йоханна Спири

Издательство: Altun Kitab

Жанр:

Серия: Dünya ədəbiyyatından seçmələr

isbn: 9789952244304 

isbn:

СКАЧАТЬ bircə iri otaqdan ibarət idi. Haydi ocağın üstündə qarmaqdan asılmış qazana, stola və tək stula nəzər salıb dedi:

      – Bəs mən harada oturacağam?

      – Sabah sənə bir kətil düzəldərəm, – deyə qoca baba ona söz verdi.

      Haydi küncdəki çarpayıya tərəf qaçaraq soruşdu:

      – Burada yatırsan?

      Öhi başı ilə təsdiqlədi.

      – Bəs mən harada yatacağam? – Haydi yenə soruşdu.

      – Ürəyin harada istəsə, orada, – babası cavab verdi.

      Bu cavab Haydinin xoşuna gəldi. İndiyə kimi heç kim ürəyi istədiyi yerdə yatmasına icazə verməmişdi. Haydi böyük otağın bütün künc-bucağını gəzdi, amma harada yatacağına qərar verə bilmədi. Axırda qoca babanın çarpayısının yanındakı pilləkəni göstərib soruşdu:

      – Bu pilləkən hara qalxır?

      – Çardaqdakı samanlığa. İstəyirsən, çıx, bax! – baba dedi.

      Haydi elə bunu gözləyirdi. Pilləkənləri keçi kimi cəld dırmandı. Yuxarıdan sevinclə bağırdı:

      – Qoca baba, tapdım! Mən burada yatacağam! Ən gözəl yer elə buradır.

      Öhi bığaltı qımışaraq:

      – Düzdür, düzdür, – dedi.

      Sonra da əlavə elədi:

      – Elə isə özünə yatacaq düzəlt. Orada kifayət qədər saman var.

      Haydi cidd-cəhdlə işə başladı. Qucaq-qucaq saman gətirib çardaqdakı pəncərənin altına yığdı. Samanları üst-üstə döşəyib özünə yatacaq düzəltdi.

      – Qoca baba, bax! Gör nə gözəl döşəkdir! Burada uzanıb ulduzlara tamaşa eləyə bilərəm.

      Qoca pilləkənlərlə çardağa qalxıb saman yatağın üstünə kətan mələfə sərdi. Haydi dərhal yatağına uzanmaq istəsə də, babası:

      – Axı əvvəl qarnını doyurmalısan. Bəyəm hələ acmamısan? – deyə soruşdu.

      – Elə acmışam! – Haydi cavab verdi.

      Baba ilə nəvə pilləkənlərlə aşağı düşdülər. Artıq hava qaralmışdı. Elə bu vaxt bayırda kimsə astadan fit çaldı. Bu, Keçi Peter idi, qoca babanın iki keçisini örüşdən gətirmişdi. Haydi dərhal özünü daxmadan bayıra atdı. Böyüklü-kiçikli bir sürü keçi qızı dövrəyə aldı. Qoca baba əlini irəli uzatdı, ovcunda bir az duz vardı. Biri ağ, o biri qəhvəyi rəngli iki keçi sürüdən aralanıb ona yaxınlaşdılar. Keçilər qoca babanın ovcundakı duzu yaladılar, baba da onları sığallamağa başladı. Keçi Peter baba ilə nəvəyə «Gecəniz xeyrə qalsın!» deyib vadiyə tərəf getdi.

      Haydi əvvəl ağ, sonra da qəhvəyi keçinin başını sığalladı.

      – Qoca baba, bunlar sənin keçilərindir? – deyə qız soruşdu.

      Yaşlı kişi başı ilə təsdiqlədi.

      – Belə çıxır ki, onlar həm də mənim keçilərimdir, düzdür?

      Qoca baba gülümsəyərək:

      – Hə, indi onlar həm də sənin keçilərindir, – dedi.

      – Bəs adları nədir?

      – Ağ rəngli keçinin adı Qucuğaz, qəhvəyi rəngli keçinin adı isə Ayıcığazdır.

      Qoca baba daxmaya girib iki parça çörək və kasa ilə geri qayıtdı. Haydi babasının Qucuğazı necə sağdığına maraqla tamaşa elədi. Qoca baba keçi südü ilə dolu kasanı Haydiyə uzadıb dedi:

      – Bu da şam yeməyin. Skamyada otur, ye.

      Haydi iştahayla südünü içib çörəyini yedi. Sonra ağzını köynəyinin qolu ilə silib:

      – Qoca baba, indiyə kimi heç bu qədər ləzzətli yemək yeməmişdim, – dedi. – Artıq yuxum gəlir.

      – Yatağına get və gözlərini yum, – qoca baba dilləndi. – Gecən xeyrə qalsın!

      Haydi pilləkənlə çardağa çıxdı. Qızcığaz özünə samandan döşək düzəltsə də, üstünə örtməyə yorğanı yox idi. Babası aşağıdan ona bir xaral[2] gətirdi.

      – Bu yerlərdə pərqu[3] yorğan-döşək yoxdur, – baba dedi.

      – Mən pərqu yorğan-döşək istəmirəm ki! – qızcığaz cavab verdi. Sonra yatağına uzandı, xarala bürünüb gözlərini yumdu və dərhal şirin yuxuya getdi…

      3. Qartopu, Təkə və dəcəl Tьrk

      Haydi səhər tezdən fit səsinə oyandı. Gözlərini açanda çardağın girdə pəncərəsindən üzünə günəşin qızılı şüaları düşdü. Gün işığı içərini sapsarı rəngə boyamışdı. Uşaq ətrafına nəzər saldı, əvvəl harada olduğunu anlaya bilmədi. Sonra bayırdan keçi mələrtisi eşitdi. Elə o an hər şeyi xatırladı: qoca baba, onun koması, Keçi Peter və keçilər – Qucuğazla Ayıcığaz. Hə, bir də şamağacılarının budaqları arasında uğuldayan küləklə saman qoxusu…

      Haydi çoban oğlanın səsini eşidib yataqdan sıçradı, cəld geyinib pilləkənlərlə aşağı düşdü. Peter bir sürü keçi ilə komanın qarşısında dayanmışdı. Qucuğazla Ayıcığazı sürüyə qatmağa gəlmişdi.

      – Sən də otlağa getmək istəyirsən? – qoca baba soruşdu.

      Haydi bunu eşidib çox sevindi, çəpiş kimi hoppanıb-düşdü, qaçıb keçilərin arasına qarışdı.

      Qoca baba:

      – Dayan! Əvvəlcə əl-üzünü yu, saçlarını dara, yoxsa günəş səndən qorxub buludların arxasına çəkilər, – dedi.

      Haydi su ilə dolu ləyəndə üzünü, əllərini çuğundur kimi qızaranadək yudu. Saçlarını daradı. Sonra da:

      – Artıq günəş məndən qorxmayacaq! – deyə sevinclə qışqırdı.

      Keçi Peter güldü:

      – Elə isə tələs, heyvanlar acdır, onları otlağa aparmaq vaxtıdır, – dedi.

      Qoca baba Peterin heybəsinə iri parça çörək və pendir qoydu, sonra oğlana balaca bir kasa da verib dedi:

      – Qucuğazı СКАЧАТЬ



<p>2</p>

Xaral – iri torba (kisə)

<p>3</p>

Pərqu – yumşaq və nazik quş tükü