Название: Minima Moralia
Автор: Теодор В. Адорно
Издательство: Alatoran yayınları
isbn: 978-9953-8077- 9-2
isbn:
49
Əxlaq və zaman sıralaması – Erotik ziddiyyətin bütün psixoloji cəhətləri ədəbiyyatda işləndiyi halda ziddiyyətin ən bəsit xarici qaynağı sırf aşkarlıq səbəbiylə nəzərdən yayınmışdır. Daha əvvəllər başqa birisinə bağlanmış olmaq halından danışıram: sevilən şəxs bəzi daxili ziddiyyətli əngəllər ucbatından deyil, həddindən artıq soyuq olduğu, ya da isti hislərini gizlətdiyi üçün, üçüncü bir şəxsə yer saxlamayan bir münasibəti olduğu üçün rədd etməkdədir bizi. Şəxsin əslində hislər iyerarxiyasına verəcəyi rolu mücərrəd zaman sıralaması ehtiva edir. Daha əvvəl nişanlanmış olmaqda seçmə və qərar vermə azadlığı ilə bərabər, azadlığın tələbləriylə aşkarca ziddləşən təsadüf elementi var. Maddi istehsalın anarxiyasından azad edilmiş bir cəmiyyətdə belə şəxsin başqalarıyla tanış olmaq sırasını müəyyənləşdirən qaydalar ola bilməz – belə bir sıralama şəxsin azadlığına edilmiş ən dözülməz təcavüzdür. Odur ki, təsadüfi olanın öncüllüyünü dəstəkləyən güclü iddialar da olmalıdır. Yeni gələn birisi tərəfindən yerini itirmiş şəxsin istifadə müddəti bitmiş, keçmişdə bölüşülən yaşam ləğv edilmiş və təcrübə silinmişdir. Zamanı geriyə qaytarmağın mümkünsüzlüyü obyektiv bir əxlaq meyarı yaradır. Ancaq eynilə mücərrəd zamanın özü kimi, bu meyar da miflə yaxından əlaqəlidir. Zamanın bir ölçüsü olan təcridçilik öz daxili qaydaları etibarilə qapılarını çölə möhkəm bağlamış qrupların və nəhayətində, böyük sərmayənin inhisarçı hakimiyyətinə rəvac verir. Yaşadığı eşq və şəfqəti yeni gələn birisinə qapdırmaq qorxusu içində yaşayan bir aşiqdən daha təsirli bir şey yoxdur. Ən dəyərli mülkü olan, çünki əslində mülk kimi sahiblənilə bilməyən sevgini yeni birinə, sırf yeni olduğu üçün buraxmaq məcburiyyətində qalacaqdır və rəqibinə bu zəfəri bəxş edən də özünün daha köhnə olmasından başqa bir şey deyildir. Bu təsirli duyğu – əgər bu yoxdursa, hər növ səmimilik və qorunma yoxa çıxar – bir dəfə başlayanda geri qayıdılması mümkünsüz kimi görsənən bir yolun başlanğıc nöqtəsidir: balaca oğlan uşağının özündən balaca qardaşına üz verməməsi və yatılı məktəb tələbəsinin “femine” dostunu xorultuyla başlayıb Ari irqindən olmayan insanları Sosial Demokrat Avstraliyanın kənarında saxlayan köç qanunlarına və Faşist idarəçiliyin də irqi azlıqları hər növ istilik və qorunma duyğuları ilə birgə yox etməklərinə qədər uzanan bir yol. Nitşe bütün yaxşı şeylərin bir vaxtlar pis şeylər olduğunu bilirdi. Ancaq ən yaxşı, ən mülayim şeylər də, bircə dəfə öz ağırlıqları ilə yol almağa başladıqdan sonra ağlasığmaz yırtıcılıqla nəticələnmə meylindədirlər.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.