Название: Meymun qəbiləsindən Tarzan 1
Автор: Эдгар Райс Берроуз
Издательство: Altun Kitab
Серия: Dünya ədəbiyyatından seçmələr
isbn: 9789952242447
isbn:
Ər-arvad kayuta enəndə orada hər şeyin alt-üst edildiyini gördülər. Kimsə çantaların içini tökmüşdü, hətta çarpayı da sındırılmışdı. Heç nə itməmişdi, təkcə Kleytonun tapançaları yoxa çıxmışdı.
– Heyif, – Kleyton köks ötürdü. – İndiki məqamda bizim üçün qiymətli ola biləcək bircə şey var idi, onu da aparıblar. Daha şübhə yoxdur ki, matroslar, həqiqətən, qiyama hazırlaşırlar.
– Nə edək, Con? – Kleytondan fərqli olaraq arvadı çox həyəcanlı idi. – Bəlkə, ən yaxşısı bitərəf qalmaqdır? Kapitan qalib gəlsə, heç nədən qorxumuz yoxdur. Matroslar qalib gəlsə, ümid edirəm ki, onlara mane olmadığımızı görüb bizə toxunmayacaqlar.
– Yaxşı, Əlis.
Otağa səpələnmiş paltarları yığışdırmaq üçün əyiləndə Kleyton kiminsə qapının altından içəriyə bir kağız parçası soxduğunu gördü. Cəld qapını açıb onun arxasında gizlənmiş adamı tutmaq istədi. Əlis ərini saxladı:
– Lazım deyil, Con, – deyə pıçıldadı. – Axı biz razılaşdıq.
Kleyton qapının dəstəyini buraxıb yerdəki kağızı götürdü. Əyri-üyrü hərflər və səhvlər bu məktubu yazan adamın əldə qələm tutmağa öyrəşmədiyini göstərirdi. Məktubda Kleytondan səhərki söhbət və tapançaların itməsi barədə heç kimə məlumat verməmək tələb olunurdu və xəbərdarlıq edilirdi ki, əks halda onu da, arvadını da ölüm gözləyir.
Kleyton acı-acı güldü:
– Yaxşı, sözəbaxan olacağıq. Bizə ancaq sakitcə oturub işin nə ilə bitəcəyini gözləmək qalır.
II fəsil
Sığınacaq
Çox gözləmək lazım gəlmədi. Səhər göyərtədə güllə səsləri eşidildi. Kleyton yuxarı qalxanda matrosların kapitanı və dörd köməkçisini əhatəyə aldıqlarını gördü. Qiyamçılara Qara Maykl başçılıq edirdi.
Zabitlər atəş açdılar. Matroslar dağılışıb dor ağaclarının, kayutların arxasına girdilər və gizləndikləri yerlərdən güllə atmağa başladılar.
Kapitan sərrast atəşlə matroslardan ikisini yerə sərdi. Onun köməkçilərindən də biri büdrəyib yerə yıxıldı. Zabitlər silahlarını təzədən doldurana qədər Qara Maykl əlini qaldırıb “İrəli” komandası verdi və tapança, bıçaq, balta, külünglə silahlanmış matroslar sağ qalmış dörd zabitin üstünə atıldılar.
Güllə, söyüş, qışqırıq səsləri, yaralıların iniltisi bir-birinə qarışdı.
Hər şey çox tez bitdi. Nəhəng bir zənci balta ilə kapitanın başını paraladı. Sonuncu zabit də yerə yıxılanda Kleyton kayutda tək qalmış Əlisin yanına qayıtmaq üçün geri döndü. Ledi Kleyton arxasında dayanmışdı.
– Çoxdan burdasan, Əlis?
– Əvvəldən axıradək hamısını gördüm. Dəhşətdir, Con. Mən qorxuram. Bu vəhşilərin əlində bizim axırımız nə olacaq?
Lord Kleyton arvadını sakitləşdirmək üçün zarafata keçdi:
– Ümid edirəm ki, bizi səhər yeməyindən məhrum etməyəcəklər. Bu saat kəşfiyyata gedərəm. İstəyirsən, mənimlə gedək, Əlis. Onlardan qorxduğumuzu göstərməməliyik. Gedək!
Matroslar ölüləri və yaralıları dənizə atırdılar. Özlərinkilərə də rəhm etmirdilər. Yaxınlaşan Kleytonları görəndə qiyamçılardan biri baltasını qaldırdı:
– Bunları da balıqlara yem eləmək lazımdır…
Amma Qara Mayklın gülləsi onun sözünü ağzında qoydu. Sonra qiyamçıların başçısı üzünü qalan yoldaşlarına tutdu:
– Bu iki nəfər mənim dostlarımdır. Onlara toxunmayın. Başa düşdünüz? İndi kapitan mənəm və mənim sözüm sizin üçün qanun olmalıdır. Siz isə, – Maykl lorda müraciət etdi, – gözə görsənməsəniz yaxşıdır. Salamat olarsınız.
Kleytonlar yeni kapitanın göstərişinə dəqiq əməl edirdilər. Yeməklərini də kayutda yeyirdilər. Ara-sıra göyərtədən mübahisə edən adamların səsləri və silah şaqqıltısı eşidilirdi. Amma Qara Maykl hamını əlində saxlamağı bacarırdı.
Qiyamın beşinci günü növbətçi matros üfüqdə torpaq gördü. Ada, ya materik olduğu bilinmirdi. Maykl lord Kleytonu göyərtəyə çağırıb dedi:
– Sizi sahilə çıxarıb yükünüzlə birgə burada qoyacağıq. Bir müddət başınızı girləyərsiniz. Biz isə başqa əlverişli yer tapıb sahilə yan alacağıq və dağılışacağıq. Söz verirəm ki, öz təhlükəsizliyimi təmin edən kimi yerinizi hökumətə xəbər verəcəyəm. Dalınızca hərbi gəmi göndərərlər. Ümid edirəm ki, bizi satmayacaqsınız. Bundan artıq sizin üçün heç nə edə bilmərəm. Sahilə bizimlə birgə çıxsanız, görənlər şübhəyə düşərlər, lazımsız suallar verərlər.
Tanımadıqları bu yerlərdə Kleytonla arvadı ya vəhşi heyvanlara, ya da onlardan da vəhşi adamlara yem ola bilərdilər. Amma Qara Maykl lordun etirazlarını dinləmək də istəmədi.
Axşam “Fuvalda” kiçik, gözəl mənzərəli bir körfəzə daxil olub lövbər saldı.
Sahil qalın tropik yaşıllıqla örtülü idi. Uzaqda meşəli təpələr görünürdü. Körfəzə balaca bir çay da tökülürdü. Vəhşi heyvanların, quşların səsi qulaq batırırdı. Hava qaralandan sonra bu səslər adamı lap vahiməyə salırdı.
Lord Kleytonla Əlis gəminin məhəccərinə söykənib gözlərini qarşıdakı qaranlığa zilləmişdilər. Növbəti gecəni bu sahildə keçirməli olacaqlarını düşünəndə qadının bədəni əsdi və o, ərinə qısıldı.
Qara Maykl onlara yaxınlaşıb səhər gəmini tərk etməyə hazırlaşmağı tapşırdı. Nə ledi Əlisin yalvarışları, nə də lord Kleytonun yağlı mükafat vədləri Qara Mayklı fikrindən döndərdi.
– Başa düşün, bu gəmidə məndən başqa heç kim sizi sağ görmək istəmir. Əslində, mən də təhlükəsizliyimiz naminə sizin ölümünüzə fərman verməliyəm. Amma Qara Maykl yaxşılığı unutmur. Siz mənim həyatımı xilas etmisiniz, əvəzini qaytarmalıyam. Sabah sizi sahilə çıxarmasam, daha komandanın qarşısında dayana bilməyəcəyəm. Yükünüzü götürün, gərəyiniz olacaq alətlər, köhnə yelkənlər, ərzaq da verəcəyəm. Vəd etdiyim kimi, imkan tapanda yerinizi Britaniya hökumətinə deyəcəyəm.
Kleyton Qara Mayklın onun yerini britaniyalılara СКАЧАТЬ