Karvan. Вильгельм Гауф
Чтение книги онлайн.

Читать онлайн книгу Karvan - Вильгельм Гауф страница 4

Название: Karvan

Автор: Вильгельм Гауф

Издательство: Altun Kitab

Жанр:

Серия: Dünya ədəbiyyatından seçmələr

isbn: 9789952242997 

isbn:

СКАЧАТЬ ki, özünün sonuncu əməllərindən danışsın. Çərçi xəlifə ilə vəzirin başına açdığı oyunu olduğu kimi danışdı.

      Cadugərlərdən biri soruşdu:

      – Bəs o nə söz idi ki, onlara tapşırmışdın desinlər?

      – Bir çətin latın sözü idi – honestus…

V

      Divar oyuğundan bu sözü eşidən leyləklərin sevinci yerə-göyə sığmırdı. Tez-tələsik uzun ayaqlarını işə salıb xarabalıqdan bayıra çıxmağa başladılar. Bayquş güclə onlara çatırdı. Eşiyə çıxan kimi xəlifə dərin minnətdarlıq hissiylə bayquşa dedi:

      – Sən mənim və dostumun həyatını xilas elədin. İcazə ver, əbədi minnətdarlıq əlaməti kimi sənin ömür yoldaşın olum!

      Bu sözü deyəndən sonra üzünü qibləyə tutdu. Hər iki leylək uzun boyunlarını uzadıb dağlar arxasından yenicə baş qaldırmış günəşə üç dəfə təzim etdi. – “Honestus”! – bir ağızdan dilləndilər.

      Bircə anda adam cildinə düşdülər. Ağa ilə nökər sevindiklərindən gülə-gülə, ağlaya-ağlaya bir-birini qucaqladılar. Dönüb baxanda daha da heyrətləndilər. Ay parçası kimi qənirsiz bir gözəl zər-zibalı donda qabaqlarında dayanmışdı. Qız gülümsünüb əlini xəlifəyə uzatdı.

      – Gecə bayquşunu tanımadınızmı? – soruşdu.

      Doğrudan da, həmin bayquş dönüb qəşəng qız olmuşdu. Xəlifə onun gözəlliyinə, zərifliyinə heyran oldu.

      Üçü də Bağdada sarı yola düşdü. Xəlifə baxıb gördü ki, içində kül olan sehrli qutu da, pul kisəsi də qurşağındadır. Bir kəndə çatdılar və xəlifə uzaq yol üçün nə lazımdısa hər şey aldı. Beləliklə, axır gəlib Bağdad şəhərinin qapısına çatdılar. Xəlifənin gəlişi böyük təəccübə səbəb oldu. Onu ölmüş bilirdilər, ona görə də camaat öz sevimli hökmdarını görəndə bərk sevindi.

      Həqiqi şah gəlib çıxmışdı, yalançı Mitsraya qarşı nifrət coşub-daşdı. Camaat saraya hücum çəkib qoca cadugərlə oğlunu tutub gətirdilər. Xəlifənin əmriylə qoca cadugəri şahzadə qızı bayquşa döndərib atdığı xarabalığa apardılar və orada onu dar ağacından asdılar. Cadugərin oğlu isə heç bir sehr bilmirdi. Ona görə də xəlifə ona dedi ki, iki yoldan birini seçsin – ya ölüm, ya da kül iyləməyi. Oğlan ikinci yolu seçdi. Böyük vəzir qutunu gətirdi. Oğlan külü iylədi və xəlifənin sehrli sözündən sonra leyləyə döndü. Xəlifə əmr etdi ki, leyləyi dəmir qəfəsə salıb bağında qoysunlar.

      Xəlifə Qasid uzun və xoşbəxt ömür sürdü. Həmişə də axşamçağı böyük vəzir onun yanına gələndə ürəyi açılardı: leylək cildində olan çağları xatırlayar, doyunca danışıb-gülərdilər. Xəlifənin kefi lap kök olanda isə leylək kimi dizlərini qatlamadan təşəxxüslə otaqda var-gəl edər, dişlərini şaqqıldadar, əllərini eynən qanad kimi çırpar və sonra üzünü qibləyə tutub təzim edər, mənasız yerə “ho-ho-ho” deyərdi…

***

      Səlim Bərux bu hekayəti danışıb qurtaranda tacirlər çox məmnun qaldılar.

      – Həqiqətən, günün necə keçdiyini heç hiss eləmədik, – deyə tacirlərdən biri çadırın qapısını araladı. – Axşam küləyi sərinlik yayır, hələ bir xeyli yol gedə bilərik.

      Yol yoldaşları onun sözü ilə razılaşdılar. Çadırlar yığıldı və karvan düzülüb yola düşdü.

      Bütün gecəni yol getdilər, çünki gecə sərin, səma da ulduzlu idi. Nəhayət, onlar dincəlmək üçün bir yaxşı yer seçib dayandılar, yenə də çadırlar quruldu və dincəlməyə başladılar.

      Bir az dincəlib yuxularını alandan sonra qalxıb yollarına davam eləmək istəyirdilər ki, gördülər, günün şaxıyan vaxtıdır. Qərara gəldilər ki, axşamacan burada gözləsinlər. Çörəklərini yeyəndən sonra yenə bir-birinə yaxın oturdular və cavan tacir tacirbaşıya üzünü tutub dedi:

      – Dünən Səlim Bərux elə elədi ki, vaxtın necə keçdiyini bilmədik. İndi isə, ya Əhməd, bəlkə, siz bizə bir şey danışasınız? Dünyagörmüş adamsınız, ya öz həyatınızdan, ya da bir ayrı hekayət olsun, fərqi yoxdur.

      Əhməd bir xeyli dinmədi, elə bil nə danışacağını fikrində götür-qoy edirdi. Axırda dedi:

      – Əziz dostlar! Bizim bu səfərimizdə hamınız özünüzü sadiq dost kimi aparırsınız. Elə Səlimin özü də həmçinin, ona görə də öz həyatımdan sizə bir şey danışmaq istəyirəm. Onu da bilin ki, mən bu əhvalatı həmişə həvəssiz danışıram, özü də hamıya yox. Sizə söyləyəcəyim hekayət vahimələr gəmisi barədədir.

      VAHİMƏLƏR GƏMİSİ

      Atamın Balsorada kiçik bir dükanı vardı. Nə kasıbdı, nə də varlı. Məni də sadə və düz adam kimi tərbiyə etmişdi.

      On səkkiz yaşım tamam olanda atam ilk dəfə olaraq iri ticarət səfərinə qərar verdi; bütün malını gəmiyə yükləyib başqa ölkəyə göndərdi. Ancaq az sonra atam öldü, görünür, sərvətini dənizə tapşırdığı üçün bu dərdə dözə bilmədi. Bir neçə həftədən sonra məlum oldu ki, atamın yükü gedən gəmi batıb. Bircə təsəllim bu oldu ki, nə yaxşı atam bu xəbəri eşitmədən dünyadan köçdü.

      Mən atamdan nə qalmışdısa, hamısını satıb pula çevirdim. Sadiq nökərimlə birlikdə səfərə çıxıb qürbətdə səadət axtarmağa yollandım.

      Balsora limanından çıxanda səmt küləyi əsirdi. Mindiyim gəmi Hindistana gedirdi. Təxminən iki həftə qorxusuz-xatasız dənizdə üzdük, lakin qəfildən kapitan bildirdi ki, tufan yaxınlaşır. O əmr etdi ki, bütün yelkənləri endirsinlər və gəmimiz axınla yavaş-yavaş üzməyə başladı. Gecə düşdü. Aydın və soyuq bir gecəydi. Kapitan elə bildi ki, tufan xəbərini düz verməyib. Lakin elə bu vaxt bir gəmi lap böyrümüzdən ötüb-keçdi. Göyərtəsindən eşidilən vəhşi çal-çağır səsləri məni yaman heyrətləndirdi. Yanımda duran kapitan isə ayaq üstəcə ölmüşdü. Hüznlə dilləndi: “Mənim gəmim məhv oldu! Ölümün özü üstümüzə gəlir!” Bu qəribə sözlərin mənasını ondan soruşmağa macal tapmamış matroslar çığır-bağırla tökülüşüb gəldilər. “Gördünüzmü o gəmini? – həyəcanla soruşdular. – Vəssalam, axırımızdır”. Kapitan buyurdu ki, Qurandan ayələr deyib Allaha yalvarın. Sükandan isə özü yapışdı. Lakin bunun xeyri olmadı! Qəfildən tufan qalxdı, heç bir saat keçməmiş gəmimiz ləngər vurub dayandı. Qayıqlar o dəqiqə suya salındı, sonuncu matros özünü yenicə qayığa atmışdı ki, gözümüz baxa-baxa gəmimiz batdı və mən açıq dənizdə balaca qayıqda qoca nökərimlə qaldım. Lakin bu hələ harasıydı! Tufan getdikcə şiddətlənirdi, qayıq sözümüzə baxmırdı. Axır ki, böyük bir dalğa qayığımızı çevirdi və СКАЧАТЬ