Название: Hekayələr
Автор: Ömər Seyfəddin
Издательство: Altun Kitab
Серия: Hekayə ustaları
isbn: 9789952241792
isbn:
Rəsan arxasını çevirmiş, gözləri pəncərədən qapqara bir duman kimi görünən gecəyə dalmışdı. Suat stulda dikəldi. Qızın qarşısına keçib yemək masasına dirsəkləndi. Rəsanın gözləri hələ daldığı yerdən qurtula bilmirdi. Əlini tutdu.
– Bu dalğınlıq nədir, Rəsan?
– Heç.
– Söylə, söylə.
Gənc qızın gözləri sanki yorulmuşdu. Suatın əllərindən çəkdiyi əliylə gözlərini ovuşdurdu.
– Bu qaranlıqları heç sevmirəm. Mənə elə gəlir ki, bütün fəlakətlər bax bu ulduzsuz, aysız gecələrin içində gizlənib!
– Olduqca şairanə, yəni olduqca yanlış bir fikirdi.
– Nə isə, mən burada oturacağam, istəsən, sən bağçaya çıx.
– Onda mən də burada oturaram, cicim20.
Şıq geyinmiş gənc oğlan elə indicə anasının qalxdığı stulu Rəsanın yanına çəkdi. Əynində ağ şalvar, incə, lacivərd rəngli bir jaket vardı. Cibindən zərif bir tütünqabı çıxardı. İçindən bir siqar götürüb gənc qıza verdi.
– İstəmirəm, ürəyim istəmir…
– Al, al, qaranlıq düşməni. Çəkməyə başladınmı, ürəyin istər!
Siqarı öz əliylə Rəsanın gözəl dodaqlarına toxundurdu. Bir kibrit çəkdi. Əvvəl onunkunu, sonra öz siqarını yandırdı. Çıxan dumanlar içindən dərin-dərin bir-birinə baxdılar. Lap kiçik yaşlarından bəri sevişirdilər! Suat:
– Yalnız qaranlıq deyil, – dedi, – səndə başqa bir şey var.
– Nə kimi?
– Əhvalında bir durğunluq var.
– Heç bir şey yoxdu!
– Var, var, söylə.
– Nə ola bilər?
– De, bilim.
Rəsan aralıq qapıya baxdı.
– Təbii ki, onsuz da bilməlisən.
Suat duruxdu:
– Söylə, əzizim.
İçəri girən xidmətçi qız boşqabları yığışdırmağa başladı. Bufetin önündə səliqə ilə üst-üstə qoydu. Örtüyü götürdü. Çıxınca Suat təkrar:
– Nə söyləyəcəkdin ki? – deyə soruşdu.
Rəsan nərmənazik, süni, aktrisa tövrlü, saxta bir qız deyildi. Son dərəcə həssas, doğru, səmimi, sərbəstdi. Ağır bir səda ilə:
– Artıq evlənməliyik, Suat… – dedi.
– Əlbəttə, Rəsanım. Biz onsuz da bunu planlaşdırmışdıq.
– Hə, amma ləngimədən evlənməliyik, ləngimədən. Bu ay, hətta bu həftə içində.
– İki-üç aya qalmaz, diplomu alıram. Hələ təhsilim bitməmiş evlənmək mənə bir az məhəllə uşaqlığı kimi gəlir.
– Məcburuq.
– Niyə?
– Çünki…
Gənc qız gözlərini aşağı dikdi. Uzun, qumral kirpikləri gözlərini tutdu.
– Uşağımız olacaq! – dedi.
– Hamiləsən, cicim?
– Hə.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
1
Vapur – bərə, dəniz nəqliyyatı
2
Yüzbaşı – kapitan. Türk ordusunda 6 illik rütbə
3
Xoca – müəllim
4
Fəs – kişi papağı. Adı Mərakeşin Fəs şəhərindən götürülmüşdür. Osmanlı imperiyası və ondan asılı olan ölkələrin (Mərakeş daxil olmaqla) şəhər əhalisi və kənd ziyalıları arasında dəbdə olmuşdur. Gənclər, əsasən, qırmızı və ya yaşıl rəngli, yaşlılar isə qara və ya tündrəngli fəs qoyurdu. Fəs kəsik konus formasında astarlı olur, yuxarı kəsiyə rəngli saplardan 10-15 sm uzunluqda qotaz bənd edilirdi. Mahud və digər qiymətli parçalardan tikilirdi.
5
Okka (ərəb.) – Asiya və ərəb ölkələrində işlədilən qədim ölçü vahidi; okkanın ağırlıq ölçüləri dövrə görə dəyişilmişdir. İslamiyyətdən öncə bir okka 2 kq 564 q ikən, islamiyyətdən sonra, əsasən də XX əsrin əvvəllərində bir okka 1 kq 282 q hesab olunurdu. Türkiyə Cümhuriyyəti qurulduqdan sonra 1931-ci ildə qəbul olunmuş qanuna görə, okka da daxil olmaqla köhnə uzunluq və çəki ölçüləri yeniləri ilə əvəzlənmişdir.
6
Anadolu Şimendifer Şirkəti – dəmiryol şirkəti. “Simendifer” fransızca – dəmir yolu, funikulyor deməkdir.
7
СКАЧАТЬ
20