Название: Minima Moralia
Автор: Теодор В. Адорно
Издательство: Alatoran yayınları
isbn: 978-9953-8077- 9-2
isbn:
42
Azad düşüncə (1) – Elmin fəlsəfənin yerini işğal etməyi Hegelə görə fəlsəfəyə ancaq vəhdət halındaykən həyat verə biləcək iki elementin bir-birindən qopmasına səbəb olmuşdur: Düşünmək və Fərziyyə. Həqiqət dünyası xəyaldan arındırılmış soyuq bir tövrlə düşüncənin determinizminə təslim edilməkdə və bu geniş sahə içərisində fərziyyəyə təkcə hipotezlər yaradacaq qədər kiçik bir sahə ayrılmaqdadır. Özü də bu hipotezlər iş saatlarından kənarda yaradılmalı və dərhal nəticə verməlidirlər. Di gəl ki, fərziyyə sahəsinin bu elmdənkənar formada, universal statistikanın dava-dalaşından uzaq, zədələnmədən qorunub saxlanıldığını düşünmək də böyük qəflət olar. Fərziyyə üçün düşüncədən qopmağın bədəli ağırdır. Ya ənənəvi fəlsəfi mövzuların olduqca təvazökar inikası halına düşməli, ya da korşalmış faktorlardan uzaq qalmağa çalışarkən şəxsi dünya görüşünün heç nəyə aidiyyatı olmayan boşboğazlığına başlamalıdır. Hətta bunlarla da kifayətlənməyən elm fərziyyəni öz məqsədlərinə də vasitə edir. Psixoanalitikanın sosial funksiyalarından biri də bu nöqtədə ortaya çıxır. Mühiti və vasitəsi sərbəst assosasiyalardır (çağırışım). Xəstənin şüuraltına gedən yol onu düşünmə məsuliyyətindən imtina etməyə inandırılaraq açılır. Analitik nəzəriyyənin təşəkkülündə də eyni yol səciyyəvidir. İstər nəzəri kəşflərini bu assosiasiyaların inkişaf və tıxanmaları ilə test etsin, istərsə analistlərin (özü də, Qroddek kimi ən istedadlılarını nəzərdə tuturam burda) təkcə öz assosiasiyalarına arxalanmaqlarına icazə versin, yenə də vəziyyət dəyişmir. Bir vaxtlar kürsüdə Şellinq və Hegelin möhtəşəm zehni konsentrasiya ilə etdikləri şeyin bu dəfə baş məclisdə reallaşdırılan daha cılız tamaşası təqdim edilir bizə. Fenomenologiyanın deşifrə edilməsi. Həyəcanın bu cür azalması düşüncənin keyfiyyətinə də təsir edir. Fərq vəhy fəlsəfəsi ilə qaynana dedi-qodusu arasında olandan az deyil. Əvvəllər “materialını” anlayış səviyyəsinə çıxarmaq məsuliyyətini daşıyan düşüncə prosesi günümüzdə anlayış nizamlamasının materialı halına düşüb. Şəxsin fikirləri təkcə mütəxəssislərin ona “ cəbri xarakter” , “ağızsal tip”, yaxud “isterik” diaqnozu qoymaqlarına yaramaqdadır. Sistemli düşüncədən və rasional nəzarətdən uzaqlaşmağın nəticəsi ola məsuliyyət itkisi ucbatından fərziyyə də indi bir tədqiqat obyekti kimi elmə təslim edilməkdə, ancaq beləcə özünəməxsusluğu ilə birgə elmin də özünəməxsusluğu sönüb getməkdədir. Düşüncə analizin idarə mexanizminin ona şüuraltı qaynaqları xatırlatmasına icazə verdiyi üçün düşüncə olmağı unudur. Beləliklə, həqiqi tezis ikən, neytral bir şeyə çevrilir. Konseptuallıq vəzifəsini yerinə yetirərək öz üzərində nəzarət yaradacağı yerdə acizliklə həkimə təslim olur. Həkim də hər şeyi bilməkdədir onsuz da. Beləcə fərziyə əzilir. Sinifləndirilmiş departamentlərdən birində öz yerini alır. O, artıq heç nəyin dəyişmədiyini sübut edən faktordur.
43
Haqsız qorxutma – Obyektiv həqiqətin nə olduğuna qərar vermək asan deyil. Ancaq yenə də insanlarla münasibətləri-mizdə bu həqiqətin gözümüzü qorxutmasına icazə verməməliyik. Şəxsin gözünü qorxutmaq üçün ilk baxışda inandırıcı görsənən bəzi meyarlar istifadə olunur. Ən çox istifadə edilən şey isə dediyiniz şeyin “hədsiz subyektiv” olduğu günahlandırmasıdır. Məqbul insanlar cəmiyyətinin qəzəbli xorunun da əsk-sədalandırdığı bu sərt xəbərdarlıq bir anlıq xəbərdarlığı edənə də tətmin hissi yaşada bilir. Halbuki subyektiv və obyektiv anlayışları tamamilə yer dəyişib. Obyektiv dedikdə nəzərdə tutulan faktorların mübahisə yaratmayan cəhətləridir: sorğulamadığımız təəssürata, sinifləndirilmiş bazadan ibarət səthə, yəni əslində subyektiv olana obyektiv deyilir indi. Subyektiv dedikləri isə bu səthi dağıdan, mövzunun özünəməxsus təcrübəsini öz üzərinə götürən, bütün hazır ideyaları kənara itələyən və obyektin özüylə əlaqədənsə – haqqında düşünməkdən danışmıram belə – çoxluğun razılaşmasına üstünlük verən, yəni əslində obyektiv olan hər şeydir. Subyektiv nisbiliyə istiqamətləndirilən etirazın boşluğunu anlamaq üçün onun öz sahəsinə, estetik ideyalar sahəsinə baxmaq kifayətdir. Bir sənət əsərinin onda yaratdığı təəssürata tam olaraq diaqnoz qoya bilən şəxs bu təəssüratdan aldığı güclə əsərin intizamına, daxili forma qaydalarına, əsərini zorlayıcılığına könüllü olaraq təslim olmağı bacaranda yaşadığı təcrübənin subyektiv xarakteristikası ilə əlaqəli etirazın yazıq bir illuziya kimi bir anda silinib getdiyini görəcəkdir: subyektiv bir ehtirasla mövzunun mərkəzinə tərəf atdığı hər addım ancaq belə təcrübələri öldürmək bahasına elmilik statusuna bənzəyə bilən “üslub” kimi şeylərin əhatəli və dəstəkli analizləri ilə müqayisə olunmayacaq qədər böyük bir obyektiv güc ehtiva edir. Bu obyektivliyin onu idarə edən subyektlər tərəfindən hesablanıldığı pozitivizm və mədəniyyət sənayesi dövründə də keçərlidir. Hakimiyyət sahibləri isə keflərinə uyğun formada bu davranışı kefə uyğun olmaqla günahlandırırlar. İstədikləri şey subyektin gücsüz qalmasıdır, çünki təkcə bu subyektlərdə özünə sığınacaq tapan obyektivlikdən dəhşətli dərəcədə qorxmaqdadırlar.
44
Post-sokratçılar üçün – Əvvəllər adına fəlsəfə dedikləri şeyi davam etdirmək istəyən intellektual üçün müzakirələrdə – hətta özlüyündə fikir irəli sürmələrində – haqlı çıxmağı istmək qədər iyrənc bir davranış ola bilməz. Haqlı olmaq istəyi ən detallı məntiqi düşüncə formalarında belə ibtidai sağqalmaq hissinin ifadəsidir. Halbuki fəlsəfə bütünlüklə bu prinsipin məğlub edilməsinə istiqamətlənmişdir. Bir adam tanıyırdım. Epistemologiya ilə təbiət və insan elmlərindəki bütün tanınmışları bir-bir evinə çağıraraq hamısıyla öz sistemi barədə mübahisə edir, həmsöhbətlərin ona etiraz edəcək gücləri qalmayanda isə öz iddiasının düzlüyünə əminliklə inanmağa başlayırdı. Fəlsəfənin inandırmaq sənətinin jestlərini çox uzaqdan da olsa xatırlatdığı hər vəziyyətdə belə bir sadəlövhlük qarşımıza çıxa bilir. İnandırma jestləri “universitas literarum” ehtimalına, bir-biriylə əlaqə qura bilən zehinlər arasında əvvəlcədən hansısa razılaşma olduğu düşüncəsinə, deməli, açıq-aşkar konformizmə söykənir. Susma haqlarını heç vaxt istifadə etməməkləri ilə məşhur fəlsəfəçilər qoşulduqları hər polemikada müzakirəni həmişə uduzmağa çalışmalı və bunu elə etməlidirlər ki, müxalifləri də öz iddialarının yanlış olduğunu görsünlər. Məqsəd təkzibi mümkünsüz mütləq həqiqətlərə çatmaq olmamalıdır, çünki nəticədə bütün bunlar tavtologiya səviyyəsinə endirilir. Əsl hədəf СКАЧАТЬ