Ovod. Этель Лилиан Войнич
Чтение книги онлайн.

Читать онлайн книгу Ovod - Этель Лилиан Войнич страница 5

Название: Ovod

Автор: Этель Лилиан Войнич

Издательство: Altun Kitab

Жанр:

Серия: Dünya ədəbiyyatından seçmələr

isbn: 9789952241297 

isbn:

СКАЧАТЬ style="font-size:15px;">      – Cemma, məni düz başa düşmədiniz!

      Artur qıza yaxınlaşanda Cemma çığıraraq geri çəkildi:

      – Mənə toxunmayın!

      – Siz Allah, qulaq asın! Mənim günahım yoxdur… mən… – Artur onun əlindən tutaraq həyəcanla dedi.

      – Rədd olun! Buraxın əlimi! Rədd olun!

      Cemma əlini Arturun əlindən çəkib oğlanın üzünə bir şillə vurdu. Arturun gözlərinə duman çökdü. Bir anlığa Cemmanın rəngi qaçmış üzündən, əllərindən başqa heç nə görmədi. Sonra duman dağıldı… Ətrafına baxıb tək olduğunu gördü.

      Altıncı fəsil

      Artur evlərinə çatanda hava lap qaralmışdı. O, küçələrdə məqsədsiz dolaşdığını xatırlasa da, harada və nə üçün bu qədər gəzdiyini xatırlaya bilmirdi. Yuxarı qalxanda xidmətçilərdən biri ilə qarşılaşdı. Xidmətçi Artura etinasız bir nəzər salıb dedi:

      – Ağalar qonaq gediblər, gec qayıdarlar.

      Artur saata baxdı. Onun kifayət qədər vaxtı var idi.

      Xidmətçi sözünə davam etdi:

      – Xanım elə bu gün sizinlə mühüm bir məsələ haqqında danışmaq istəyir. Xahiş etdi ki, onu gözləyəsiniz.

      – Yaxşı, xanıma deyərsiniz ki, o gələnə kimi yatmayacağam.

      Artur öz otağına keçib qapını bağladı.

      Bəli, hər şeyə son qoymaq lazım idi. Özünü necə öldürəcəyi ilə bağlı aydın bir təsəvvürü yox idi. Ancaq bunu mümkün qədər tez etmək istəyirdi.

      Pəncərənin yuxarısına böyük bir mismar vurulmuşdu. Artur stulun üstünə çıxıb onu yoxladı: mismar möhkəm idi, onu saxlaya bilərdi. Birdən stolun üstündə Montanellinin xətti ilə yazılmış bir məktub gördü:

      “Əzizim! Azad edildiyin gün səni görə bilmədiyim üçün çox məyusam. Məni yas yerinə çağırıblar. Sabah səhər tezdən yanıma gəl”.

      Artur ah çəkib məktubu yerinə qoyarkən düşündü: “Zavallı padre!”

      Küçədə insanlar gülür, danışırdılar. Arturun dünyaya gözünü açandan bəri heç bir şey dəyişməmişdi. Ətrafda heç bir şey insan qəlbinin, canlı bir insan qəlbinin şikəst olması ilə başqa bir şəklə düşməmişdi. Fontanlarda fəvvarə vuran sular parıldayır, sərçələr civildəşirdi, onlar dünən də belə civildəşirdilər, sabah da civildəşəcəklər… Amma o… artıq ölüb.

      Artur çarpayının qırağında oturub əllərini söykənəcəyin üzərində çarpazladı, başını əlləri üzərinə qoydu.

      …O, qapı zənginin səsini eşidib qorxu içində yerindən qalxdı. Budur, onlar gəldilər, amma o mürgüləyərək bu cür qiymətli vaxtı əldən vermişdi. Özünü öldürə bilməmişdi! İndi bu insanların üzünü görəcək, ədavətli səslərini eşidəcəkdi!…

      Artur döşəkağını götürüb tələsə-tələsə cırmağa başladı. Pilləkəndə ayaq səsləri eşidildi. O tələsir, ayaq səsləri isə yaxınlaşırdı. Qan gicgahlarında vurur, qulaqlarında səslənirdi. Tələsmək lazımdır. İlahi! Beşcə dəqiqə vaxt olsaydı!

      Qapı döyüldü. Döşəkağı parçaları Arturun əlindən yerə düşdü. O, tərpənmir, nəfəsini qısaraq diqqətlə qulaq asırdı. Yuliyanın səsi eşidildi:

      – Artur, qapını açın, biz gözləyirik

      – Artur! – Bu Cemsin səsi idi. – Yatmısan?

      Artur tez yatağını düzəltdi, otağa göz gəzdirdikdən sonra qapını açdı.

      Yuliya qəzəblə içəri keçdi:

      – Artur, mənə elə gəlir ki, siz bizi gözləyə bilərdiniz. Yarım saatdır, sizin qapını açmağınızı gözləyirik.

      – Əzizim, biz cəmi dörd dəqiqə gözlədik. Artur, mənə elə gəlir ki, sən… – Cems qorxa-qorxa dilləndi.

      – Sizə nə lazımdır? – deyə Artur onun sözünü kəsdi.

      – Mən sizin qanunu pozanlarla, araqarışdıranlarla əlaqəniz haqqında danışmağı özümə borc bilirəm.

      – Sonra?

      – Mən inanmaq istəyirəm ki, sizi pis yoldaşlarınız yoldan çıxarıb və cavanlığınızı, təcrübəsizliyinizi… bir də… bir də… ananızdan sizə keçən ağılsızlığınızı nəzərə almağa hazıram. Amma mən öz evimdə adımızı ləkələmiş bir adamın yaşamasına yol verə bilmərəm.

      – Yaxşı, sonra?

      Yuliya əlindəki yelpiyi dizləri üstə atıb çığırdı:

      – Artur, siz bu “sonra” sözündən başqa bir söz deyəcəksiniz, ya yox?

      – İstədiyiniz kimi eləyə bilərsiniz. Mənim üçün fərqi yoxdur, – Artur ağır-ağır dilləndi.

      – Fərqi yoxdur? – Cems heyrətlə soruşdu.

      Yuliya qəhqəhə ilə gülərək oturduğu stuldan qalxdı:

      – Bir sözə bax! Fərqi yoxdur! Mən demişdim ki, bunlara üz verməyin axırı belə olacaq!… Bir katolik keşişinin oğlunun nazı ilə oynadığımız bəsdir! Daha vaxtdır, qoy anasının kim olduğunu bilsin! Alın oxuyun!

      Yuliya cibindən əzilmiş bir kağız çıxarıb Arturun üstünə atdı. Artur kağızı açan kimi anasının xəttini tanıdı.

      Məktubdakı tarix göstərirdi ki, o, Artur anadan olandan dörd ay əvvəl yazılıb. Arturun anası ərinə yazdığı bu məktubda hər şeyi etiraf edirdi. Məktubun altında anasının imzasından sonra qətiyyətlə qoyulmuş bir imza da vardı: “Lorens Montanelli”. Artur bir neçə dəqiqə mənasız bir nəzərlə məktuba baxdı. Sonra bircə kəlmə də demədən kağızı büküb stolun üstünə qoydu.

      Cems Yuliyanı otaqdan çıxardıqdan sonra oturub mülayim ifadə ilə danışmağa başladı:

      – Artur, çox təəssüf ki, iş bu yerə gəlib çatdı. Amma özünüzü təmkinli aparmağınız xoşuma gəlir. Yuliya bir az həyəcanlı idi.

      Artur hələ də tərpənmirdi.

      – Əlbəttə, bu, pis hadisədir. Mənim atam elə alicənab idi ki, anan ona xəyanət etdiyini deyəndə onu boşamadı. O, yalnız tələb СКАЧАТЬ