Название: Bir sevgi tarixçəsi
Автор: Erik Siqal
Издательство: Altun Kitab
Серия: Ekranlaşdırılmış əsər
isbn: 9789952243284
isbn:
– Çox sağ ol, ata, həkim artıq mümkün olan yardımı göstərib, – deyə üzümün sağ tərəfində tikişlərin üstünü örtən sarğını göstərdim.
– Mən sənin yanağına yox, mədənə çarə təklif edirəm.
Bu bizim ara-sıra təkrarlanan və əsasən dərin sükut içərisində keçən növbəti şam yeməklərimizdən biri idi. Bir qayda olaraq, onlar «Hə, işlərin necədir?» sualı ilə başlayıb «Sənin üçün nə edə bilərəm?» cümləsi ilə başa çatırdı.
– Hə, işlərin necədir, oğul?
– Çox sağ ol, ser, əladır.
– Yanağın ağrımır?
– Yox, ser.
Əslində isə keyləşdiricinin təsiri, demək olar, keçmişdi, cəhənnəm ağrısı hiss edirdim.
– İstərdim ki, bazar ertəsi Cek Uellsin yanına gedəsən, qoy o da baxsın.
– Ehtiyac yoxdur, ata.
– O, yaxşı həkimdir, gözəl mütəxəssisdir.
– Kornellin həkimi də, başa düşdüyüm qədər, veterinar deyil.
Atamın snobizmini – «mütəxəssislər»dən, «ekspertlər»dən, ümumiyyətlə, «yüksək cəmiyyətin nümayəndələri»ndən savayı heç kimin rəyi ilə hesablaşmadığını bildiyim üçün belə cavab verdim və eyni zamanda söhbəti yumşaltmaq istədim.
– Çox pis, – deyə III Oliver Barrett zarafat etməyə cəhd göstərdi, – sənin yaraların əsl heyvan yaralarına oxşayır.
– Elədir, ser. – Maraqlıdır, bu uğursuz zarafatı ilə o məni gülməyə məcbur etmək istəyirdi?
Birdən ağlıma gəldi ki, bəlkə, atamın sözlərində mənim buz üzərində davranışımla əlaqədar üstüörtülü məzəmmət var?
– Yoxsa demək istəyirsən, mən bu axşam özümü heyvan kimi aparırdım?
Sifətinin ifadəsindən aydın sezilirdi ki, atam eşitdiyindən razı qalıb. Ancaq o, dərinə getmədi:
– Veterinar haqda birinci mən söz salmadım.
Bu yerdə mən də dilimi saxlayıb menyunu vərəqləməyə başladım.
Yemək gələnə qədər Qoca Daşsifət mənə öz bəsit moizələrindən birini də oxumaq qərarına gəldi. Xatirimdədir ki (hərçənd yada salmaq belə istəmirəm), bu dəfə o, həyatda qələbələrin və məğlubiyyətlərin rolundan danışdı. Dedi ki, düzdür, biz çempionluq titulunu əldən verdik («heç hənanın yeri idi», ata?), amma idmanda mühüm olan qələbə deyil, iştirakdır. Onun bu mülahizəsi Olimpiya oyunlarının devizinə çox oxşadı və mən hiss etdim ki, atam «Sarmaşıq Liqası»nın çempionu» kimi xırda titulların əhəmiyyətsizliyi barədə növbəti mövzuya keçmək üçün zəmin hazırlayır. Amma mən Olimpiya şüarlarından yeni sitatlar dinləmək həvəsində deyildim, ona görə də əvvəlcədən hazır saxladığım cavabımı («Elədir, ser») verib susdum.
Biz sürətlə ənənəvi mövzularımızı təkrarlayıb başa vurduq və Qoca Daşsifətin sevimli mövzusu – mənim planlarım üzərində dayandıq.
– De görüm, Oliver, Hüquq məktəbindən17 hələ bir səs-səmir çıxmayıb?
– Bilirsən, ata, mən hələ orada oxumaq istəyib-istəmədiyim barədə qərara gəlməmişəm.
– Məni daha çox maraqlandıran odur ki, Hüquq məktəbində sənin barəndə bir qərara gəliblər, ya yox.
Bu nədir, növbəti zarafatdır? Atamın bu «uğurlu» söz oyununa da gülməliyəm?
– Yox, ser, hələ cavab almamışam.
– Mən Prays Zimmermana zəng edə bilərəm.
– Lazım deyil, – deyə dərhal onun təklifinə cavab verdim. – Xahiş edirəm, ser.
– Təsir göstərmək üçün yox, – III Oliver Barrettin sifətinə məsum bir ifadə qondu. – Sadəcə, soruşmaq üçün.
– Ata, mən bütün başqa tələbələr kimi onlarla eyni qaydada cavab məktubu almaq istəyirəm.
– Yaxşı. Əlbəttə. Çox gözəl.
– Təşəkkür edirəm, ser.
– Onsuz da səni qəbul edəcəklərinə elə bir şübhəm yoxdur, – deyə o əlavə etdi.
Bilmirəm nədən, amma III Oliver Barrett məni tərifləyəndə də sanki aşağılayırdı.
– Bilmək olmaz. Onların hokkey komandaları yoxdur.
Yaxşı, mən özüm özümü niyə belə aşağılayırdım? Bəlkə, ona görə ki atam mənim haqqımda əks fikirdə idi, sadəcə, onun əleyhinə getmək istəyirdim.
– Sənin başqa üstünlüklərin də var, – deyə III Oliver Barrett mənə təsəlli verdi. Amma fikrini dəqiqləşdirmədi (çətin ki, bunu edə də bilərdi).
Yeməklər söhbətimiz kimi dadsız və duzsuz idi. Amma masaya gətirilən çörəyin köhnə olacağını əvvəlcədən söyləyə bilsəm də, atamın növbəti anda dedikləri ağlıma belə gəlməzdi.
– Bir də ki istənilən halda Sülh Korpusu18 var. – Gözlənilmədən atam mətləbə dəxli olmayan bir söz işlətdi.
Başa düşmədim, o, rəy bildirirdi, yoxsa sual verirdi?
– Ser?
– Yəni düşünürəm ki, Sülh Korpusu gözəl təşkilatdır, elə deyilmi?
– Əlbəttə, – deyə təsdiqlədim. – Heç şübhəsiz, müharibə korpusundan minqat yaxşıdır.
İndi ikimiz də eyni vəziyyətdə idik. Nə mən onun bu söhbəti niyə ortaya atdığından baş açırdım, nə də o mənim fikrimi öyrənə bilirdi. Bəlkə, atam bunu elə-belə, dialoqumuzu davam etdirmək xatirinə demişdi? Bəlkə, dünyada baş verənlərdən, hökumət proqramlarından danışmaq üçün növbəti mövzuya keçid edirdi? Yox. Mən bir anlığa unutdum ki, bizim söhbətimizin yeganə mühüm mövzusu mənim planlarımdır.
– Əgər sən Sülh Korpusuna qoşulmaq СКАЧАТЬ