Paris Notrdam kilsəsi. Виктор Мари Гюго
Чтение книги онлайн.

Читать онлайн книгу Paris Notrdam kilsəsi - Виктор Мари Гюго страница 4

Название: Paris Notrdam kilsəsi

Автор: Виктор Мари Гюго

Издательство: Altun Kitab

Жанр:

Серия: Dünya ədəbiyyatından seçmələr

isbn: 9789952241884 

isbn:

СКАЧАТЬ başlanmadığını gördükdə az qalmışdı dörd nəfər qarovulçunu dar ağacına çəksin!

      Qapıçının yersiz və yaramaz monoloqları, nəhayət, bitdi; artıq hər kəs öz yerində idi, Qrenquar rahat nəfəs aldı. Aktyorlar yenə öz rollarını cəsarətlə oynamağa başladılar. Lakin məsələ bununla da bitmədi, birdən Gent şəhərinin rəislər şurasının katibi cənab Kopenol ayağa durub kütlənin gərginliklə müşayiət olunan sükutundan istifadə edərək üzünü camaata çevirdi və aşağıdakı dəhşətli nitqini söylədi:

      – Cənab şəhərlilər və Paris zadəganları! And olsun Allaha, burada nə etdiyimizi mən özüm də bilmirəm. Əcəba, siz bunamı misteriya deyirsiniz! Hər halda, bu tamaşa çox cansıxıcı bir şeydir. Heç olmasa, Mavritaniya rəqsi oynayaydılar, yaxud başqa bir oyun göstərəydilər. Bizə tamamilə başqa şey vəd etmişdilər; bizə söylədilər ki, təlxəklər bayramı olacaq, təlxəklərin papası seçiləcək. Bizdə, Gent şəhərində də təlxəklər papası seçirlər, lakin Allaha and olsun, bizim bayramlarımız daha əyləncəlidir. Bizlərdə də buradakı kimi çoxlu sayda adam bir yerə yığışır. Sonra hər kəs başını iri bir dəliyə soxur və başqalarına ağız-burnunu bürüşdürür. Kim ki ən çirkin şəkildə ağız-burnunu bürüşdürə bildi, onu dərhal papa elan edirlər. Sizi inandırıram, bu, çox əyləncəli bir şeydir. Cənab vətəndaşlar, siz mənim təklifimə necə baxırsınız?

      Qrenquar cavab vermək istədi, lakin heyrət, qəzəb və hirsindən danışmaq qabiliyyətini büsbütün itirdi. Həm də bu təklif vətəndaşlar tərəfindən o qədər böyük bir sevinclə qarşılanmışdı ki, artıq onun müqavimət göstərməsi faydasız olardı. Axına təslim olub üzünü iki əlləri ilə qapamaqdan başqa çarəsi qalmırdı.

      Kvazimodo

      Kopenolun ideyasını yerinə yetirmək üçün dərhal hər şey hazır edildi. Şəhərlilər, tələbələr və məhkəmə katibləri ürəklə işə girişdilər. Qrimas15 göstərmək üçün böyük mərmər masanın qarşısındakı kiçik qübbə müəyyənləşdirildi. Qapının düz üst tərəfindəki dairəvi pəncərənin şüşəsi sınmışdı. Bütün rəqiblərin başlarını bu dairəvi dəlikdən soxacaqlarına qərar verildi. Qərara alındı ki, hər kəs öz qrimasının təsirini azaltmamaq üçün üzünü bir şeylə örtəcək və ona növbə gəlincəyə qədər kiçik məbədin içərisində gözləyəcəkdir. Məbəd dərhal rəqiblərlə doldu, bundan sonra qapını bağladılar.

      Qrimas tamaşası başlandı. Pəncərədə görünən birinci sifətin göz qapaqları çevrilmiş, ağzı yırtıcı heyvan ağzı kimi ayrılmış, alnı isə çəkmə boğazı kimi qırışdırılmışdı. Bu sifət kütlənin şən qəhqəhəsinə səbəb oldu. Birinci sifətin dalınca ikinci, üçüncü və daha başqa-başqa sifətlər göründü. Bu sifətlərin hər biri gurultulu qəhqəhələr və ayaq tappıltıları ilə qarşılandı.

      Üçbucaqdan trapesiyaya qədər, konusdan çoxbucaqlıyadək bütün həndəsi fiqurları xatırladan eybəcər sifətlər silsiləsini təsəvvür edin. Bu sifətlər müxtəlif şəkillərə düşür, gah qəzəb, gah da ehtiras ifadə edir, cürbəcür yaşda olan insanları yamsılayaraq gah yenicə doğulmuş uşağın, gah da can verən qoca qarının üz qırışlarını ifadə edir, özlərini müxtəlif mifik məxluqlara, heyvanlara bənzədirdilər. Hər şey bir-birinə qarışmışdı, it yiyəsini tanımırdı. Böyük salon həyasızlıq və çılğınlıq meydanına çevrilmişdi.

      Pəncərədən başını çıxaran həndəsi kombinasiyalardan ibarət sifətlər get-gedə coşmaqda olan camaatın xəyalında yaranan eybəcər obrazını təmin etmirdi. Elə bu an pəncərədə qəribə bir sifət göründü. Həqiqətən qeyri-adi olan bu sifət xalqı heyran edə və birincilik mükafatını qazana bilərdi. Dördbucaqlı burnu, nala bənzər ağzı, sağ gözü büsbütün iri bir ziyilin altında qaldığı halda, sapsarı qaşlarla örtülmüş xırdaca sol gözü, qala divarı qüllələrinə bənzəyən mırıq və əyri-üyrü dişləri, fil dişi kimi iki köpək dişi görünən çatlamış dodaqları, xüsusilə bu əcaib simada əks olunan heyrəti və məyusluğu təsvir etmək çətindir.

      Bütün xalq bir ağızdan bağırdı. Hamı məbədə doğru hərəkət etdi, təlxəklərin papasını böyük təntənə ilə əlləri üstündə bayıra çıxartdılar. Bu zaman xalqın heyrəti ən yüksək dərəcəyə çatdı; məlum oldu ki, bu eybəcərlik onun sifətinin həqiqi ifadəsi imiş; daha doğrusu, onun bütün vücudu eybəcərlikdən başqa bir şey deyilmiş. O, parçalanmış və biçimsiz şəkildə bitişdirilmiş divə bənzəyirdi!

      Təpəgözə bənzəyən, eni uzununa bərabər, yarıqırmızı-yarıbənövşəyi kamzol16 geyinmiş və gümüş zınqırovlarla bəzənmiş bu eybəcər vücud məbəd qapısında görünər-görünməz kütlə dərhal onu tanıdı və bir ağızdan bağırdı:

      – Bu ki zəngçalan Kvazimododur! Bravo! Bravo!

      Tələbələr bağırırdı:

      – Hamilə qadınlar, özünüzü gözləyin!

      Həqiqətən də, qadınlar dərhal üzlərini əlləri və yaylıqları ilə örtdülər.

      Qadınlardan biri:

      – Tfu, nə murdar meymundur! – dedi.

      – O nə qədər eybəcərdirsə, o qədər də kinlidir! – başqa bir qadın əlavə etdi.

      Üçüncü qadın dedi:

      – Bu, bir iblis mücəssəməsidir…

      Bütün bu səs-küyə səbəb olan Kvazimodo isə kiçik məbədin qapısı ağzında ciddi və qaşqabaqlı bir halda dayanaraq kütlənin ona tamaşa etməsinə yol verirdi.

      Kvazimodonun görünüşünə heyran olan Kopenol ona yaxınlaşdı:

      – And olsun Allaha, mən ömrümdə bu cür eybəcər görməmişəm. Sən yalnız Parisdə deyil, Romada belə papa olmağa layiqsən!

      Kopenol sözünə davam edərək:

      – Sən mənim xoşuma gəlirsən, – dedi. – Mənə on iki Tur livri17 qiymətinə başa gəlsə belə, səninlə bir yerdə əylənməkdən vaz keçməzdim. Dostum, bu barədə sənin firkin nədir?

      Kvazimodo isə susmaqda davam edirdi.

      Qadınlardan biri Kvazimodonun kar olduğunu Kopenola anlatdı.

      O, qəhqəhəylə gülərək:

      – Karmış! – dedi. – Daha yaxşı! Demək, o, əsl papadır!

      Kvazimodo qımıldanmadan, bir növ, məğrur itaətlə təlxək paltarının əyninə geyindirilməsinə icazə verdi. Bundan sonra onu bəzəkli СКАЧАТЬ



<p>15</p>

Qrimas (fr. grimace) – müxtəlif mimik hərəkətlər, üz-gözün müxtəlif şəkillərə salınması

<p>16</p>

Kamzol (fr. camisole) – kişi üst geyimi; məxmər və digər qalın parçalardan tikilən dizəcən geyim növü

<p>17</p>

Tur livri (fr. livre tournois) – Fransada 1230-1803-cü illərdə dövriyyədə olan qızıl pul vahidi. Tur şəhərində hazırlandığı üçün belə adlanırdı