Çippolinonun macəraları. Джанни Родари
Чтение книги онлайн.

Читать онлайн книгу Çippolinonun macəraları - Джанни Родари страница 5

Название: Çippolinonun macəraları

Автор: Джанни Родари

Издательство: Altun Kitab

Жанр:

Серия: Dünya ədəbiyyatından seçmələr

isbn: 9789952244564

isbn:

СКАЧАТЬ gəldi.

      – Siz evimi bu arabaya yükləmək istəyirsiniz? – Kudu lələ təşvişlə soruşdu. O, evin uçulub-söküləcəyindən qorxurdu.

      Bunu başa düşən Çipollino gülümsünüb dedi:

      – Narahat olma, evciyəzinə heç nə olmayacaq.

      – Bəs onu hara aparacağıq?

      – Əvvəl bizim zirzəmiyə qoyaq, sonrasına baxarıq, – pinəçi Üzüm dedi.

      – Birdən senyor Pomidor daxmanın yerini öyrənsə, onda necə? – Kudu lələ təlaşla soruşdu.

      Bu zaman hamı dönüb təsadüfən oradan keçən vəkil Noxuda tərəf boylandı. Noxud qızardı və and içməyə başladı ki, bu sirri heç kimə açmayacaq:

      – Mən xəbərçi deyiləm, vicdanlı vəkiləm!

      – Axı rütubətli zirzəmidə evin kərpicləri nəm çəkər, – Kudu lələ sakitləşmək bilmirdi. – Bəlkə, onu meşədə gizlədək?

      – Bəs meşədə evə kim göz-qulaq olacaq? – Çipollino soruşdu.

      – Mənim tanışım Qaragilə meşədə yaşayır, evciyi ona etibar etmək olar, – professor Armud sözə qarışdı.

      Beləliklə, evciyi arabaya yükləyib meşəyə aparmaq qərarına gəldilər. Kudu lələ öz evciyi ilə vidalaşıb nəvəsi Kuducuğun yanına yollandı.

      Çipollino, Lobyacıq və Armud evciyi meşəyə apardılar. Onlar evciyi daşıyarkən qətiyyən yorulmadılar. Axı Kudu lələnin daxması quş qəfəsi kimi yüngül idi.

* * *

      Qaragilə şabalıd qabığının içində yaşayırdı. Evi darısqal olsa da, burada yaşamaqdan məmnun idi. İçəridə elə də çox əşya yoxdu: onun bütün sərvəti birtaylı qayçıdan, paslanmış ülgücdən, iynə-sapdan və pendir qırıntısından ibarət idi.

      Professor Armud tanışına təklif etdi ki, gətirdikləri daxmaya köçsün və bundan sonra orada yaşasın. Qaragilə bu təklifdən bərk həyəcanlandı. Çünki hamının kiçik hesab elədiyi daxma onun gözünə həddən ziyadə böyük, lap saray kimi görünmüşdü. Ona görə də əvvəl etiraz elədi:

      – Belə böyük evdə yaşamaq? Mümkün deyil! Bu boyda sarayda təkbaşına nə edəcəyəm? Mənə şabalıd qabığında yaşamaq daha xoşdur.

      Lakin o, evin Kudu lələyə məxsus olduğunu eşidən kimi razılaşdı:

      – Mənim Kudu lələyə həmişə yazığım gəlib. Hətta bir dəfə onu ölümdən, daha doğrusu, tırtıldan qurtarmışam. Tırtıl Kudunun yaxalığına yapışmışdı, mən onu xəbərdar eləməsəydim, kim bilir, bu nə ilə nəticələnəcəkdi…

      Evciyi qollu-budaqlı palıd ağacının altına qoydular. Çipollino, Lobyacıq və Armud Qaragilənin yeni evə köçməsinə kömək etdilər. Sonra onlar Kudu lələnin evinin yeni sahibi ilə sağollaşıb söz verdilər ki, tezliklə ona şad xəbər gətirəcəklər. Tək qalan Qaragilə narahat olmağa başladı. Birdən evə oğrular girsə, necə olacaq?

      – Belə böyük evi oğrular mütləq soymaq istəyəcəklər. Elə biləcəklər ki, evdə bahalı əşyalar var. Odur ki ayıq-sayıq olmalıyam!

      Qaragilə çox düşünüb-daşınandan sonra qapıya zınqırov asmaq qərarına gəldi. Zınqırovun üstünə isə bir lövhə vurdu. Həmin lövhədə bu sözlər yazılmışdı:

      «Əziz oğrular, sizdən acizanə şəkildə xahiş edirəm, içəri daxil olmazdan əvvəl bu zəngi çalın! Onda sizi dərhal evə buraxacaqlar və öz gözünüzlə görəcəksiniz ki, bura boşuna gəlmisiniz, oğurlamağa heç bir şey yoxdur».

      Lövhəni qapıya asandan sonra xeyli rahatlanan Qaragilə Günəş batar-batmaz yuxuya getdi. Lakin gecənin bir yarısı qapının zəngini vurub onu oyatdılar.

      – Kimdir? – Qaragilə içəridən səsləndi.

      – Oğrulardır.

      – Gəlirəm, bircə dəqiqə gözləyin.

      O, xalatını geyinib qapını açdı. Qapıda iki iricüssəli, hündürboy, saqqallı oğru dayanmışdı. Qaragilə onlara icazə verdi ki, bütün evi axtarsınlar. Onun gözünə saray kimi görünən, əslində, quş damından böyük olmayan bu evə oğruların girməsi mümkün deyildi. Odur ki növbə ilə başlarını qapıdan içəri salıb hər yerə göz gəzdirdilər, ancaq oğurlamağa bir şey tapmadılar. Oğruların əliboş qayıdacaqlarına üzülən Qaragilə dedi:

      – Əgər üzünüzü taraş etmək istəsəniz, sizə ülgüc verə bilərəm. Düzdür, bir az paslanıb, amma yaxşı ülgücdür, ulu babamdan qalıb.

      Havayı taraş olmağı qənimət bilən oğrular razılaşdılar. Üzlərini taraş eləyəndən sonra çıxıb getdilər. Hətta gedərkən Qaragiləyə təşəkkür etməyi də unutmadılar. Bu isə onların pis adam olmadıqlarını göstərirdi. Kim bilir, hansı ehtiyacdan oğurluqla məşğul olmaq məcburiyyətində qalmışdılar!

      Qaragilə yenidən yatağına uzandı. Gecə saat 2-də qapının zəngi növbəti dəfə onu yuxudan oyatdı. Bu dəfə də iki oğru gəlmişdi.

      – Buyurun, baxın, – Qaragilə dedi. – Ancaq bir-bir, yoxsa evi uçurarsınız.

      Bu oğruların saqqalı yox idi, lakin onlardan birinin gödəkçəsinin bütün düymələri qopub düşmüşdü. Qaragilə iynə-sapını ona bağışlayıb dedi:

      – Gedərkən ayağınızın altına diqqətlə baxın. Yolda həmişə çoxlu düymə olur. Götürüb bu iynə-sapla tikərsiniz.

      Həmin gündən oğrular hər gecə zəngi çalıb Qaragiləni yuxudan oyadırdılar. Onlar evdən oğurlamağa bir şey tapmasalar da, bu balaca, xeyirxah və nəzakətli ev sahibi ilə tanışlıqdan razı qalırdılar.

      Gördüyünüz kimi, Kudu lələnin evciyi etibarlı əllərdə idi…

      Baron Portağalla hersoq Naringi qrafinyalara qonaq gəlirlər

      Nəhayət, Albalı qrafinyaların qəsrinə baş çəkmək vaxtı gəlib çatdı. Qrafinyalar qəsrin yerləşdiyi kənddəki bütün torpaqların, evlərin, kilsələrin sahibi hesab olunurdular.

      Çipollino öz dostları ilə birlikdə Kudu lələnin evciyini meşəyə aparan gün qəsrdə canlanma müşahidə olundu. Qrafinyalara qohumları baron Portağal və hersoq Naringi qonaq gəlmişdilər. Baron Böyük qrafinyanın, hersoq isə Kiçik qrafinyanın vəfat etmiş ərinin yaxın qohumu idi.

      Çox kök olan baron Portağalın qarnı özündən böyük idi. Burada təəccüblü bir şey yoxdur. Axı Portağalın işi-peşəsi yemək yeməkdi. Ağzı bütün gün durmadan işləyirdi. Çənəsinə СКАЧАТЬ