Çippolinonun macəraları. Джанни Родари
Чтение книги онлайн.

Читать онлайн книгу Çippolinonun macəraları - Джанни Родари страница 3

Название: Çippolinonun macəraları

Автор: Джанни Родари

Издательство: Altun Kitab

Жанр:

Серия: Dünya ədəbiyyatından seçmələr

isbn: 9789952244564

isbn:

СКАЧАТЬ axtarmağa başladılar. Çipollino nə baş verdiyini anlamağa macal tapmamış toz dumanı gurultuyla yaxınlaşıb Kudu lələnin evinin qarşısında dayandı. Dumanın ortasında dörd at qoşulmuş bir karet[4] göründü. Daha doğrusu, karetə at əvəzinə xiyar qoşmuşdular. Axı bu ölkədə adamları da, heyvanları da meyvə-tərəvəzlər əvəz eləyirdi.

      Başdan-ayağa yaşıl libas geyinmiş gonbul tövşüyə-tövşüyə karetdən düşdü. Onun toppuş yanaqları yetişmiş pomidor kimi qıpqırmızı qızarmışdı. Bu, Albalı qrafinyaların evində eşikağası[5] işləyən kavaler Pomidor idi.

      Çipollino adamların gonbulu görüncə dağılışmasından başa düşdü ki, bu cənabdan yaxşı heç nə gözləmək olmaz. Ancaq kavaler Pomidor əvvəl heç kimə dəyib-toxunmadı. O, başını bulaya-bulaya bir müddət Kudu lələni süzdü. Zavallı Kudu lələ həyəcanla ona baxırdı, qorxusundan nəfəs almağa da cəsarət eləmirdi.

      Birdən Pomidor irəli cumdu, onun evinin damından yapışaraq sağa-sola silkələməyə başladı. Kudu lələ gözlərini yumdu. Damın səliqə ilə düzülmüş kirəmitləri uçub ətrafa səpələndi.

      – Quldur! Oğru! Qiyamçı! – kavaler Pomidor var səsiylə qışqırmağa başladı. – Sən bu sarayı Albalı qrafinyalara məxsus ərazidə tikmisən! Utanmırsan, yaşlı, dul xanımların haqqını yeyirsən?

      – Senyor[6], sizi əmin eləyirəm ki, mənim bu evi tikməyə icazəm vardı. Onu mənə qraf[7] Albalı şəxsən özü vermişdi.

      – Qraf Albalı otuz il bundan qabaq vəfat eləyib, – kavaler Pomidor qəzəblə çığırdı. – İndi bu torpaqlar iki mötəbər qrafinyaya məxsusdur, odur ki dərhal buradan rədd ol! Qalan məsələləri sənə vəkil izah eləyər. Senyor Noxud, haradasınız?

      Kəndin vəkili Noxud dərhal peyda oldu.

      – Qulluğunuzda hazıram, senyor!

      – Bu avara Kudunu başa salın ki, krallıq qanunlarına əsasən o, dərhal buradan rədd olub getməlidir! Sakinlərə də elan eləyin ki, Albalı qrafinyalar bu it damına kəndin ən quduz köpəyini bağlayacaqlar!

      – Baş üstə, senyor! Buyurduğunuz kimi eləyərəm!

      Kavaler Pomidor bu dəfə üzünü Kudu lələyə tutub soruşdu:

      – Vəkilin dediklərini eşitdin?

      – Axı o heç nə demədi, – kimsə kənardan dilləndi.

      – Necə? Sən mənimlə mübahisə eləyirsən?

      – Mən ağzımı da açmadım, senyor, – Kudu lələ yazıq-yazıq dedi.

      – Burada səndən başqa kim var ki? – kavaler Pomidor ətrafa göz gəzdirdi.

      – Fırıldaqçı! Kələkbaz! – yenə həmin səs eşidildi.

      – Bu kimdir belə? Yəqin, qoca qiyamçı Üzümdür! – kavaler Pomidor qışqırdı.

      O, pinəçi dükanına yaxınlaşıb əlindəki dəyənəklə qapını döyəcləməyə başladı.

      – Ey Üzüm! Elə bilirsən, sənin burada nə işlərlə məşğul olduğundan xəbərim yoxdur? Albalı qrafinyalar haqqında hər yerdə ağzına gələni danışırsan! Dayan! Növbə sənə də çatacaq!

      – Bu dəfə növbə sənindir, senyor Pomidor! Tezliklə şişib partlayacaqsan! Çox az qalıb!

      Bu sözləri deyən Çipollino idi. O, əllərini cibinə salıb qətiyyətlə kavaler Pomidora yaxınlaşdı. Pomidorun ağlına da gəlmədi ki, bayaqdan bəri bütün təhqiramiz sözləri ona söyləyən bu balaca oğlan ola bilər.

      – Sən haradan çıxdın belə? De görüm, niyə işdə deyilsən? – o, Çipollinodan soruşdu.

      – Mən işləmirəm, hələ öyrənirəm, – Çipollino dedi.

      – Nə öyrənirsən? Bəs kitabların hanı?

      – Fırıldaqçıları öyrənirəm, senyor Pomidor. Bax elə bu dəqiqə onlardan biri qarşımda dayanıb. Mən onu yaxşıca öyrənib başa çatmamış heç yerə buraxan deyiləm.

      – Deməli, sən fırıldaqçıları öyrənirsən, – kavaler Pomidor onun atmacasını başa düşməmişdi. – Yaxşı-yaxşı öyrən. Bu kənddə elə hamı fırıldaqçıdır. Yeni fırıldaqçıya rast gəlsən, onu mütləq mənə də göstərərsən.

      – Məmnuniyyətlə, senyor! – Çipollino bunu deyib cibindən balaca bir güzgü çıxartdı və kavaler Pomidora yaxınlaşıb güzgünü düz onun burnuna tərəf uzadaraq əlavə etdi:

      – Baxın, cənab, həmin fırıldaqçı budur! Tanıdınız?

      Kavaler Pomidor gözünün ucu ilə güzgüyə tərəf baxdı. Və, əlbəttə ki, orada özünün qıpqırmızı sifətini, qəzəbli gözlərini, yekə ağzını gördü. Senyor Pomidor, nəhayət, Çipollinonun onu ələ saldığını başa düşdü. Qəzəbdən üzü daha da qızardı. Çipollinonun saçlarından yapışıb yuxarı qaldırdı.

      – Kələkbaz! Bu saat sənə göstərərəm! – kavaler bunu deyib Çipollinonun saçlarını elə möhkəm dartdı ki, oğlanın bir neçə tükü qoparaq onun əlində qaldı.

      Bu vaxt qəribə bir şey baş verdi: senyor Pomidorun gözləri və burnu göynəməyə başladı. O, bir neçə dəfə asqırandan sonra gözündən sel kimi yaş axıb toppuş yanaqlarından aşağı süzüldü.

      – Bu nədir? Mənim başıma heç vaxt belə iş gəlməmişdi! – kavaler Pomidor qorxa-qorxa mızıldandı.

      Həqiqətən də, çox qəddar adam (əgər pomidora adam demək mümkündürsə!) olan kavalerin ağladığını indiyədək heç kim görməmişdi. Pomidor göz yaşlarından elə bərk qorxmuşdu ki, dərhal karetinə minib gözdən itdi. Uzaqdan onun səsi eşidildi:

      – Ey Kudu, mən artıq sənə xəbərdarlıq elədim! Səfeh oğlan, bu göz yaşlarım sənə çox baha başa gələcək!

      Çipollino qəhqəhə çəkib gülməyə başladı. Kudu lələ isə yaylığını çıxarıb alnının tərini sildi.

      Evlərin qapı-pəncərələri yavaş-yavaş açıldı. Pinəçi Üzüm dükanından çıxıb Çipollinonun yanına gəldi:

      – Axır ki, bu kavaler Pomidoru ağladan tapıldı! Oğlum, sən haradan gəlmisən?

      Çipollino başına gələnləri ona və qonşularına danışdı.

      Professor СКАЧАТЬ



<p>4</p>

Karet – hər tərəfi örtülü, dördtəkərli minik arabası

<p>5</p>

Eşikağası – keçmişdə böyük adamların evində təsərrüfat işlərinə baxan, xidmətçiləri idarə edən şəxs

<p>6</p>

Senyor – ağa, cənab

<p>7</p>

Qraf – zadəgan rütbəsi