Название: Nilsin vəhşi qazlarla səyahəti
Автор: Selma Lagerlof
Издательство: Alatoran yayınları
isbn:
isbn:
Dəvədəbanı yarpağının altında gizlənən oğlan bu səhnəni gördü və sanki ev qazı Morteni bu dəqiqə xilas edəcəkmiş kimi yerindən sıçradı. Sonra isə yəqin ki, onun yadına necə balaca və gücsüz olduğu düşdü, çünki dərhal yerə çökdü və qəzəblə yumruqlarını yerə döyəclədi.
Erkək qaz var gücünü toplayıb qışqırmağa başladı: Tumbietot gəl, kömək elə mənə. Off Tumbietot gəl, kömək elə mənə. Oğlan hər nə qədər qəzəbli olsa da özünü gülməkdən saxlaya bilmədi.
– Hə, əlbəttə hər kəsə kömək edə biləcək yeganə adam mənəm! Məhz mənəm. Başqa kim ola bilər ki!
Birtəhər o ayağa qalxıb erkən qaza sarı addımladı. “ mən ona kömək edə bilmərəm. Bu aydın məsələdir” O düşündü. Amma ən azından onlar onu hara aparır, bax bunu öyrənə bilərəm.
Oğlanlar kifayət qədər sürətlə addımlayırdılar, amma Nils də onlarla ayaqlaşırdı. O oğlanları bir çay qolu qarşılarına çıxana kimi izləyə bildi. Burada isə o dərhal çayın qolunun üzərindən hoppanıb qarşı tərəfə keçə bilmədi və axının dar yerini tapa bilənə kimi bir müddət çay qolu boyunca qaçdı.
Oğlan qarşı sahilə tullananda qazı aparan uşaqlar artıq gözdən itmişdilər. o uşaqların ayaqlarının izlərini çayın qolunun sahilində görə bilirdi. İzlər meşəyə doğru yönəlmişdi.
Tezliklə o gəlib bir yolayrıcına yetişdi. Burada yəqin ki, uşaqlar ayrılmışdılar, çünki torpağın üzərində hər iki istiqamətdə gedən ayaq izləri var idi. Oğlana elə gəldi ki, bu sondur, onun ümidləri tükəndi. Sonra o təsadüfən qarağat koluna ilişib qalmış bir lələk gördü. Oğlan dərhal başa düşdü: bu lələyi erkək qaz qəsdən burada buraxmışdır, uşaqların getdiyi istiqaməti Nilsə bildirmək üçün. Beləliklə oğlan istiqaməti müəyyən etdi və qazı harada axtaracağını da bildi. O bütün meşə boyu uşaqları izlədi. Ev qazının özünü heç yerdə tapa bilmədi, amma elə ki, istiqaməti itirirdi, yolunu azırdı, qarşısına ev qazının onun üçün buraxdığı lələk çıxırdı.
Oğlan sədaqətlə bu lələklə göstərən istiqamətdə axtarmağa davam edirdi. İz onu meşədən çıxartdı, bir neçə çəmənlikdən keçirdi və bir yola çıxardı. Nəhəyət o lələklərin izi ilə geniş bir xiyabana gəlib yetişdi. Xiyabanın sonuna oğlan parlaq çəpərlərlə hasarlanmış bir qüllə gördü. Qüllənin ətrafında isə bəzi başqa işıldayıb bərq vuran bəzək əşyaları da gözə dəyirdi.
“Heç şübhə etmirəm ki, oğlanlar qazı məhz bu malikanəyə gətirib orada onu satıblar.” Oğlan özlüyündə düşündü. Yəqin indiyə başını da kəsiblər artıq. Amma o hər şeyi öz gözləri ilə görməyincə rahat ola bilməzdi. Bu səbəbdən də son gücünü və cəsarətini toplayıb xiyabanın sonunda görünüən həmin malikanəyə doğru qaçdı. O xiyaban boyu heç kəsə rast gəlmədi. Bu yaxşı oldu, çünki o son zamanlar insanlar tərəfdən görül-məməyə üstünlük verirdi.
Onun yaxınlaşdığı malikanə möhtəşəm bir tikili idi. Dörd hündür hasarı, qədim tikili olmasından xəbər verirdi. Malikanənin şərq hissəsində giriş arkası yerləşirdi. Oğlan giriş arkasını görüb tərəddüd etmədən ora doğru qaçmağa başladı. Amma gəlib onun qarşısına çatanda dayandı. Bundan o tərəfə getməyə cəsarəti çatmırdı artıq. O dayandı və növbəti addımının nə olacağını götür-qoy etməyə başladı.
O oğlan dayanıb barmağını burnuna dirəyib dərin fikrə getmişdi, birdən arxa tərəfdən addım səsləri eşitdi. Geri çevriləndə o bir xeyli adamın marşla addımlayaraq xiyabandan gəldiyini gördü. Tez tələsik arkanın yanına qoyulmuş su çəlləyinin arxasına keçib orada gizləndi.
Gələnlər məktəb şagirdləri idi. O gəzintiyə çıxmışdılar. Müəllimlərdən biri onları müşayət edirdi. Onlar gəlib arkanın bərabərində dayananda müəllim onlardan dayanmağı tələb etdi. Özü isə içəri keçib şagirdlərin qədim Vittskövle qəsrini görmələri üçün icazə istədi.
Gələnlər yorulub əldən düşmüşdülər. sanki onlar çox uzun bir piyada səyahət həyata keçirmişdilər. onlardan biri o qədər susuz idi ki, o arkanın yanına qoyulmuş su çəlləyinə tərəf əyilib su içmək istədi. Onun boynundan botaniklərin istifadə etdiyi nazik qutu asılmışdı. O yəqin ki, bu qutunun onun su içməyinə əngəl ola biləcəyini düşündü. Qutunu yerə atdı, ağzı açılan qutunun içərisində rəngbərəng güllər görsəndi.
Botanikin qabı düz oğlanın qarşısında yerdə düşdü, oğlan başa düşdü ki, qəsrin içərisinə girə bilmək, qazın başına gələnləri öyrənmək üçün bundan gözəl şans olmayacaq. O cəld, bir hərəkətlə gizlincə oğlanın qabının içərisinə girib anemon çiçəyi ilə öskürək otunun arasında özünə yer elədi. O burada yaxşıca gizləndi.
O elə yenicə gizlənmişdi ki, botanil qabını qaldırdı və onu yenidən boynuna keçirib çəlləyin ağzını açdı.
Az sonra müəllim geri qayıdıb elan etdi ki, onlara qəsrə girməyə icazə verilmişdir. O şagirdilərin qarşısına düşüb bir qədər qəsrin içərisinə doğru irəllədikdən sonra dayanın onlara qəsrin tarixi və strukturu haqqında məlumat verməyə başladı.
O şagirdlərə bu torpaqların ən qədim sakinlərinin dağ yarıqlarında və mağaralarda, vəhşi heyvanların yuvalarında, ağac koğuşlarında yaşamağa məcbur olmaqlarından danışdı.
O dedi ki, İsveçdə yaşayan ən qədim insanların ağaclardan özlərinə koma tikməyi öyrənməsi kifayət qədər uzun müddət vaxt aparmışdır. Sonra isə onların uzun inkşafından, əməyindən, və əziyyətindən sonra bir otaqdan ibarət taxta komalardan Vittskovle kimi yüzlərlə otağı olan saray tikmişdilər.
– Təxminən üç yüz əlli il bundan öncə varlı və tanınmış adamlar belə qəsrləri özlərinin yaşaması üçün inşa etdirmişlər. o dedi. Aydın məsələdir ki, haqqında danışılan qəsr müharibələrin və soyğunların Skoneni yaşamaq üçün təhlükəli yerə çevrilməsindən sonra tikilmişdir. Qəsr hər tərəfdən içərisi su ilə doldurulmuş xəndəklərlə əhatələnmişdir. Qəsrə bitişik, xüsusi günlərdə açılıb-bağlanan bir körpü də vardı. Giriş qapısının üzərində keşikçi qəsr qalınlığı bir metrə çatan qala divarları ilə əhatələnmişdir. Amma ki, bu qəsr heç də müharibələrin şiddətlə tüğyan etdiyi bir zamanda ucalmamışdır. Bu qəsrin inşaatçısı olan Yens Brahe qəsri bəzəmək üçün müxtəlif ornamentləri çox böyü əziyyət bahasına yaratmışdır. Onlar diqqətlə baxsalar cəmi bir əsr öncə ucaldılar Qlimminqe daş heykəlini görə bilirlər. aydın görünürdü ki, bu heykəlin heykəltaraşı Yens Holqersen Ulfstand öz işində gözəlliyə, estetikya deyil, yalnıc böyüklüyə, qüvvəyə üstünlük vermişdir. Şagirdlər əgər son yüz ildə СКАЧАТЬ