Название: Seçilmiş əsərləri
Автор: Cəlil Məmmədquluzadə
Издательство: ЖекаПринт
isbn: 978-9952-8252-1-3
isbn:
– Allah, dərgahına çox şükür! Bəndənin başına bu qədər iş gələr ki, mənim başıma gəlir? Bu Yezid oğlu Yezid elə mənim eşşəyimi gərək gəlib aparaydı ki, başıma bu qədər qalmaqal gəlsin? Kənddə iki min eşşək var. Get birini min, apar da! Elə məni gözün görür? Allahü-əkbər! Elə arvad yalan demir ki! Doğru deyir də! Yazıq heyvan bir gün rahat qalmır ki, bir az əmələ gəlsin… Eh, vallah, mən bir qəpik pula dəymərəm. Mən doğrudan kişi deyiləm ki! Arvad məndən yaxşıdır. Əlbəttə, arvad məndən yaxşıdır. İndi Xudayar bəy eşşəyi İzzətdən istəsəydi, İzzət eşşək verərdi? Hələ İzzət arvaddı. Allahü-əkbər! Lap işlərim çətin yerdə dayandı. Vallah, bilmirəm kasıblıq dərdi çəkim, arvad-uşaq dərdi çəkim, eşşək dərdi çəkim. Yəni eşşəyi də verməmək olmazdı. Söz yox, nə tövr verməmək olar? Eşşəyi verməsən, onda dəxi kənddə baş gəzdirmək olar? Genə necə olsa, hakimdi, katdadı. Günün günorta çağı gəldi, nahaq yerdən yaxaladı ki, bu qədər iştrafındı ver, onda pəs necə olsun? Xeyr, olmazdı ki, vermiyeydim. Hələ mən bilmirəm ki, vallah, bu arvad-uşaq nə deyir? Hələ bu küçük niyə belə özünü yerdən yerə çırpır?! Deyin görək axı mənnən bir yerdə alnınızın tərini silib pul qazanmısınız? Verdim, çox yaxşı elədim verdim. Öz eşşəyimdir, özüm də verdim da! Dəxi sizə nə dəxli var? A kişi, yəni insafən onların da günahı yoxdur. Onlar da elə məndən ötrü qalmaqal eləyirlər da. İzzət yaxşı deyir da. Eşşək bir gün bikar qalmır ki, bari bir az kökəlsin. Xeyr, onların da günahı yoxdur…
Məhəmmədhəsən əmi bu fikirdə idi, həyətdən İzzətin qayım səsi gəlib, Məhəmmədhəsən əminin fikrini dağıtdı:
– Apar da, apar! Bu köpəyin eşşəyini də apar öldür də! Ay əlinə dönüm, Xudayar bəy, apar öldür də! Allaha qurban olum. Çox əcəb oldu, çox yaxşı oldu… – Bu sözləri deyə-deyə İzzət ox kimi soxuldu evə və üzünü Məhəmmədhəsən əmiyə tutub genə başladı:
– Necədir? Di get, rahat oldun? Dincəldin, ya yox? Ay o pis sifətinə qusum! Xudayar bəy eşşəyi bilirsən hara apardı? Aparıbdı şəhərə, üstə sal daşıyacaqlar. Heydərxan körpüsünü qayırırlar. Hər kənddən bir eşşək istiyiblər. Niyə, gərək bütün Danabaş kəndində elə bircə sənin eşşəyin məşhur idi? Da sənin eşşəyindən başqa eşşək yox idi? Di get, dincəldin?
Bu sözləri deyib, İzzət çarşovu başından kürsünün üstə atıb, genə oturdu öz yerində. Məhəmmədhəsən əmi cəld börkünü başına qoyub, durdu ayağa və gəldi arvadının yanına.
– Arvad, necə eşşəyi aparıblar daş daşısınlar? Bunu kim deyir?
– Kim deyəcək? Xudayar bəyin arvadı özü deyir. Mən elə ora getmişdim. Getdim ki, görüm bəlkə hələ Xudayar şəhərə getmiyibdi, bəlkə eşşəyi alam gətirəm. Xudayar bəy çoxdan qoyub gedib. Arvad özü mənə dedi. Mən hələ heç soruşmadım eşşəyi nədən ötrü Xudayar bəy aparıb şəhərə. A kişi, hələ arvad məni bir aləm məzəmmət eliyib ey! Mənə deyir ki, siz məgər malınızdan keçmisiniz? Siz bilmirdiniz ki, Xudayar bəy eşşəyi nədən ötrü apardı şəhərə? Apardı Heydərxan körpüsündən ötrü sal daşısınlar. Mənə bərk-bərk tapşırdı ki, Əhmədi yolluyaq eşşəyi alıb gətirsin.
Məhəmmədhəsən əmi bu sözləri eşitcək üz qoydu qapıya səmt çıxıb getsin.
– Gedim elədə Əhmədi bu saat göndərim. Gedim görüm hardadı Əhməd.
Bu heyndə Əhmədin ağlamaq səsi gəldi. Bir az keçdi, Əhməd də, Məhəmmədhəsən əmi də girdilər içəri. Məhəmmədhəsən əmi oğluna genə eşşəkdən yana bir az arxayınlıq verib dedi ki, gedib eşşəyi Xudayar bəydən alıb gətirsin. Oğlan əvvəl cavab verdi ki, indi Xudayar bəy az qalıb şəhərə yetişsin. Məhəmmədhəsən əmi dübarə ona dedi: zərəri yoxdur, elə şəhərə də yetişmiş olsa, eşşəyi alıb gətirsin.
Əhməd ağlamaqdan sakit olub, bir qədər anasına baxdı, bir qədər sağa və sola baxdı, sonra şəhərə getməyə razı olub evdən çıxdı.
Axşama az qalanda Məhəmmədhəsən əmi qəmgin kəndin qırağında, şəhər yolunun üstə, yolun kənarında oturub, gözünü dikmişdi şəhər yoluna. Yolnan yeddi yaşında bir oğlan, ağ təskülah başında, göy qədək arxalıq əynində və ağ tuman, ayaq yalın, qabağına bir dəstə quzu qatıb və əlindəki şökə20 ilə bu quzuları vura-vura gəlir kəndə. Bu quzu sürüsü otlamaqdan gəlirdi. Oğlan Məhəmmədhəsən əminin müqabilinə yetib və dik-dik Məhəmmədhəsən əminin üzünə baxıb dayandı. Sonra bir-iki qədəm də Məhəmmədhəsən əminin tərəfinə yeriyib soruşdu:
– Məhəmmədhəsən əmi, bu vaxt burada niyə oturmusan?
Məhəmmədhəsən əmi oğlana çox yumşaqlıqla cavab verdi:
– Bala, adam var şəhərdə, gözətdiyirəm.
Oğlan gördü ki, quzuları xeylək aralanıbdır, dəxi bir zad deməyib, qaçdı sürüsünün dalınca. Oğlan getcək Məhəmmədhəsən əminin qabağında genə bir on-on iki yaşında bir oğlan cındır paltarda hazır olub, Məhəmmədhəsən əminin bu vaxtda burada oturmağının səbəbini soruşdu. Məhəmmədhəsən əmi əvvəlinci oğlana verdiyi cavabı buna da verdi. Bu oğlan rədd olandan sonra Məhəmmədhəsən əmi gördü ki, daldan genə bir dəstə qaramal gəlir. Mallar gəlib yetişdi və malların dalından bir kişi hazır oldu otuz beş-otuz altı sinnidə, qara çuxa, ağ tuman və ayaq yalın.
– Məhəmmədhəsən əmi, bu vaxt niyə burda oturmusan?
– Dadaş, şəhərdə adam var, gözətdiyirəm. İndilərdə gərək gələ.
– Yaxşı, gələn gələcək da. Bəli, görükür ki, çox vacib adamdı.
– Xeyr, Xudayar bəy bu gün eşşəyi minib aparıb şəhərə. Eşşəyi də göndərəcəyəm dəyirmana. Odu ki, oğlanı göndərmişəm. Hələ ki, nə eşşək gəlib, nə oğlan.
Məhəmmədhəsən əmi, söz yox, eliyə bilərdi ki, bu kişiyə qısaca cavab verib, heç ortalığa eşşək fəqərəsi gətirib söhbəti uzatmasın. Amma Məhəmmədhəsən əmi qəsdən bu cür cavab verdi.
Məhəmmədhəsən əmi eşşəyin söhbətini saldı ki, görsün bu kişi nə deyəcək. Aya bu da bilirmi ki, Xudayar katda eşşəyi işlətməkdən ötrü aparıb, ya yox? Bu kişinin cavabı Məhəmmədhəsən əminin halına lap müvafiq oldu. Kişi cavab verdi ki:
– Çox yaxşı. Xudayar katda eşşəyi yemiyəcəkdi ki, dübarə eşşəkdən ötrü şəhərə adam getsin.
Məhəmmədhəsən əmi lap СКАЧАТЬ
20
Nazik çubuq