Hekayələr. Cəlil Məmmədquluzadə
Чтение книги онлайн.

Читать онлайн книгу Hekayələr - Cəlil Məmmədquluzadə страница 5

Название: Hekayələr

Автор: Cəlil Məmmədquluzadə

Издательство: Altun Kitab

Жанр:

Серия: Hekayə ustaları

isbn: 9789952242201

isbn:

СКАЧАТЬ qulaqları da, deyəsən, var, bir-iki ayağı da var, altında beş dəfə əlif yazılıb və bundan savayı beş-altı yumru şey çəkilib. Bunların hamısı karandaş ilə yazılıb, elə naşı, kobud yazılıb ki, bunu uşaqdan savayı heç kəs yaza bilməz.

Xoşuma gəlmədi, çağırdım uşaqları:

– Ədə, genə divarları yazırsınız?

Üçü gəldi durdu yazının qabağında.

– Hansınız yazmısınız?

Üçü də dandı.

– Elədə pəs şeytan yazıb?

– Dədə, vallah, mən yazmamışam.

– Dədə, mən də yazmamışam.

Balaca Qurban da: “Mən yazmamışam” – deyə-deyə əllərini üzünə qoyub ağlamağa başladı.

Mən deyinə-deyinə bir əsgi tapıb yazını təmizlədim və deyinə-deyinə çəkildim getdim. Amma bunu eşidirdim ki, Heydər Teymura deyirdi: – Sən yazmısan, Teymur da Heydərə deyirdi: – Sən özün yazmısan.

Burada ağlayan oğlum Qurban qaça-qaça gəldi yanıma, guya ki bir böyük xəbər gətirib.

– Dədə, o yazını Heydər yazıb, vallah, dədə, Heydər yazıb.

Heydər də acıqlı-acıqlı gəldi durdu Qurbanın qabağında və əllərini ata-ata elə hirsnən cavab verdi ki, az qalırdı, əllərini soxa uşağın gözünə. Mən acıqlandım və üçü də sakit olub istədilər gedələr, mən onları saxladım və bunu dedim:

– Mən sizdən o qədər divarı yazmağınızdan ötrü incimirəm, nə qədər ki sizin danmağınıza inciyirəm, sizin qorxudan yalan danışmağınıza inciyirəm. Ona inciyirəm ki, söz yox, divarı yazan üçünüzdən birinizdi, amma üçünüz də and-aman eləyirsiniz ki, siz yazmamısnız. Pəs sizdən savayı bu evdə uşaq ki yoxdu.

Genə uşaqlarım başladılar and-amanı, bir-biri ilə deyişməyi.

Aradan beş-on gün keçmişdi. Haman divarda, qapının dalında, haman davalı cızma-qara pozulan yerdə gördüm, genə haman yazı: heyvan kimi bir şeyə oxşayır, altında bir neçə əlif yazılıb, yanında bir neçə yumru yazıya oxşar bir şey çəkilib.

Hirsləndim. Uşaqları çağırdım. Genə haman and və qəsəm, genə bir-birinin üstünə atmaq, genə göz yaşı.

Mən bu dəfə o qədər incidim ki, o günü bidamağ oldum və çörək yeyə bilmədim. Ürəyim ona sıxılırdı ki, üç uşağımın biri başlayıb naxələflik göstərməyə; həmi mənim tərbiyəmi pozub divarı xarab edir, həmi and-aman ilə mənə bu qədər bərk-bərk yalan satır və beləliklə, öz qorxaqlığını açıq-açığına bildirir.

Bu da keçdi və bir iki aydan sonra bu giley-güzar başladı yaddan çıxmağa.

Amma bir gün mən gecə bərk dilxor oldum. Balkondan keçirdim, gördüm, divarda genə haman cızma-qara, haman heyvana oxşar bir şey, altında bir neçə əlif, yanında bir neçə yumru-yumru yazılar.

Bu dəfə uşaqlara bir söz dəxi demədim, öz-özümə fikir elədim ki, əgər mənim uşaqlarımın biri inada düşüb məni qəsd ilə incitmək istəyir, qoy burada bir söz deməyim, bəlkə, öz-özünə düşünə ki, bu iş özü hər babətdən pis işdir.

Digər tərəfdən də məni məşğul edən tərbiyə məsələsi idi ki, aya, görək mən uşaqlarıma verdiyim tərbiyənin hansı bir tərəfi yanlış yola düşüb; aya, görək mən kimi bir qoca mürəbbinin səhvi harada olub və bundan sonra uşaqlarım barəsində bəslədiyim rəftarın hansı tərəfinə təğyir14 verməliyəm…

Böyük şəhərdə yaşamaq çox babətdən rahatçılıqdır. Xüsusən bazar-dükanda cəm olan dünyanın hər bir neməti – yeməli və içməli qəbilindən – hamısı həməvəqt15 şəhər əhli üçün mühəyyadır16. Və bazar-dükandan əlavə heç bir məta17 yoxdur ki, onu əllərdə gəzdirməsinlər və, sənin öz qapına gətirib satmasınlar; meyvə, pencər18 yağ, pendir və qeyriləri.

Bizim də bir müştərimiz var ki, ayda bir, həftədə bir sağ əlində bir vedrə yağ, sol əlində bir səbət yumurta, çiynində tərəzi hıqqına-hıqqına pilləkənləri çıxar yuxarı və bizə salam verəndən sonra həmişə belə deyər:

– Qab gətirin.

Ev adamı və uşaqlar və gahdan bir mən özüm də həməvəqt çıxarıq bunun qabağına, salamını alarıq, kefini soruşarıq və sonra gətirdiyi əşyaya tamaşa edib qiymətini xəbər alarıq. Bu da həmişə belə cavab verər:

– A kişi, qiymətini bilirsiniz, qab gətirin.

Və bu növ sual-cavabın nəticəsində müştərimiz bizə bir neçə girvənkə yağ çəkib verər, bir qədər yumurta sayıb verər. Pulumuz olanda alar, olmayanda da nisyə qoyar gedər ki, bir də yolu düşəndə gəlsin.

Bu kişinin adı Kəblə Əzimdir və yaşı qırx-qırx beş, ucaboy, bir kasıb və fağır İran əhlidir.

Dünən Kəblə Əzim yenə yağ və yumurta gətirmişdi. Yağı çox təriflədi ki, Dərbənd yağıdır, çıxarı çox az olacaq, özü də kəhrəba kimi, yeyəndə ətrindən doymaq olmayacaq; yumurtaları da guya Qurnaşın kəndindən gətirib, oranın toyuqları çəmənlərin otundan və çiçəyindən başqa bir şey yemirlər.

Yağdan beş-altı manat, yumurtadan da genə bir qədər borcumuz qaldı. Çünki o günü xırda pulumuz olmadı (yəni böyük pulumuz da yox idi). Kəblə Əzim şey-şüyünü götürdü və çıxdı dalana ki getsin, mən də girdim otağa. Birdən yadıma düşdü ki, Kəblə Əzimə tapşıra idim, Ərdəbildən təzəliklə gələn olsa, mənə xəbər versin. Ərdəbil fazili Mirzə Ələkbər ağa barəsində əhval bilmək istəyirdim (çünki Kəblə Əzim özü ərdəbilli idi).

Tez çıxdım dalana və gördüm ki, kişi yağı və yumurtanı qoyub yerə, keçib qapının dalına və bir gödək karandaşın ucunu ağzına soxub fikrə gedib. Divarda heyvana oxşar bir cızma-qara çəkilib, altından bir neçə əlif, yanında bir neçə girdə şey. Mən çox təəccüb elədim və əhvalım da birdən nədənsə dəyişildi. Kəblə Əzim mətləbi duydu və mən soruşmamış dedi:

– Molla əmi, doğrusu, mənim dərsim-zadım yoxdu, bu, bir yaddaşdı, yazdım ki, hesablar dolaşmasın.

Mən qəh-qəh çəkib güldüm. Kişi də bir az gülümsündü. Mən bircə bunu soruşdum ki, divara yazdığının mənası nədir?

Mənası bu imiş: СКАЧАТЬ

14

Təğyir – dəyişmə, dəyişiklik etmə

15

Həməvəqt – hər vaxt, həmişə

16

Mühəyya – hazır

17

Məta – satılan mal, ticarət malı, alınıb-satılan şey; əmtəə, mal.

18

Pencər – müxtəlif yeməli yabanı otların (əməköməci, gicitkən, cincilim və s.) ümumi adı