Название: Bir sevgi tarixçəsi
Автор: Erik Siqal
Издательство: Altun Kitab
Серия: Ekranlaşdırılmış əsər
isbn: 9789952243284
isbn:
Tərəddüd edirdim. O isə gözləyirdi.
– …əgər desəm ki, məncə,.. sənə vurulmuşam, nə cavab verərdin?
Pauza çox uzun çəkdi.
– Cavab verərdim ki,.. – Cenninin səsi lap yumşalmışdı, – deyərdim ki, tamam gicləmisən.
O, dəstəyi atdı.
Düzünü deyim: nə dilxor oldum, nə də təəccübləndim.
3
Kornell14 komandası ilə oyunda zədə aldım.
Əslində, günah özümdə idi. Qızışıb böyük səhvə yol verdim, onların mərkəz hücumçusunu «lənətə gəlmiş kanuk»15 adlandırdım. Unutdum ki, Kornell komandasının dörd oyunçusu kanadalıdır, hamısı da vətənpərvər olmaqla yanaşı, yekəpər şeylərdir və qulaqları çox iti eşidir. Məni yaxşıca əzişdirməkləri bir yana, hələ cəzalandırıldım da! Özü də adi qaydada yox – dava saldığım üçün beş dəqiqəliyə meydançadan çıxarıldım. Görəydiniz, hakimin qərarı radio ilə elan olunanda Kornell azarkeşləri necə toy-bayram edirdilər. Tribunalarda bizim azarkeşlər çox deyildilər. «Sarmaşıq Liqası»nın çempionu titulunu kimin qazanacağı bu oyunun nəticəsindən asılı idi. Amma durub Harvarddan cəhənnəmin bu başına, Nyu-York ştatının İtaka şəhərinə gəlmək adamdan vaxt, pul və həvəs istəyirdi.
Beş dəqiqə! Mən cərimə skamyasına əyləşəndə məşqçimiz çarəsizlikdən saçlarını yolurdu. Ceki Felt bir göz qırpımında özünü yetirib üstümə atıldı. Yalnız indi başa düşdüm ki, üzümün sağ tərəfində salamat yer qalmayıb.
– Aman Allah, – deyə məşqçim qanı saxlamaq üçün sifətimdəki çapıqlara xüsusi qələmlə məlhəm sürtə-sürtə zarıyırdı. – Aman, Olli!
Mən sakitcə oturub gözlərimi döşəməyə zilləmişdim. Başımı qaldırıb buz meydançasına baxmağa utanırdım. Orada isə ən pis gümanlarım özünü doğruldurdu. Çox keçmədən kornellilər hesabı bərabərləşdirdilər. «Qırmızılar»ın azarkeşləri sevincdən bağırır, boğazlarını cırırdılar. Böyük ehtimalla demək olardı ki, ruhlanmış kornellilər işi axıra çatdıracaq, bu oyunu udacaqlar, «Sarmaşıq Liqası»nın çempionu titulunu əlimizdən alacaqlar. Görüm onları lənətə gəlsinlər, mənim cərimə vaxtımın hələ heç yarısı da keçməmişdi!
Qarşı tribunada sükut içində bir topa qəmgin Harvard azarkeşi əyləşmişdi. Rəqib komandanın azarkeşləri kimi onlar da artıq məni yaddan çıxarmışdılar. Yalnız bir tamaşaçı gözlərini cərimə skamyasından çəkmirdi. Bəli, o, burada idi.
«Konfrans vaxtında qurtarsa, çalışacağam Kornellə oyuna gəlim».
Harvard fanatlarının arasında oturan, amma dəstənin içində də hamıdan seçilən, əlbəttə, III Oliver Barret idi.
Qoca Daşsifət buz meydançasının qarşı tərəfində yeganə oğlunun yanağından sonuncu qan damcılarının necə silindiyini və çapıqların yapışqanlı kağız altında gizlədildiyini soyuqqanlıqla izləyirdi. Maraqlıdır, bu dəqiqə o nə düşünürdü? Yəqin, «çırt-çırt» eləyib başını bulayırdı, ya da beynindən «çırt-çırt»la eyni məna kəsb edən fikirlər keçirdi…
«Oliver, dalaşmağı belə xoşlayırsansa, niyə gedib boksa yazılmırdın?»
«Ekseterdə Filips Akademiyasında boks komandası yox idi, ata».
«Yaxşı. Amma mən, yəqin ki, daha sənin hokkey oyununa baxmağa gəlməyəcəyəm».
«Elə bilirsən, mən özümü sənə göstərmək üçün dalaşıram, ata?»
«Deməzdim ki, bununla özünü yaxşı cəhətdən göstərirsən».
Amma, bəlkə də, xəyalımda canlandırdığım bu dialoq düz deyildi. Heç kim, heç vaxt onun beynindəki fikirləri düzgün oxuduğunu söyləyə bilməz. III Oliver Barrett ayaq tutub yeriyən, nadir hallardasa hətta danışan Raşmor dağıdır16. Əsl Daşsifətdir.
Bəlkə də, bu anda Daşsifət ən çox gördüyü işlə məşğul idi – özü özünü kənardan vurğunluqla seyr edirdi: «Hamınız mənə baxın! Bu axşam İtakaya Harvarddan cəmi beş-on tamaşaçı gələ bilib, mən də onların arasındayam. Mən – III Oliver Barrett, bir neçə bankın sahibi və ümumiyyətlə, işi başından aşan nəhəng biznes adamı! Vaxt eləyib sizin axmaq hokkey oyununuza baxmağa gəlmişəm. Hə, necədir?» (Kimin üçün?)
Birdən-birə tribunalar sanki partladı. Əsl mərəkə qopdu: Kornell komandası növbəti qolunu vurmuş və hesabda önə çıxmışdı. Mənimsə hələ iki dəqiqə cərimə vaxtım qalırdı. Devi Conston lap yaxınlığımdan keçdi; hirsindən sifəti qıpqırmızı qızarmışdı, heç üzümə də baxmadı. Deyəsən, axı onun gözlərində yaş gördüm? Olmaya, ağlayırdı? «Sarmaşıq Liqası»nın çempionu titulu əlimizdən çıxır, ancaq, İlahi, göz yaşları?! Buna görə ağlamaq nəyə lazım? Hərçənd onu başa düşürdüm: Devi, bizim kapitanımız bu günə qədər hokkeydə inanılmaz dərəcədə şərəfli bir yol keçmişdi. Yeddi ildir oynayırdı, heç vaxt da – istər məktəbdə, istər kollecdə – uduzan tərəf olmamışdı. Devi universitetdə, bir növ, canlı əfsanəyə çevrilmişdi. O artıq sonuncu kurs tələbəsi idi. Bu oyun isə onun üçün axırıncı mühüm oyun idi.
Və biz həmin oyunu 3–6 hesabı ilə uduzduq.
Oyundan sonra rentgen müəyyən etdi ki, sınan sümüyüm yoxdur. Kornellin Riçard Selzer adlı həkimi yanağıma on iki tikiş qoydu. Ceki Felt əməliyyat otağında ora-bura vurnuxur, mənim düzgün qidalanmadığımdan həkimə şikayət edir, dönə-dönə təkrarlayırdı ki, vaxtında kifayət qədər dəniz duzu həbi qəbul etsəydim, indi zədələrim belə ağır olmazdı. Selzer isə Cekin sicilləməsini qulaqardına vurur, «göz orbitimin aşağı divarının» (tibbi termindir) möcüzə nəticəsində salamat qaldığını mənə başa salmağa çalışır və qəti tapşırırdı ki, bir həftə məşqlərə getməyim, çünki mənim vəziyyətimdə bu ən müdrik addım olardı. Mən ona təşəkkürümü bildirdim. Həkim otağı tərk etdi, Felt isə düzgün qidalanmağın faydası barədə yeni mülahizələrini bölüşmək məqsədilə onun ardınca çıxdı. Tək qaldığıma sevindim.
Yaralı yanağıma su vurmadan ehtiyatla duş qəbul etdim. Novokainin təsiri yavaş-yavaş keçirdi, amma mən ağrı hiss etməyə başladığıma sevinirdim. «Əcəb olur sənə, Oliver! Məgər bütün işləri sən korlamadın? Çempionluq titulunu komanda sənə görə itirmədi? Bir çox oyunçularımızın (bizim sonuncu kurs tələbələri məğlubedilməz sayılırdılar), СКАЧАТЬ
14
15
16