Название: Şauşenkdən qaçış
Автор: Стивен Кинг
Издательство: Altun Kitab
Серия: Ekranlaşdırılmış əsər
isbn: 9789952243314
isbn:
‒ Hə, doğrudan da! ‒ prokuror kinayə ilə güldü. ‒ Siz onu çaya atmışdınız, elə deyilmi? Royal Riverə. Sentyabrın 9-da, səhər.
‒ Bəli, ser.
‒ Qətldən bir gün əvvəl.
‒ Bəli, ser.
‒ İnandırıcıdır, elə deyil?
‒ İnandırıcı olub-olmadığını bilmirəm, ser. Bu, həqiqətdir, vəssalam.
‒ Deyəsən, siz leytenant Minçerin ifadəsini eşitmisiniz?
Minçer çayın Pond Roud körpüsünə yaxın ətraf ərazisini yoxlamış qrupun rəhbəri idi. Endi tapançanı çaya həmin körpüdən atmışdı. Suyun dibində aparılan axtarışlar nəticə verməmişdi.
‒ Bəli, ser. Eşitmişəm.
‒ Onların üç gün apardıqları axtarışlar nəticəsində heç nə tapmadıqlarını eşitmisiniz? Axı, deyəsən, bu da inandırıcı səslənir.
‒ Ola bilər. Onların heç nə tapmadıqları faktdır, ‒ Endi sakit tərzdə cavab verib. ‒ Ancaq mən nəzərinizə çatdırmaq istərdim ki, Pond Roud körpüsü çayın Yarmut körfəzinə töküldüyü yerə çox yaxın yerləşir. Orada axın olduqca güclüdür və tapançanı körfəzə apara bilərdi.
‒ Və əlbəttə ki, arvadınızla mister Kventinin qanlı bədənlərindən çıxarılan güllələrlə sizin tapançanızın heç bir əlaqəsi yoxdur. Bu belədir, mister Düfresn?
‒ Bəli, ser.
‒ Bu, inandırıcı görünməlidir?
Qəzetlərin yazdığı kimi, bu vaxt Endinin bütün məhkəmə prosesi boyu yol verdiyi nadir emosional reaksiyalardan birini izləmək olardı. Onun dodaqlarından güclə sezilə biləcək istehzalı gülüş keçib.
‒ Ser, mən bu cinayətdə təqsirli olmadığım və tapançanı qətldən bir gün əvvəl çaya atdığım haqda dediklərim həqiqət olduğu üçün onun indiyə qədər tapılmamağında təəccüblü heç nə yoxdur.
Prokuror iki gün ərzində Endini sıxma-boğmaya salmışdı. O elə hey satıcının salfet barədə verdiyi ifadələri oxuyub dururdu. Endi bu salfetləri aldığını xatırlamadığını, eyni zamanda onları almadığına and da içə bilməyəcəyini söyləyirdi.
1947-ci ilin əvvəllərində Endi və Linda Düfresnlərin həyatlarını iri məbləğə sığortaladıqları düzdürmü? Bəli, elədir. Elə isə arvadının qətlindən sonra Endinin əlli min dollar almalı olduğu doğrudurmu? Doğrudur. Belə olan halda onun sevgililəri öldürmək məqsədilə Kventinin evinə gedib, həqiqətən də, hər ikisini öldürməsi doğrudurmu? Xeyr, bu, doğru deyil. Onda Endi baş vermiş hadisə barədə, polisin heç bir qarət izi aşkar etməməsini nəzərə alsaq, nə düşünür?
‒ Mən bunu deyə bilmərəm, ser, ‒ Endi cavab verib.
Məhkəmə gündüz saat birdə məşvərət üçün zalı tərk edib. Andlı iclasçılar dördün yarısı qayıdıblar. Pristav onların tez qayıdacaqlarını desə də, andlılar dövlət hesabına “Bentli” restoranında açılan gözəl nahar süfrəsinə qatıldıqlarından gecikiblər. Onlar mister Düfresni günahkar elan ediblər və əgər Meyndə ölüm hökmü olsaydı, Endi bu ecazkar dünyanı hələ ilk novruzgülləri açmamış tərk edərdi.
III fəsil
Prokuror Endidən baş verənlər barədə nə düşündüyünü soruşub. O isə cavab verməyib. Əslində, bu barədə bəzi düşüncələri olub və 1955-ci ildə, gecələrin birində özüm də gözləmədiyim halda mən onları eşitdim. Ona görə “gözləmədiyim halda” deyirəm ki, bizim salaməleyk tanışlığından daha yaxın dostluq münasibətlərinə keçməyimizə yeddi il vaxt lazım oldu. Və doğrusu, təxminən 1960-cı ilə qədər mən özümü Endiyə yaxın adam saymırdım. Hərçənd o vaxt da Endinin az-çox yaxınlıq etdiyi yeganə dustaq idim. Bizim ikimiz də uzunmüddətli həbsə məhkum edilmişdik, kameralarımız bir-birindən xeyli aralı, amma eyni dəhlizdə idi.
‒ Mən bu barədə nə düşünürəm? ‒ həmin gecə Endi gülümsəmişdi. ‒ Düşünürəm ki, o gün hər tərəfi bədbəxtlik basmışdı. Qısa müddət ərzində bu qədər xoşagəlməz hadisənin baş verəcəyini təsəvvür etmək belə çətindir. Bədbəxtlik bu lənətə gəlmiş evin başına hərlənirdi. Qatil yoldan ötən bir naməlum şəxs ola bilərdi. Bəlkə, ev yaran oğru imiş. Ola bilsin, oradan təsadüfən keçən dəli imiş. Manyakmış. Sadəcə onları öldürüb, vəssalam. İndi isə mən buradayam.
Hər şey bu qədər sadədir. O isə indi ömrünün tamamını, yaxud onun böyük bir hissəsini Şauşenkdə keçirməli olacaq. Bu lənəntə gəlmiş deşikdə. Sizin şəxsi işinizdə “qətl” yazılıbsa, buradan çıxmaq müşkül məsələdir. Su damcılarının daşı parçalaması kimi müşkül və ləng gedən bir prosesdir. Kollegiyanın yeddi üzvü var – digər həbsxanalarda olduğundan iki nəfər də artıq. Həmin yeddi adamın hər birinin buz kimi soyuq düşüncəsi və daş ürəyi var. Siz onları nə ala, nə şirin dilinizin altına sala, nə qorxuda bilərsiniz. Onlardan mərhəmət gözləmək də əbəsdir. Burada, bu divarlar arxasında pul əvvəlki əhəmiyyətini itirir və hər şey dəyişir.
IV fəsil
Kendriks adlı bir oğlan var idi. Mənə xeyli pul borclu idi, dörd il ərzində yavaş-yavaş ödəyirdi. O mənə işləyirdi. Ən böyük xeyri bu idi ki, özümün əlimin yetmədiyi məlumatları mənə çatdırırdı. Əgər mənim işim kimi bir işlə məşğulsansa, gərək həmişə sayıq, bütün yeniliklərdən xəbərdar olasan.
Kendriks mənə kollegiya üzvlərinin Endi Düfresnin vaxtından əvvəl azad olunması məsələsinə dair necə səs verdiklərini söylədi. 1957-ci ildə: yeddi-sıfır əleyhinə, 1958-də: altı-bir, 1959-da: yeddi-sıfır və 1960-da: beş-iki. Sonra nə olduğunu bilmirəm, amma on altı il keçmişdi, o isə hələ də beşinci bölmənin 14-cü kamerasında qalırdı. Həmin vaxt, yəni 1975-ci ildə onun əlli yeddi yaşı var idi. Ola bilsin, kollegiya alicənablıq göstərib Endini haradasa 1983-cü ildə azadlığa buraxa bilərdi. Onlar, əlbəttə, sizə azadlıq bəxş etməklə çox humanist addım atırlar. Amma görün mən nə danışıram. Mən burada Şervud Bolton adlı birini tanıyırdım. Bolton 1945-ci ildən 1953-cü ilə qədər kamerasında göyərçin saxlayırdı, əfv olunanadək quş onunla idi. Həmin oğlan quşları çox da sevmirdi, sadəcə, göyərçinə öyrəşmişdi. Adını Cek qoymuşdu. Bolton özü kollegiyanın qərarı ilə azadlığa çıxmazdan bir gün əvvəl quşu da azadlığa buraxdı. Quşcuğaz onun əlindən pırıldayıb uçdu və bir də o göyərçini görən olmadı. Şervud Bolton bizim balaca xoşbəxt ailəmizi tərk etdikdən bir həftə sonra isə yoldaşlarımdan biri məni çağırdı və gəzinti həyətinin qərb küncünə apardı. Şervud, adətən, buralarda gəzişirdi. СКАЧАТЬ