Название: Hekayələr
Автор: О. Генри
Издательство: Altun Kitab
Серия: Hekayə ustaları
isbn: 9789952241778
isbn:
– Lütfən, izah edin, nə üçün bu vərəqələri mənə verdiniz? Bunun mənası nədir axı? – soruşdu.
Qaradərili dişini ağardaraq və əli ilə ona işəgötürənin reklamını göstərərək:
– Odur, – dilləndi. – Təəssüf ki, birinci hissəsinə gecikdiniz!
Baxışıyla qaradərilinin nişan verdiyi səmti izlədi. Teatr salonunun giriş qapısı üzərində gözqamaşdırıcı elektrik hərfləri ilə yazılmış yeni tamaşanın adı aydın oxunurdu: “YAŞIL QAPI”.
– Eşitmişəm ki, birinci növ pyesdir, cənab, – qaradərili dilləndi. – Teatr nümayəndəsi bu vərəqələri həkimin vərəqəsi ilə birlikdə paylamağım üçün mənə yaxşı pul təklif etdi. İstəsəniz, sizə həkimin də vərəqəsini verə bilərəm, cənab.
Rudolf evə tələsmədi, yaşadığı məhəllənin tinindəki bir guşədə bir parç pivə içmək və siqaret çəkmək istədi. Siqaretini çəkib qurtaran kimi küçəyə çıxdı, paltosunun bütün düymələrini bağladı, şlyapasını boynunun arxasına doğru itələdi və yaxınlıqdakı küçə fənərinə üzünü tutaraq qəti şəkildə etiraf etdi:
– Hər halda, inanıram ki, o qızı tapmağım üçün mənə yol göstərən taleyin özüdür ki var!
PUL VƏ MƏHƏBBƏT
Keçmiş fabrik sahibi və “Evrika” sabununun patentçisi olan qoca Entoni Rokvoll Beşinci küçədə yerləşən evinin pəncərəsindən boylanıb gülümsədi. Sağ tərəfdə yaşayan qonşusu – aristokrat və klubmen C. van Şuylayt Saffolk-Cons fasadı İntibah38 dövrünün heykəltəraşlıq əsərləri ilə bəzədilmiş qonşu saraya nifrətlə baxıb onu gözləyən maşına əyləşdi.
– Müflis olmuş qoca müqəvvanın lovğalığına bax! – keçmiş sabun kralı düşündü, – sağlamlığının qeydinə qal da, yoxsa tezliklə yerin muzey olacaq. Gələn yay bütün fasadı qırmızı, ağ və göy zolaqlarla bəzəyəcəm – onda görərik holland burnunu necə sallayacaqsan.
Elə bu vaxt bütün ömrü boyu qapı zənglərindən xoşu gəlməyən Entoni Rokvoll kitabxananın qapısına yaxınlaşıb elə səslə “Mayk!” deyə bağırdı ki, bir vaxtlar o səs Kanzas çöllərində eşidiləndə az qalırdı göy üzü yerindən oynayıb Kanzas düzünün üstünə düşsün.
– Oğluma deyin ki, evdən çıxmazdan əvvəl yanıma gəlsin, – gələn xidmətçiyə əmr etdi.
Gənc Rokvoll kitabxanaya gələndə qoca qəzeti kənara qoyub tamamilə qırışsız çəhrayı sifətinə səmimi bir ciddiyyət verərək ona baxdı; bu vaxt o, bir əli ilə çallanmış saçlarını qarışdırır, bir əliyləsə cibindəki açarları cingildədirdi.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.
1
Çariça Savskaya (ivrit. Malkat Şva, fars. Melikat Saba, ərəb. Balkis) – əfsanəvi Səba (Şeba) padşahlığının (müasir Yəmən dövlətinin ərazisində yerləşirdi) çariçası; e.ə. X əsrdə mövcud olduğu bildirilir. Bibliyada onun adı çəkilməsə də, Yerusəlimi, çar Solomonu (Süleyman peyğəmbər) ziyarət etdiyi qeyd olunur. Quranın 27-ci surəsində də Balkis adı ilə cin insan kimi təqdim edilir. Tarixi faktlar belə bir qadın rəhbərin olmadığını bildirsə də, Yaxın Şərq, Şimali Afrika və bir sıra Avropa ölkələrinin folklorunda adıçəkilən xanımın gözəlliyi və şücaəti haqqında bəhs edilir. Azərbaycan folklorunda onun adı Bilqeyis xatun adı ilə Süleyman peyğəmbərin hərəmi kimi qeyd olunur.
2
Çar Solomon – Süleyman peyğəmbər, Davud peyğəmbərin oğlu. Tövrata görə, e.ə. 965-928-ci illərdə hakimiyyətdə olmuş üçüncü yəhudi çarı. Bütün səmavi dinlərdə müdriklik və ədalət simvolu kimi təqdim olunur. Dini rəvayətlərə görə, quşların və heyvanların dilini bilirmiş.
3
Rembrandt (1606-1669) – məşhur Niderland rəssamı
4
Emil Valdteyfel (1837-1915) – Fransa bəstəkarı, dirijor və pianoçusu
5
Friderik Şopen (1810-1849) – dünya şöhrətli Polşa bəstəkarı, pianoçusu
6
Qızıl darvaza – bu körpü San-Fransisko (ABŞ) şəhərinin ən gözəl arxitektur nümunələrindən biridir. Onun tikintisi 4 il davam etmişdir və keçən əsrin 37-сi ilində tamamlanmışdır. Körpünün uzunluğu 1970 metr, asılı hissəsinin uzunluğu isə 1280 metrdir. Avtomobil yolu 6 cərgəlidir. Körpünü həm piyada, həm də velosipedlə keçmək olar.
7
Hatteras burnu – ABŞ-ın Şimali Karolina sahilində burun. Gözlənilməz tufan, duman və burulğanları olduğu üçün buraya “Gəmi qəbiristanlığı” da deyilir. Dünyanın ən böyük mayaklarından (60,5 m) biri buradadır.
8
Qorn burnu – Cənubi Amerikanın Odlu Torpaq arxipelaqının ən ucqar nöqtəsi. Qorn adasının sahilində yerləşən bu burun 1616-cı ildə holland səyyahları tərəfindən tapılıb.
9
СКАЧАТЬ
38