Hekayələr. Cəfər Cabbarlı
Чтение книги онлайн.

Читать онлайн книгу Hekayələr - Cəfər Cabbarlı страница 7

Название: Hekayələr

Автор: Cəfər Cabbarlı

Издательство: Altun Kitab

Жанр:

Серия: Hekayə ustaları

isbn: 9789952243017 

isbn:

СКАЧАТЬ qurtarırdı. Züleyxa dolanmağın mümkün olmadığını görüb bir evdə qulluqçu dayandı. Hər axşam qardaşının yanına gəlirdi.

      Əsgər də özünə bir arvad almışdı. Arvad Kamili incitdiyindən Kamil qüssə edirdi, hər gün xəlvəti anasının yanına gəlirdi. Atasından aldığı xərcliyi gizlin anasına verirdi, hərdən də anasının ağladığını görüb deyirdi:

      – Ağlama, ana, məktəbi qurtaran kimi səni hər dərddən xilas edəcəyəm, hələ indi mən də atamın əlinə baxıram.

      Aslan lap taqətdən düşmüşdü. Daha tərpənə bilmirdi. Züleyxa min əzabla onu saxlayırdı. Bir gün o da naxoşladı.

      Onlar günlərlə evdə ac qaldılar. Aslan o yan-bu yanı axtarıb tapdığı tör-töküntüdən bacısına verirdi, özü yemirdi. Hətta naçar qalıb, utana-utana dilənməyə məcbur oldu. Bir dəfə axşam vaxtı Fərhad yol ilə gedəndə dilənçiyə pul vermək istədikdə, birdən hövlnak geri atıldı, bu sifətdən dönmüş zəif dilənçini tanıdı, – o, ömrünü qardaş yolunda sərf edən Aslan idi. Tez bir beşlik verib, ətrafa baxaraq qaçıb getdi.

      O gecə Fərhad xəyalatdan yata bilmədi. Züleyxa hələ naxoş idi. Qonşu arvad onlar üçün bir çörək gətirdi. Aslan ona təşəkkür edəndə, arvad ah çəkib dedi:

      – Allah belə qardaşa lənət eləsin ki, səni bu bəlaya saldı, el arasında rüsvay elədi. İndi sənin halından heç xəbər də tutmur. Hələ üç gün bundan qabaq bir oğlu da olub.

      Aslan bunu eşitcək tez ayağa qalxdı, lakin zəiflikdən özünü saxlaya bilməyib yıxıldı, bir də qalxdı:

      – Ah, xain qardaş, – dedi, – ah, can anam! Mən əhdimə vəfa etdim, oğlunu saxladım… Daha tab gətirə bilmirəm…

      Qonşu arvad getdi.

      Züleyxa Aslanın halını pis görüb, tez yerindən durdu:

      – Qardaş, – dedi, – heç fikir eləmə. Allah özü onlara cəza verər.

      Aslan dedi:

      – Yox, bacı, daha bəsdir mən bu qədər əzabla dünyada qaldım, sənə də əzab verdim. İndi mən gedirəm… anamın yanına… Səndən çox razıyam. Anama deyərəm ki, bir Züleyxa sənin sözlərinə əməl etdi. Məni, halal et, bacım, – deyə yerə yıxılıb öldü.

      Züleyxa özü naxoş, bilmirdi ki, nə etsin. Tamamilə özünü itirmişdi. Anası yadigar qoyduğu örtüyü çıxarıb Aslanın üzünə sərdi. Pul yox idi, onu dəfn elətdirsin. Qonşular yığıldılar. Züleyxa biixtiyar ayağa qalxıb, Fərhadgilin evinə getdi ki, xəyanətin nəticəsini ona bildirsin. İçəri gircək, Gülzar illərdən bəri görmədiyi və görmək istəmədiyi Züleyxanı görüb, “burada bir iş var ki, bu bizə gəlib”, – deyə tez onun bayıra çıxmasını tələb etdi. Züleyxa bu işdən daha da qeyzə gəlib:

      – Qardaşımın evidir, gəlmişəm, sənə nə var, – dedikdə, Gülzar qulluqçuya him elədi ki, Züleyxanı bayıra çıxartsın. Qulluqçu Züleyxanı itələyib, bayıra çıxartdı. Züleyxa qapıya söykənib ağlamağa başladı.

      – Ah, nə səbəbə əziz qardaşımın intiqamını xain qardaşımdan almayım, – deyə yaxında olan aptek maqazininə gedib, bir az zəhər istədi. Aptekçi Züleyxanın halını görüb: “özünü öldürmək istəyir” deyə, vermədi. Züleyxa yalvarmağa başladı. Axırda aptekçinin ona yazığı gəlib, üstündə zəhər adı yazılmış bir şüşəyə bir qədər gülab töküb ona verdi. Züleyxa yavaş-yavaş Gülzargilə gəlib xörək otağına girdi və şam etmək üçün hazırlanmış qablara bir qədər zəhər tökmək istədikdə, Fərhad qapını açıb içəri girdi. Şüşəni onun əlindən alıb, üstündə zəhər adını görcək çığırıb dedi:

      – Mənimi zəhərləmək istəyirsən?!

      – Səni zəhərləmək istəyirəm! Səni!

      Fərhad Züleyxanın boğazından yapışıb stol üstünə yıxdı və bir vaxt buraxdı ki, Züleyxa ölmüşdü. Fərhad bacısının tappıltı ilə yerə dəydiyini görüb, özünü itirdi və titrəməyə başladı. Bacısına rəhmi gəldi, tez yüyürüb onu qucaqladı və titrək əlləri ilə onu tərpətdi, öldüyünü bilib qalxdı, dal-dalı otaqdan çıxdı. Sabahısı qəzetlərdə yazıldı ki, məşhur mühəndis Fərhadın bacısı zəhər içib özünü öldürmüşdür.

      Kamil bunu eşitcək tez məhəlli-hadisəyə gəldi. Şüşənin üstündə aptekin adını oxuyub, tez aptekçinin yanına getdi ki:

      – Nə haqla anama zəhər satmışsınız?

      Aptekçi məlum etdi ki:

      – Mənim ona yazığım gəldiyi üçün zəhər əvəzinə, gülab vermişəm.

      Kamil bunu eşitcək, tez həkim götürüb, ora getdi. Həkim, Züleyxanın cənazəsinə baxıb dedi ki:

      – Bu zəhərlə ölməyib, bunu boğublar. Hələ boğazında da bəzi nişanələr qalıbdır.

      Züleyxanın boğazındakı nişanın Fərhadın mürəkkəbindən olduğunu sübut etdilər. Kamil bu məlumatı və orada iştirak edən şəxslərin adını yazıb, sandığında gizlətdi.

      İki bədbəxti, iki bədbəxt bacı-qardaşı bir gündə məzara tapşırdılar.

      Fərhad bir qədər pul xərcləyərək, özünü qurtardı.

      Lakin insanlar məhkəməsindən özünü pul ilə xilas edən Fərhad, vicdan və həya məhkəməsində də özünü xilas edə bilərdimi? Heyhat!..

      Həya və vicdan Fərhadı içindən bir vəhşi kimi çeynəyir, iti çəngəlli bir pələng kimi onu didirdi. Fərhad hara gedirsə, bu hal onu təqib edirdi. Nə qədər şad və fərəh-əfza bir yerdə olsa, Fərhad bir qədər asudə qala bilmirdi. Şadlığın ən dərin bir yerində, zalım əlləri ilə Züleyxanın zərif boğazından yapışdığı gözünün qabağına gəlirdi. Fərhad dərhal hövlnak geri çəkilir, çırpınmağa başlayırdı, adamlar onun başına yığılırdı. Fərhad bir azdan sonra yenə ayılırdı. Bu, bir dəfə olmadı. Camaat Fərhadın dəli olduğunu zənn etdi. Doğrudan da, Fərhad daima əzab içində idi: o, sifətdən də dönmüşdü: həmişə tutqun, mütəfəkkir və qəmli idi: heç üzü açılmırdı. Tutduğu işlər xəyalından keçəndə öz-özünə deyirdi: “Ah, bu qədər də vəhşilik olarmı ki, mən etdim! Bu nə vicdansızlıqdı! Həyatını yolumda sərf edən əziz qardaşımı günəşin ziyasından məhrum edib, dilənçiliyə qədər endirdim. Yadımdadır o gecə… Bütün aləmi qaranlıq, hüzn, kədər bürümüşdü, mən yolla gedirdim, gördüm, iki gözdən kor olan qardaşım əllərini açıb yalvarır: “Din qardaşlarım mənə kömək edin, Allah sizi mənim kimi zəlil eləməsin!” Ah, öz bacımı, mən zalım, mən vəhşi öz əlimlə boğub öldürdüm… Əcəba, qiyamətdə anama nə cavab verəcəyəm?..”. Fərhad tamamilə özünü itirirdi. Bir gün qəbiristana СКАЧАТЬ