Paris Notrdam kilsəsi. Виктор Мари Гюго
Чтение книги онлайн.

Читать онлайн книгу Paris Notrdam kilsəsi - Виктор Мари Гюго страница 5

Название: Paris Notrdam kilsəsi

Автор: Виктор Мари Гюго

Издательство: Altun Kitab

Жанр:

Серия: Dünya ədəbiyyatından seçmələr

isbn: 9789952241884 

isbn:

СКАЧАТЬ qız rəqs edirdi. Qrenquar skeptik bir filosof olmasına baxmayaraq, ilk dəqiqədə bu gənc qızın insanmı, pərimi, yoxsa məlaikəmi olduğunu kəsdirə bilmədi. Qızın parlaq siması onu elə heyran etmişdi ki…

      Gənc qız çox da ucaboylu deyildi, lakin belinin incəliyi onu ucaboylu göstərirdi, üzü əsmər idi, lakin işıqda əsmər üzü Roma və Əndəlis qızlarına məxsus qızılı rəngə çalırdı. Zərif, incə ayağına kiçik və gözəl başmaqlar geyinmişdi. Köhnə İran xalısı üzərində rəqs edərək fırlanırdı; rəqs edərkən parlayan siması cilvələnir, iri qara gözləri adamı şimşək kimi kor edirdi.

      Hər kəs mat-mat ona baxırdı. İncə əlləri ilə zərif və kiçik başı üzərində tutub çaldığı qavalın səsinə oynadığı zaman belini “qucaqlayan” qızılı rəngli korseti, rəqs edərkən yellənən ala-bəzək tumanı, çılpaq çiyinləri, tumanının altından görünən nazik və gözəl ayaqları, qara saçları və parlayan gözləri ilə o, ilahi xilqətə bənzəyirdi.

      – Yarəb! – Qrenquar düşündü. – Bu ki bir Səməndər quşudur, gözəl bir pəridir, bir ilahədir, Menad dağından enmiş Vakx kahinəsidir!

      Qız yerdən iki şpaqa18 götürüb iti uclarını alnına dayadı. Özü bir tərəfə fırlandığı halda, şpaqaları başqa bir tərəfə fırladırdı. Qrenquar ona tərəf atılan pullardan anladı ki, o, sadəcə, bir qaraçı qızıdır. Qrenquarın məyusluğu nə qədər böyük olsa da, bu tamaşada onun gözəlliyinə və cazibəsinə qapılmaqdan özünü saxlaya bilmədi. Ocağın qırmızı və dağınıq işığı tamaşaçıların üzlərində və gənc qızın əsmər alnında titrəyirdi. Bu işığın əksi Sütunlar evinin çatlamış köhnə fasadına və yaxınlıqdakı iyrənc dar ağacına düşürdü.

      Ocağın qızılı şöləsi ilə işıqlanmış minlərcə üz arasında bir adamın üzü rəqs edən qaraçının tamaşasına hər kəsdən ziyadə dalmış kimi görünürdü. Bu üz ciddi, sakit, hətta qaşqabaqlı bir adamın üzü idi. Adamın otuz beş yaşı olardı; bununla belə, onun başı daz idi, yalnız kəlləsinin kənarlarında çallaşmış saçları görünürdü. Onun uca və geniş alnını qırışlar örtmüşdü, dərin, gəncliyə məxsus həyat eşqi və ehtiras dolu gözlərini qaraçı qızdan ayırmırdı. On altı yaşlı qayğısız qızcığaz hamıya nəşə verərək rəqs edib fırlandıqca onun sifəti tutulurdu. Ara-sıra ah çəkir, eyni zamanda dodaqlarında təbəssüm görünürdü.

      Nəhayət, gənc qız tövşüyərək dayandı. Camaat böyük həyəcanla ona əl çalmağa başladı.

      Qaraçı qız bağırdı:

      – Cali!

      Bu sözdən sonra Qrenquar ipək yunlu, qızılı buynuzu və dırnaqları olan, boynu qırmızı xaltalı, qəşəng və ağ bir çəpiş gördü.

      Rəqqasə:

      – Cali! – dedi. – İndi növbə sənindir!

      Qız əyləşdi və nazlı bir hərəkətlə qavalı çəpişə uzatdı.

      – Cali, – dedi, – indi hansı aydır?

      Çəpiş qabaq ayaqlarının birini qaldırıb bir dəfə qavala vurdu. Həqiqətən, ilin birinci ayı idi. Camaat keçini alqışladı.

      Gənc qız qavalı başqa tərəfə çevirərək sözünə davam etdi:

      – Cali, bu gün ayın neçəsidir?

      Cali kiçik qızılı dırnağını qaldırdı və altı dəfə qavalı taqqıldatdı.

      Qaraçı yenə qavalı çevirib soruşdu:

      – Cali, saat neçədir?

      Çəpiş yeddi dəfə qavalı taqqıldatdı. Bu zaman qüllədəki saat yeddini vurdu.

      Hamı ağzını ayırıb mat-mat baxırdı. Camaatın arasından bir səs:

      – Burada, hər halda, cadu var, – dedi.

      Bu səs gözlərini qaraçı qızdan ayırmayan dazbaşlı adamın səsi idi. Qız səksəndi və üzünü ona çevirdi; lakin bu zaman o qədər şiddətlə əl çaldılar ki, qorxunc söz yaddan çıxdı. Qız heç bir şey olmamış kimi yenə çəpişinə sual verməyə başladı:

      – Cali, mərasim zamanında şəhər qarovulunun kapitanı Gişar Qran-Remi nə cür yeriyir?

      Çəpiş dal ayaqlarının üzərinə qalxdı və mələməyə başladı. O qədər əyləncəli bir vüqarla yeriyirdi ki, riyakar kapitanın təqlidini görən camaat ucadan gülüşməyə başladı.

      Gənc qız getdikcə artan müvəffəqiyyətindən cəsarətlənərək davam etdi:

      – Cali, kral prokuroru Jak Şarmolü ruhani məhkəməsində nə cür danışır?

      Keçi dal ayaqlarının üzərinə əyləşdi və mələməyə başladı. Qabaq ayaqlarını oynadaraq elə məzəli mələyirdi ki, camaat sanki canlı Jak Şarmolünün duruşunu, hərəkətlərini görür, səsini eşidirdi.

      Alqışlar daha da şiddətləndi. Dazbaş adamın yenə səsi eşidildi:

      – Bu küfrdür! Həqarətdir!

      Qız üzünü yenə onun tərəfə çevirərək:

      – Ah, yenə bu yaramaz başladı! – dedi.

      Sonra alt dodağını bir qədər uzadaraq sifətini məzəli şəkildə əydi, dabanı üzərində fırlanıb, qaval əlində camaatın arasıyla dolaşmağa başladı. Qavalın içinə iri və xırda, gümüş və mis pullar atırdılar. Bu zaman qız Qrenquara yaxınlaşdı. Qrenquar cəld əlini cibinə uzatdı, qız Qrenquarın bu hərəkətini görüb onun qarşısında dayandı.

      Bizim zavallı şair cibindən mütləq boşluğu tapdıqdan sonra öz-özünə mızıldandı:

      – Lənətə gələsən!

      Gənc qız isə iri qara gözlərini ona dikərək sədəqə gözləyirdi. Qrenquarın alnında iri tər damcıları göründü. Əgər bütün Perunun xəzinələri onun cibində olsaydı, tərəddüd etmədən hamısını bu rəqqasəyə verərdi; lakin təəssüf, bu xəzinələr onda deyildi.

      Xoşbəxtlikdən gözlənilməyən bir hadisə onu bu çətinlikdən xilas etdi.

      Meydanın ən qaranlıq küncündən hirsli bir səs bağırdı:

      – Ey, Misir çəyirtkəsi! Nə zaman rədd olub gedəcəksən?

      Gənc qız dəhşətlə dönüb baxdı. Bu artıq dazbaş adamın deyil, hirsli bir qoca qarının səsiydi. Qaraçı qızı səksəndirən bu səs oradakı СКАЧАТЬ



<p>18</p>

Şpaqa (ital. spada) – soyuq silah növü olan uzun qılınc. Uzunluğu, əsasən, 1 m olan şpaqanın hər iki tərəfi kəsicidir.