Название: Şəmsəddin Eldəniz
Автор: Əkbər N. Nəcəf
Издательство: Altun Kitab
Серия: Tarixi yaradanlar
isbn: 9789952244854
isbn:
İslamın ilk dövrlərindən etibarən əsir alınan və qul statusu daşıyanların 1/5-i dövlət xəzinəsinin payına, 4/5-ü isə orduya daxil edilirdilər. Ələ keçirilən, əsir düşən və ya satın alınan qul türk kökənlidirsə, adətən, müsəlman hakimləri tərəfindən ordu sıralarına cəlb olunurdu.
Ərəbcə qulam «bədənində tük çıxmamış və ya bığı tərləməmiş dəliqanlı, gənc xidmətçi, oğlan uşağı, azad olunmuş qul, sahibinə tabe mühafizəkar» mənasına gəlir. Bu söz kişi qulları ifadə edir. Qadın qullara isə cariyə adı verilirdi.
Abbasilərdən etibarən mənası dəyişməyə və genişləməyə başlayan qulam anlayışı, xüsusilə türklərin dövlət sistemində geniş səlahiyyətlər qazandı. Belə ki, «əsir və ya qul kimi xidmətə qəbul edilən insanların qabiliyyətləri, təhsil səviyyələri onların ordu və dövlətin müxtəlif sahələrində işə götürülməsinə» şərait yaratdı və bu qulam sisteminin yaranmasına səbəb oldu.
Böyük Səlcuqlu dövləti yarandıqdan sonra xilafətin bir çox qurum və quruluşların funksiyasını qoruyub saxladı. Səlcuqluların çoxsaylı fəthlərə, insan resurslarına ehtiyacı artırmışdı. Güclü hərbi-siyasi təməllər üzərində dayanan Səlcuqlu ordusu qulamlardan, üməralardan (qulamlıqdan yetişənlərdən), türkmənlərdən, vassal dövlətlərin hərbi qüvvələrindən və şəhər-əyalət qarnizonlarından formalaşırdı. Ordunun əsas, dəyişməyən və say etibarı ilə çox hissəsini təşkil edən türklər iki hissəyə ayrılırdılar. Onlar qulamlıq sisteminə görə təlim almış türkmənlər və irsi olaraq əmirlərinə bağlı azad türkmənlər adlanırdı.
Səlcuqlu dövlət sistemində qulamlar əsasən qarluq, yağma, çigil, qıpçaq, qayı, uran və oğuzlardan ibarət idi25.
Səlcuqlu ordu sistemində zamanla bəzi dəyişikliklər meydana gəldi. Bunun ən bariz nümunəsi «maaşlı» və «iqta (pay torpağı) sahibi» əsgərlərin ortaya çıxmasıdır. Belə ki, özlərini dövlətin hakim təbəqəsi sayan oğuzlar mütəmadi olaraq mərkəzi hökumətə qarşı üsyana qalxırdılar. Həmin üsyanlar qarşısında hakimiyyətlərini qorumaq istəyən sultanlar öz ordularını daimi hərbi birləşmələrdən təşkil etməli oldular.
Səlcuqlular dövründə qulamlıq sistemi daxilində xüsusi bir qurum kimi atabəylik formalaşdı. Bu sistemin yaranmasında ən böyük rolu Nizamülmülk oynamışdı.
Bəzi tarixçilər səlcuqlu qulam sisteminin digər İslam dövlətlərindəki qulam sistemindən fərqini belə izah edirlər: səlcuqlu ordusu tamamilə türkmənlərdən ibarət qulamlardan təşkil olunmuşdu, halbuki qulam sisteminə döyüşlərdə əsir alınan və qul bazarlarından toplanılan başqa millətlərdən də əsgərlər daxil edilirdi. İstənilən halda, səlcuqlu qulam sisteminin onurğa sütunu türklər idi.
Bildirildiyinə görə, 1040-cı ildə səlcuqlularla qəznəvilər arasında baş verən Dandanakan döyüşündə 370 qulam Toğrul bəyin tərəfinə keçmiş və bununla da Səlcuqlu dövlət sistemində qulamlığın əsası qoyulmuşdur.
Sultan Məlikşahın dövründə qulamlar Səlcuqlu ordu və dövlət sistemində ən böyük sinfi təşkil edirdilər. Onların fəaliyyət sahələri genişlənib mövqeləri gücləndikcə qulamlıq sistemi də dövlət daxilində xüsusi instituta çevrildi. Artıq vəzirlər, əmirlər, vilayət sahibləri, hətta qulamlıqdan həlledici mövqelərə yüksəlməyi bacaran atabəylərin belə əmrində qulamlar var idi. Məsələn, Nizamülmülkün qulamlarının sayı 1000-ə çatırdı. Hər qulamın aylıq maaş aldığını nəzərə alsaq, vəzirin onlara 200 min dinar ödədiyini söyləmək mümkündür. Bu o deməkdir ki, qulamlıq Səlcuqlu dövlətində həm də ciddi iqtisadi məna ifadə edirdi.
Dövlətin bütün siyasi-maddi imkanlarından faydalanan qulamlar dövlətdən öz haqlarını tələb eləmək imkanına malik idilər. Məsələn, Kirman hakimi Kavurdla döyüş ərəfəsində qulamlar Nizamülmülkə açıq şəkildə xəbərdarlıq etmişdilər: «Əgər bizə verilən iqtalar və caməgilər26 artmasa, dövlət səadəti Kavurdun olsun! Yaşasın Kavurd!»
Hələ Əməvilər dövründən etibarən bütün müsəlman dövlətlərində türk əsilli qulam-məmlüklər ordu sisteminin bir parçasına çevrilir və öz vəzifələrindən istifadə edərək dövlət idarəçiliyində geniş səlahiyyətlər qazanırdılar. Bunu yaxşı bildikləri üçün bəzi türk gəncləri könüllü şəkildə həmin sistemə daxil olmaq istəyirdilər. Elə Eldənizin yolda tərk edildiyi halda gedib yenidən qul karvanına qoşulmasının başlıca səbəbi də bu idi…
Müsəlman dövlətlərinin ordularında qulamlar o qədər qiymətli idi ki, bəzən hətta onlar üçün cehizlərdə göndərilirdi. Məsələn, Məlikşah Qaraxanlı hökmdarı İliq Xanın nəvəsi Tərkən Xatun ilə evlənərkən Sultan Alparslanın sarayına gəlinin cehizi ilə birlikdə 1000 türk əsilli qul və cariyə də göndərilmişdi.
Qulamlar uzun təhsil və tərbiyə dövrü keçirdilər. Bu məktəblərə qulamxanələr deyilirdi. Bəzi qaynaqlara görə, qulamın təhsil və tərbiyə müddəti 18-20 il davam edirdi. Nizamülmülkə görə, yaxşı təlim və tərbiyə almış qulama 30-40 yaşından tez vəzifə verilə bilməzdi.
Nizamülmülk qulamların yetişdirilməsi prosesini belə təsvir edir: «Qulam satın alanda əvvəlcə o, bir il boyunca hərbi hissədə zəndənəci27 qaftan və yüngül çəkmə geyərək xidmətə başlayardı. Həmin il əzrində qulamın hətta gizli belə olsa ata minməsinə icazə verilmirdi. Minərsə, ağır cəza alırdı. Qulamın bu birillik xidmət müddəti qurtaran kimi bunu sultana xəbər verir, daha sonra isə həmin qulama dəri yəhəri və dəri çulu olan türk atı verirdilər. Birillik at və qamçı ilə xidmət müddəti qurtaran kimi bu dəfə ona qılınc, üçüncü il yay qabı və oxluq verilirdi. Dördüncü il daha yaxşı yəhər, ulduzlu bir çul, bir qaftan, üstündə bir həlqə asılan çomaq təqdim edilirdi. Beşinci il bir saki28 və belinə qədəh asılmış bir abdar29 verilirdi. Altıncı il camadarlıq30 edərdi. 7-ci il ona bir təpəli və 14 pazlı çadır verilirdi. Sonra da üç yeni satın alınmış qulamı onun dəstə üzvü təyin edirdilər. Özünə isə visakbaşı titulu verilirdi. Gümüşü ip çəkilmiş qara külah ilə Gəncə qaftanını ona geyindirirdilər. Daha sonra əmrindəki xidmətçilərin sayını və rütbəsini artıraraq nəhayət haylbaşı təyin edirdilər. Beləcə, ləyaqəti, hörməti, şücaəti artdıqca hamı tərəfindən tanınırdı. Əlində böyük səlahiyyət toplanırdı… Bir sözlə, qulam 30-40 yaşına çatmamış əmirlik və valilik rütbəsi ala, heç bir vəzifəyə təyin edilə bilməzdi».
Bu sistemin varlıq səbəbini, ortaya çıxmasını və mövcudluğunu təhlil edən İbn Xəldun31 qulam sisteminin varlığını СКАЧАТЬ
25
Vəzir Nizamülmülk hazırladığı məruzələrin birində oğuz türklərindən 5–10 min insanın qulam olaraq dövlət xidmətinə alınmasını tövsiyə etmişdi.
26
27
28
29
30
31