Hekayələr. Cəfər Cabbarlı
Чтение книги онлайн.

Читать онлайн книгу Hekayələr - Cəfər Cabbarlı страница 6

Название: Hekayələr

Автор: Cəfər Cabbarlı

Издательство: Altun Kitab

Жанр:

Серия: Hekayə ustaları

isbn: 9789952243017 

isbn:

СКАЧАТЬ gözlərindən elə bir sancı qalxdı ki, dərəcəsini göstərmək qabil deyil, sanki bir kürə od onun gözlərinin içinə tökülüb yandırdı. Aslan gözləri yumulu çalışırdı ki, tez özünü həkimə yetirsin. Amma gah bu divara, gah o divara toxunurdu. Axırda qulluqçu onun əlindən tutub bayıra çıxardı və Aslanın xahişinə görə bir fayton çağırıb onu mindirdi. Aslan həkimə gedib məxşuş bir halda yalvardı ki, ona kömək etsin. Həkim tez Aslanın gözlərini yudu, dərman tökdü. Aslan bir yandan ömrünü yolunda sərf etdiyi bir şəxsin xəyanəti təsirindən, bir yandan da gözlərinin sancısından zar-zar ağlayırdı.

      Fərhad həmin gün özünə bir evdə ev tutub, ahəstəcə bir arvad göndərib, Gülzarı qurtarmaq üçün öz yanına apartdırdı. Heç kəs bilmədi ki, Gülzar hara getdi. Atası və qardaşı onu nə qədər axtardılarsa, tapa bilmədilər.

      Züleyxa qardaşına üz verən bədbəxtliyi eşidib tez özünü qardaşına yetirdi: qardaşını gözləri bağlı xəstəxana libasında görəndə az qaldı ki, bağrı çatlasın. Özünü qardaşının üstünə atıb:

      – Ah, qardaş, axır qəza səni nə bəlalara saldı!.. Can, əziz qardaşım! – deyə ağlamağa başladı.

      Aslan bacısının səsini eşitcək, qalxıb gözlərini açmaq istədi, amma mümkün olmadı. Gözləri yumuldu, əlini dolandırıb, qollarını bacısının boynuna saldı:

      – Ah, bacı, görürsənmi mənə nələr edirlər?.. – deyə ağlamaqdan axıb bacısının qucağına yıxıldı.

      Altı ay Aslan xəstəxanalar küncündə çürüyüb, olan-olmaz pullarını həkimlərə verdi. Amma gözləri bir də günəşin zərrin şüalarını görə bilmədi: gözləri ət gətirib, göz pərdələrinin qabağını örtdü. Həkimlər nə qədər çalışdılarsa, heç bir növlə Aslanın gözlərini həmin ətlərdən xilas edib sağalda bilmədilər. İndi Aslanın ürəyində heç bir şey yox idi, ancaq gecə-gündüz Allaha yalvarıb, barı bir gözünə zəif də olsa, işıq gəlməsini təmənna edirdi. Amma əfsus!.. Zaman dolanır, lakin Aslanın gözlərinə işıq gəlmirdi. Axırda Aslan bir tərəfdən tamam pullarının qurtardığından, digər tərəfdən də gözlərinin sağalmasından naümid olub, həkimlərdən əl çəkərək, öz evinə qayıtdı. Göz yox, bir yerdən gəlir yox, bu qədər dərd, qüssə, fikir, xəyalət, evdə tək bir həmdəm yox… İndi Aslan Allahdan ancaq ölüm istəyirdi.

      Züleyxa tez-tez gəlib Aslana baş çəkirdi. O da dərddən lap sınıxmışdı, gözləri çuxura düşmüş, yanaqları saralmışdı.

      Əsgər, Aslanın bu fəlakətini eşidib, nə qədər onu görmək istəməyirdisə də, indi ona rəhmi gəlirdi. Züleyxanın hər vaxt Aslana baş çəkib, ona müavinət etməsinə mane olmayırdı. Züleyxa qardaşının tək evdə qalıb daha da qüssə etdiyini və gündən-günə zəiflədiyini görüb, xəlvət evdə bağrı çatlamasın deyə, Əsgərə yalvardı ki, Aslanın evlərinə gəlməsinə razı olsun.

      – Əsgər, əzizim, ola bilər ki, məni sevməyəsən, amma necə olsa, mən sənin övrətinəm, barı oğlumuzun xatiri üçün bu bir kəlmə sözümü qəbul elə: qoy Aslan gəlib evimizdə qalsın. Əsgər, başına dönüm…

      Əsgər xah-naxah Züleyxaya ixtiyar verdi. O gündən Züleyxa öz qardaşını gətirib sakit elədi. Ancaq Aslan əvvəlki adam deyildi. Gecələri o, ağır yuxular görürdü. Biçarə, hövlnak ayağa qalxıb bağırır, qanlı yaşlar arasında deyirdi: “Ox, xain qardaş, mənə xəyanət, mənə zülm… Mən ömrümü sənin yolunda sərf etdim, bumu axırıncı mükafat?!”.

      Züleyxanın balaca oğlu Kamil ilə o, bir tövr gününü keçirirdi. Amma Əsgər daima deyinir, bir iş olcaq qışqırır, bağırır, heç şey üstə Züleyxanı söyür, incidirdi. Aslan bunları eşidirdi, bacısının bu qədər əzab çəkdiyini görəndə ruhu inciyirdi. Lakin nə etməli idi?! Pullar qurtarıb, göz yox, dolanacaq yox, məcburən səbir etməli idi. Biçarə zəifləmişdi, qırışıq üzünü tük basmışdı, kədərli bir görkəm almışdı.

      Kamil daima Aslanın yanında oturur, Aslan onun üçün nağıl danışıb güldürürdü. Kamil isə Aslanı ürəkdən sevirdi. Bir dəfə Əsgər çay içəndə Aslan gözü yumulu gəlib, birdən çaya toxundu. Çay Əsgərin üstünə dağıldı. Əsgər bundan təngə gələrək, o saat yerindən durub, Aslanın üzünə bir şillə vurdu. Aslan bir söz deməyib ağlamağa başladı və əlini göyə qaldırıb dedi:

      – Pərvərdigarə, mən nə bəd əməldə olmuşdum ki, məni bu qədər zülmə düçar elədin?

      Əsgər bunu görüb:

      – Evimdə qaldığın bəs deyil, hələ bir məni qarğıyırsan da, – deyib Aslandan evdən getməsini tələb etdi. Züleyxa nə qədər yalvardısa, mümkün olmadı. Əsgər Züleyxanın da yalvarmasından təngə gəlib, ondan da evi tərk etməyi tələb etdi. Züleyxa kor-peşman qardaşının əlindən tutub, bacı-qardaş ağlaya-ağlaya öz köhnə evlərinə gəldilər.

      Aslan gün-gündən zəifləyirdi. Züleyxa da hər gün ağlayır, Fərhada qarğıyırdı ki, nə üçün onları bu qədər bəlaya saldı. Hərdən Züleyxa Kamili küçədə görür, bağrına basıb ağlayırdı. Zalım Əsgər ananı öz balasından ayırdığı bəs deyil, Kamili anasının yanına getməyə də qoymurdu.

      Aslan bütün olan-olmazını xərcləmişdi. Züleyxa hərdən ev şeylərindən satıb xərcləyirdi. Fərhad isə özünü Gülzarla bir xəlvətə çəkib rahat yaşayırdı. Fərhad arabir küçədə görünürdüsə də, amma Gülzarın harada olduğunu heç kəs bilmirdi. Fərhad qulluqdan çıxanda daha bir yana əyilməyir, tez evə qayıdırdı. Gülzar isə qorxudan əsla bayıra çıxmırdı. Bir dəfə qarı arvad Gülzarın anasıgilə gəlib, söhbət arasında birdən çaşıb dedi:

      – Dünən Gülzar xanımgildə idim. Fərhad da… – Birdən işin gizli olduğunu düşünüb, səsini kəsdi. Gülzarın qardaşı bunu eşitcək tez qarıdan tələb etdi ki, Gülzarın yerini desin. Qarı əvvəl demək istəmədi. Amma Əhməd ölüm təhdidilə ona dedirtdirdi. Bu neçə vaxtda Əhməd bacısının belə namussuzluğundan narahat olub, daim intiqam qəsdilə onu axtarırdı. Bacısının xəyanətindən zəlalətə düşmüş Aslana tez-tez baş çəkirdi və ona az da olsa, şey alıb aparırdı. Gülzarın sorağını alcaq Əhməd çox şadlandı, bu gecə nə sayaq olsa üstlərinə atılan bədnamlığı bacısının qanı ilə yumağa qərar verdi.

      Qarı bunu görüb, tez Gülzargilə gəldi, əhvalatı Gülzara söylədi. Gülzar da tez Fərhada dedi. Gecə Fərhad əhvalatı xəfiyyə polisinə xəbər verdi. Onlar da bir dəstə gəlib pusquda dayandılar. Gecədən bir qədər keçmiş Əhməd əlində bıçaq Gülzargilin evinə gəldi. Yavaşca özünü hazırlayıb qapını döydü. Bu halda xəfiyyəçilərdən biri qapını açdı. Əhməd içəri gircək dörd tərəfdən onu bürüdülər. Əhvalatı başa düşən Əhməd tez geri döndü. Bayırda onunla üz-üzə gələn xəfiyyəçini görüb, qaçmağa yol olmadığı üçün, əlindəki bıçağı onun ürəyinə sancdı. Polis nəfəri yıxıldı. O birilər tez yüyürüb Əhmədi tutdular. Bu anda onun СКАЧАТЬ