Avtoritar şəxsiyyətin necəliyi. Теодор В. Адорно
Чтение книги онлайн.

Читать онлайн книгу Avtoritar şəxsiyyətin necəliyi - Теодор В. Адорно страница 14

Название: Avtoritar şəxsiyyətin necəliyi

Автор: Теодор В. Адорно

Издательство: Alatoran yayınları

Жанр:

Серия:

isbn: 978-9953-8066-2-5

isbn:

СКАЧАТЬ “Mən yəhudi ola bilməzdim”.

      Günahın, cəzanın və onların nəticələrinin nisbəti probleminə o bərabəri olmayan qısa fikir tapır:

      “Mən düşünürəm ki, Hitlerin yəhudilərə etdiyi hər şey, tamamilə normal idi. Mənim rəqiblərlə çətinliklərim olanda mən tez-tez düşünürdüm: “bura Hitlerin əsl yeridir”. Xeyr, mən diskriminasiya olunmuş ölçülərin qanuniləşməsinin tərəfdarı deyiləm. Düşünürəm ki, bizim bu əclafları məhv etməli olacağımız vaxt gələcək”.

      H.

      ÖZ YERİNƏ OTURMAJA BURJUA

      Analiz bizi antisemitizm barəsində ekstremal nəticəyə gətirib çıxardı – yəhudilərin məhv edilməsi barədə açıq arzuya. Eqo ekstremist coşqun, təcavüzkar nümunəyə çevrilir. Biz bu nəticələrin seçilmiş qurbanın “günahı” və cəzası arasında mütləq nisbətsizliyi quraraq antisemitə məxsus irrasionallığı bitirdiyini görürük. Ancaq antisemitizm “Müdrik Natanda” Lessinq tərəfindən xülasə edilmiş köhnə düsturla tükənmir: “heç nə etməyin, yəhudi odla məhv ediləcək”. Yəhudi şəraitdən və onun xeyrinə danışılanlardan asılı olmayaraq hər bir halda odla məhv ediləcək. İrrasional və amansız zamanla məhdudlaşmayan hökm yəhudilərinə təqdim edilən az saylı stereotip ittihamlarının köməyi ilə dəstəklənir, çünki, onlar dərin irrasionaldır, ölüm hökmünün çıxarılması üçün bəraət pərdəsini yaradırlar. Yəhudilərin mahiyyəti hədsiz iyrənc, doğulandan korlanmış təsvir edilməsi səbəbindən heç nə dəyişə bilməyəcək və barışıqlar olmayacaq. Yəhudilərin neqativ xüsusiyyətləri nə qədər dəyişməz qalırsa, problemin yeganə “həlli” yolu da o qədər daha aydın olur: düzəlmək istəməyənlərin məhv edilməsi. Antisemit üçün guya təbii xarab olma sxemi onun nifrət etdiklərinə qarşı çox vaxt kifayət qədər zərərsiz olan və nəticələrlə əlaqəsi olmayan standart qınaqlardan daha əhəmiyyətlidir. Bu qınaqlar elə çox məşhur və elə geniş yayılıb ki, onların tezlik göstəricisinin və intensivliyinə aid əlavə sübutların gətirilməsi gərəksizdir, ancaq müsahibənin materialında üzə çıxan və bu fenomeni işıqlandıran bəzi aspektləri araşdırmağa dəyər.

      Sosioloji nöqteyi-nəzərdən qınaqların tədqiq edilməsi faydalı hesab edilir. Dindirilənlər qrupu24 əsasən orta sinfin nümayəndələrindən ibarət idi, San Kventin qrupu yeganə diqqətəlayiq istisna idi. Onun nümayəndələrinin Lümpen-proletariata mənsub olması, həmçinin onun özünəməxsus “rəsmi” mənəvi kodeksi olan həbsxanalardakı təcrübələri bu qrupun fəhlə sinfi ilə eyniləşdirməsi aspektində başqa qrupların dindirilənləri ilə müqayisə etməyə imkan vermir. Bizdə burada belə eyniləşdirmə bütövlükdə hətta işçilərin arasında belə çox tipik deyil. Dindirilənlərimizin orta sinfə məxsusluğunun ümumi xarakteri yəhudilərə qarşı əsas ittihamlara xüsusi rəng verdi. Əgər bizim antisemitizmin dərin əks etdirmə xarakteri haqqında əsas fərziyyəmiz düzgün olarsa, o vaxt sosial aspektdə yəhudiləri sosioloji nöqteyi-nəzərdən antiyəhudi fikirlərə malik müxtəlif qrupların sinfi eyniləşdirilməsi vaxtı baş verən zəif anlara aid xüsusiyyətlər üçün qınamaq lazımdır. Həqiqi proletar üçün yəhudi ilk növbədə burjuadır.

      Görünür, işçi yəhudilərin simasında hər şeydən əvvəl müraciət sferasından olan vasitəçini, kapitalist tendensiyalarının icraçısı görür. Onların fikrincə, yəhudi, – “maliyyə sferasını” təqdim edəndir.

      Orta sinfə aid olan antisemitlərdə bir qədər başqa təsəvvür yaranır. Müəyyən dərəcəyə qədər bu sinif öz iqtisadi mövcudluğu üçün yəhudilər kimi eyni təhdidə məruz qalır. Orta sinfin nümayəndələri öz statuslarının saxlanılması üçün müdafiə olunmağa məcburdurlar və var qüvvələr ilə mübarizə aparırlar. Buna görə onların mövqeyi işçilərin dediklərinə tam ziddir, yəni yəhudilər həqiqi burjua deyillər, onlar əslində bu sinfə aid deyillər.

      Orta sinfin nümayəndələri yəhudini bu təbəqəyə baş tutmayan eyniləşdirmənin əlamətlərinə aid etdikdə, subyektiv surətdə onlar, görünür, mövcudluğu üçün şəxsi və yad qrupla qarşılıqlı münasibətlərlə əlaqəli olmayan proseslərin təhlükə yaratdığı şəxsi qruplarının statusunu qaldırırlar.

      Antisemit – orta sinfin nümayəndəsidir uğursuzluq, çox güman ki, yəhudiyə keçmişin köhnəlmiş, narahat qalığı kimi, müasir Amerika sivilizasiyasının ölçülərinə görə yaşaya bilməyən, uğursuzluğa uğramış, uyğunlaşa bilməyən burjua kimi baxır.

      Həqiqətən, “uyğunlaşa bilməyən” sözünü müsahibədə yəhudilərə qabaqcadan inandırılmış münasibət bəsləyən dindirilənlərdən bəziləri istifadə ediblər. Yəhudilər özlərini orta sinfin qanuni nümayəndələri kimi nə qədər az təsdiqləyirlərsə, inhisarın vakuumun onsuz da qapalılığa meylli olan qrupundan onları çıxarmaq daha asan olur. Əgər bu fəsildə nəzərdən keçirilən, siyasətdən və iqtisadiyyatdan bəhs edən qəsbkarlıq kompleksi həqiqətən ümumi ideoloji sxemə aiddirsə, onda potensial-faşist düşüncəsinə görə yəhudi əsas etibarı ilə qəsbkar olur. O, mötəbər burjuanın və ya işgüzar insanın maskasında utanmazcasına çıxış edən küçə taciridir.

      Müsahibənin materiallarında tipik antisemit qeydlər bu istiqamətdə gedir, hərçənd onlarda “proletar” antisemitizminin motivləri əsas yer tutur, buna aid yəhudi-istismarçı və ya ağır fiziki əməkdən yayınan yəhudilər barədə ideyanı misal göstərmək olar. Proletar və burjuaziya antisemitizminin arasında fərqi şişirtmək lazım deyil. Tez-tez işçilərin yəhudilərə aid etdikləri xüsusiyyətlər özlərində “uyğunlaşa bilməmiş burjua” aspektini saxlayırlar.

      İşçiyə istismarın simptomu görünən bir şey, orta sinif üçün asanlıqla namussuzluğa, burjuaziya əxlaqının yolverilməzcəsinə pozulmasına, dürüst əməyin tərifinə aid edilən ən əhəmiyyətli prinsiplərə görə qınağa çevrilə bilər.

      Burada nəzərdən keçirilən klişe sinfi baryerlərlə bağlı deyil, onların yalnız funksiyası dəyişir və nəticədə tonların yer dəyişməsi baş verir.

      “Uyğunlaşa bilməmiş burjua”nın təsəvvürlərində motivlərin üç qrupu aydın seçilir: yəhudilərin zəifliyi və onların psixo logiyasının bununla əlaqəli xüsusiyyətləri; yəhudilərin orta siniflə önəmli dərəcədə yer tutmayan həddən ziyadə kompensasiya kimi eyniləşdirilməsi: yəhudilərin nahaq cəhd etdikləri siniflə bağlı aid eyniləşdirməyə aid dərin qeyri-loyallıq, onların eyniləşdirilməsinin və təbiətinin, yəni təcrid edilmiş, istənilməyən və bağlı qrupun təbiətinin alınmamış cəhdlərinin ifadəsi kimi qəbul edilən qeyri-loyallıq. Birinci iki qınaq məlum obyektiv əsaslandırılmaya ehtiyac görür. Yəhudilərin mazoxizminə aid kifayət qədər sübutlar var – məsələn, Anton Lurenin ən yeni tədqiqatları, – və dinin psixologiyasında mazoxizmin əsasları. Əksinə, üçüncü qınaq, görünür, əsasən proyektivdir və “bütün bu dəstədən azad olmaq” arzusunun əsas haqq qazandırılmalarından birini təşkil edir.

      Yəhudilərin zəifliyi haqqında СКАЧАТЬ



<p>24</p>

Tədqiqat ərzində San Kventin həbsxanasında məhkumluq yaşayan bir qrup dustaq nümunə kimi seçilib (tərc.)