Sənət əbədidir, ömür amanat. Ариф Алиев
Чтение книги онлайн.

Читать онлайн книгу Sənət əbədidir, ömür amanat - Ариф Алиев страница 3

Название: Sənət əbədidir, ömür amanat

Автор: Ариф Алиев

Издательство: Altun Kitab

Жанр:

Серия:

isbn: 9789952243727 

isbn:

СКАЧАТЬ style="font-size:15px;">      Zalda, birinci cərgədə əyləşmiş rejissor kiminsə qoluna toxunduğunu hiss etdi və gözlərini açdı. Səməd Vurğun idi.

      – Ayə, “yatırsansa”, deməli, vəziyyət yaxşıdır, – şair pıçıldıdı.

      Ədil İskəndərov yerindən qalxmaq istədi.

      – Yox, yox, beş dəqiqəliyinə gəlmişəm. Qaçmalıyam. Dedim görüm, mənsiz işiniz gedirmi?

      – Sənsiz işmi gedər? – rejissor boğuq səslə cavab verdi.

      – Onu deməsən də bilirəm, – Səməd Vurğun rejissorun yanında oturdu və səhnədə qılıncını oynada-oynada yaralı şir kimi vurnuxan Sidqi Ruhullaya baxdı. – Sən məni başa sal görüm, bu niyə boş-boşuna gəzir?

      – Söz axtarır.

      – Nə söz, ayə?

      – Qacarın bəşəriyyətə bütün nifrətini, qəzəbini ifadə edən söz. Tapmır. Ona görə də var-gəl edir, pauza yaranır. Belə düşünülüb.

      Səməd Vurğun heç nə demədən kresloda yerini rahladı və cibindən “Kazbek” qutusu çıxardı. Ədil İskəndərov üzünü səhnəyə çevirdi: o nəinki siqaret çəkmir, ümumiyyətlə, tütün iyini götürmürdü.

      Bir neçə dəqiqədən sonra Vurğun qutunu ona uzatdı.

      – Ala, bu da söz, əlində əsir-yesir olubsunuz. Qacara da denən, axtardığını tapmışam. Mən getdim. Yenə nəsə lazım olsa, zəng elə. Bəlkə, sabah heç gələmmədim.

      Ədil İskəndərov yastı qutunu çevirib arxasındakı yazını oxudu:

      – Bir boynu olsaydı bəşəriyyətin,

      Onu bir qılıncla vurardım, yəqin!

      Rejissor dərhal məşqi saxladı.

* * *

      İşin qızğın çağında assistent Turabov rejissora yaxınlaşıb qulağına pıçıldadı:

      – Ədil Rzayeviç, Mədinənin sizə sözü var. Deyir, təcilidir. Deyirəm, indi olmaz, məşqi yarımçıq qoymaz, qalsın sonraya, gözlərinin qorasını sıxır.

      – Qadam, de, getsin kabinetimə. Sənsə otur yerimdə, məni əvəz elə!

      Rejissor yuxarı qalxanda Mədinəni dəhlizdə gördü. Qapını açıb əvvəlcə qızı içəri buraxdı, sonra keçib qoltuqları sürtülmüş, dəri üzlüklü kreslosunda oturdu.

      Mədinə masanın qarşısında ayaq üstə qaldı, əllərini yanına salıb baxışlarını yerə dikdi. Uzun barmaqlarının titrəyişi hiss olunurdu.

      – Otur! – rejissor ötkəm səslə göstəriş verdi, sanki məşq davam edirdi və o, aktrisaya nəyi necə etməli olduğunu başa salırdı.

      Qızın stula çökməyi ilə gözünün yaşını axıtmağı bir oldu:

      – Mənə kömək edin, Ədil Rzayeviç… Mənə kömək edin… İki dəfə çağırtdırıb… Əl çəkənə də oxşamır.

      – Sakitləş, qız, – rejissorun səsi bir qədər yumşaldı. – Sakitləş və söylə görüm, səndən nə istəyir?

      – Əvvəl teatrdan, ədəbiyyatdan söz açdı. Mədəni adam bildim. Səməd Vurğundan şeir dedi: “Şairin ölümü”ndən, “Vaqif” faciəsindən.

      – “Vaqif”dən?

      – Hə, bizim tamaşamızdan. Qacarın monoloqunu: “Mənim vicdanım da, qəlbim də qandır…” Soruşdu ki, başa düşürsən əsl mənasını? Dedim, burda başa düşülməyəsi nə var: qaniçəndir də! Güldü, Vurğunla sizdən suallar verdi. Nə danışırsınız, nə eşitmişəm? Dedim, heç nə, mən onların yanında durmamışam ki, sözlərini də eşidim. Dedi, gözəl qızsan, adam səni buraxmaq istəmir, amma işim çoxdur. Get fikirləş, boşalan kimi çağıracağam. Sonra o çopur tayı gəlib dedi ki, kapitan yenə səni gözləyir. Getdim. Bu dəfə qapını örtdü. Soruşdu, fikirləşdinmi? Dedim, fikirləşməklə nə dəyişir? Dedi, çox şey; məsələn, Vurğunun, rejissorunuzun sözləri yadına düşməsə də, xatırlaya bilərsən ki, səni bura kim gətirib. Elə bil məni ildırım vurdu. O, otaqda gəzişir, nəsə deyirdi. Mənsə eşitmirdim, qulaqlarım küyüldəyirdi, bircə hiss edirdim ki, belə keçəndə boynumu sığallayır, elə keçəndə çiynimi. Sonra əllərimdən tutub qaldırdı, qucaqlamaq istədi. Gözləri oyur-oyur oynayırdı, oğ… şərəfsizin. Onu itələdim, dedim, bir də yaxın dursan, qışqıracam. Yenə güldü. “Yaxşı, – dedi, – gözəllər kütbeyin olur, görünür, sənə bir az da vaxt lazımdır. Bu gecə ixtiyarındadır, get düşün, sabah söhbətimizi davam etdirərik…”

      Araya sükut çökdü. Ədil İskəndərov masanın üstündən qələm götürüb onu əlində fırlada-fırlada fikrə getdi.

      “Səni bura kim gətirib?.. Hm, nəyə işarə etdiyi aydındır… Görən, qorxudur, qızı yola gətirmək üçün belə deyir, ya məsələ daha qəlizdir? Qəlizdirsə, bu bədbəxtin dadına Tanrıdan başqa heç kim yetişə bilməz. Biz bəndələr nəkarəyik?!”

      Yunan əsilli zərif Panfiliya təcrübəli aktrisa idi, türk, gürcü, rus dillərini təmiz bilirdi, Tiflis, Bakı teatrlarında onlarca tamaşada oynamışdı. Ədil İskəndərov da 1936-cı ildə səhnələşdirdiyi ilk tamaşasında – “Polad qartal” dramında ona rol vermişdi. Panfiliya Zəngəzurda doğulmuşdu – ailəsi buraya Qarsdan köçmüşdü – və Bakıda “Sürəyya Zəngəzurskaya” təxəllüsü ilə tanınırdı. Həm də çox gözəl rəqs edirdi. On səkkiz yaşlı Mədinə günaşırı onun evinə gəlir, rəqs dərsi alırdı. Əvvəllər şən, ünsiyyətcil, son vaxtlar isə həmişə qəmgin Panfiliyanın qonşu həyətdə anası ilə yaşayan bu qıza meyil salmasının səbəbi bilinmirdi. Amma aktrisa yarına-yaraşığına, çalışqanlığına heyran qaldığı tələbəsini tez-tez tərifləyirdi, həbs olunmamışdan üç ay əvvəl onu yanına salıb teatra gətirmişdi, rejissora göstərmişdi. Mədinə “kütləvi səhnələr aktyoru” kimi işə götürüldükdən sonra da Panfiliya qızı himayə edirdi. İnanırdı ki, tələbəsinin səhnə gələcəyi var, hərçənd rejissor onda xüsusi istedad görmürdü. Amma Panfiliya gələn il özü əlindən tutub qızı Moskvaya instituta aparacağını deyirdi. Vəziyyət bircə gecədə dəyişdi. Dekabrın 16-sı səhər – aktrisanın ad günündə – xəbər çıxdı ki, gecəynən onu evindən aparıblar. Kim bilir, bəlkə, dalınca gələnlər elə bu kapitanla çopur köməkçisi imiş? Doqquz ay idi, Panfiliyadan soraq yoxuydu. Heç kim heç bir izahat vermirdi, heç kim də heç nə soruşmurdu. Şayiə gəzirdi ki, Tanailidi “casus” çıxıb…

      – Ədil Rzayeviç, indi mən nə edim? – aktrisa zarıdı.

      Şəkil 4.

      Rejissor СКАЧАТЬ